İnkişaf etmiş ölkələrdə insanlar 90 yaşa qədər yaşayırlar
Sağlamlıq 30 ildən sonra inkişaf etmiş ölkələrdə insanlar orta hesabla 120 ilədək yaşaya biləcək. ANS PRESS-in “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu informasiyanı Rusiyanın İjevsk şəhərində keçirilən Beynəlxalq elmi-praktiki konfransda Rusiya Federasiyası hökumətinin Ekspert Şurasının üzvü Sergey Qradirovski deyib.
Onun sözlərinə görə, artıq indidən bəzi inkişaf etmiş ölkələrdə insanlar 90 yaşa qədər yaşayırlar. 10 ölkədə isə qadınlar 85 ildən çox ömür sürürlər. Ekspertin fikrincə, tibbin yüksək texnologiyaya çatması, şəhərlərin modernləşməsi, sağlam həyat tərzi insanların çox yaşaması üçün vacib olan elementlərdəndir.
Xatırladaq ki, dekabrın 6-da sona çatacaq konfransda Rusiya, Böyük Britaniya, İsrail, İrlandiya, Meksika, Fransa və İsveçrədən alimlər iştirak edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?