Ən qısa müddətdə repressiya və təqiblər dayandırılmasa ümumrespublika miqyasında ictimai etiraz çağırışı ilə xalqa müraciət ediləcək
İctimai Palatanın Koordinasiya Şurası İsmayıllı hadisələri ilə bağlı bəyanat yayıb. Sənəddə yanvarın 23-ü axşam saatlarından etibarən rayonda başlayan hadisələr “yerli hakimiyyət və məmur oliqarx özbaşınalığına qarşı kütləvi xalq etirazı” adlandırlır. Hadisəni danışıqlar yolu ilə nizamlamaq, əhalinin tələblərini dinləmək əvəzinə rayona zirehli texnika, avtomatla silahlanmış qoşun yeridildiyi qeyd olunur. İnsanlara qarşı zərərli qazlardan, xüsusi vasitələrdən istifadə edildiyi, kütləvi həbslər haqda məlumatlar daxil olduğu nəzərə çatdırlır. Müəlliflər hadisələr başlandığı andan xalqın haqlı tələbləri və dinc aksiyası ilə həmrəy olduğunu ifadə edir. Sənəddə dinc əhaliyə zor tətbiqi qətiyyətlə pislənilir, qoşun və silahlı qüvvələrin dərhal rayondan çıxarılması, həbs edilən və saxlanılan şəxslərin azad edilməsini tələb olunur. Müəlliflər hadisədən ciddi nəticələr çıxarılmasını, əhalinin tələblərini yerinə yetirmək üçün əməli tədbirlər görülməsini zəruri sayır. Rəsmi Bakını dərhal əhalinin nümayəndələri ilə danışıqlara başlamağa çağırır. Bütün ölkə ictimaiyyətini İsmayıllı əhalisinin haqlı tələblərinə dəstək verməyə, həmrəylik göstərməyə dəvət edir. İctimai Palata bəyan edir ki, ən qısa müddətdə repressiya və təqiblər dayandırılmadığı halda ümumrespublika miqyasında ictimai etiraz çağırışı ilə xalqa müraciət etmək məsələsinin müzakirə ediləcəyini nəzərə çatdırır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?