Rusiyalı alimlər hazırladıqları bir dərman nəticəsində insanların 120 yaşına qədər yaşamasının mümkün olduğunu açıqlayıb. Türkiyənin “Hürriyyət” qəzeti yazıb ki, Moskva Dövlət Universitetindən doktor Maksim Skulaçev və heyəti yeni bir antioksidan növündən istifadə və inkişaf edərək hazırladıqları həbs sayəsində insan ömrünün uzanacağını iddia edib. Alimlər bildiriblər ki, bu antidoksanın əsas vəzifəsi bioloji enerjinin təmin edilməsi, infarkt və alzheimerlə bağlı mikroelementlərə müsbət təsir göstərməkdir. Qocalma müddətini yavaşlatdığı iddia edilən bu formul siçanlar, balıqlar və itlər üzərində də sınaqdan keçirilib.
Skulaçev deyib ki, formul sayəsində heyvanlarda yaşlılıqla bağlı bir çox xəstəlik çox yavaş ortaya çıxır. Alim deyib ki, başqa araşdırmalar da müsbət nəticə verərsə, “yaşlılıq təxirə salınacaq”. Amma Skulaçev 800 yıl yaşamanın mümkün ola biləcəyinə inanmadığına, böyük ehtimalla gələcəkdə yeni xəstəliklərin ortaya çıxacağını deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?