“Sahibkarlardan məcburən pul toplayırlar, pul verməyənləri yaxınlarının həbsi ilə hədələyirlər”
İsmayıllıda gərginlik davam edir. Bu barədə qəzetimizə məlumatı rayon sakinləri veriblər. Onların sözlərinə görə, polis qüvvələri rayonda mülki formada hərəkət edərək insanları izləyirlər. Rayon cakinlərindən biri bu haqda məlumat verərək deyir: “Dünən (bazar günü-red) icra hakimiyyətinin binası önündə qadınların aksiyası olmalı idi. Ancaq müəyyən səbəblərdən olmadı. Hadisələrin bu cür gedişatı onu göstərir ki, tezliklə İsmayıllıda yeni və daha böyük aksiya olacaq. Çünki hökumət bunda maraqlıdır. Rayona gətirilən polis qüvvələrinin bir hissəsi hələ də İsmayıllıdan çıxrılmayıb. Mülki geyimdə tanımadığımız şəxslər camaatı diqqət mərkəzində saxlayır, bir-iki adamın bir yerə toplaşdığını görən kimi o dəqiqə polislərə məlumat verirlər”. Rayon sakinləri deyirlər ki, İsmayıllıya ilk günlər gətirilən polis qüvvələrin yarısı qonşu rayonlarda yerləşdirilsə də, hələ də bir qrup Çevik Polis Alayının və Daxili Qoşunların nümayəndələri rayondadır: “Onlar “Qala” restoranında qalırlar. Həm orada yemək yeyirlər, həm də gecələyirlər. Onların qalması isə İsmayıllıda sahibkarlıqla məşğul olan insanların hesabınadır. Sahibkarlardan məcburən pul toplayırlar. Pul verməyənləri yaxınlarının həbsi ilə hədələyirlər. Bundan qorxan bəzi sahibkarlar sonda deyilən məbləği verməyə məcbur olur”. Ramin
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?