Hacı Natiq Kərimov: «Elşad Mirinin ideyaları, səsləndirdiyi fikirlər daha çox Səudiyyə Ərəbistanından gəlmə düşüncələrə oxşayır»
Ilahiyatçı-alim Elşad Miri “Allah.az” adında yeni dini sayt açıb. Eyniadlı domen artıq qeydiyyatdan keçib. Bu barədə ”Şərq" qəzetinə açıqlama verən ilahiyyatçı bu saytın sırf islam dini ilə bağlı olmadığını deyib: “Domenin alınmasının və saytın yaradılmasının əsas məqsədi Incildə, Tövratda, Quranda, Sintuizmdə, Brahmanizmdə, Konfutsionizmdə, Sintoizmdə, Buddizmdə və s. dinlərdə Allahla bağlı yer alan fikirlər haqqında məlumat verməkdir. Məqsədimiz odur ki, insanlar “Allah” sözünün hardan gəldiyini, Allahın adlarının və sifətlərinin hansı olmasını bilsinlər". E.Miri deyib ki, saytda hansısa dinin təbliğatı olmayacaq. Qeyd edək ki, sayta belə bir adın seçilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Adın normal olduğunu düşünənlərlə yanaşı, kəskin etiraz edənlər də olub. Qafqaz Müsəlmanları Idarəsinin (QMI) fətva şöbəsinin müdiri, ilahiyyatçı-alim Hacı Mirəziz Seyidzadə E.Mirinin saytına düzgün ad seçmədiyini deyib: “Ümumiyyətlə, nəyəsə birbaşa Allah adını vermək əxlaqi baxımdan doğru deyil. Insan olsun, əşya olsun və ya yaxud da hansısa sayt. Uca yaradanın adı həmişə uca tutulmalıdır. Sayta ad qoymağın ”toxumu üzülməyib ki?". Bəyəm başqa ad qoymaq olmazdı? Yəni “Allah.az” nə məna verir, o, bununla nə demək istəyir? Qətiyyən düz ad seçməyib. Mən bir din adamı kimi bunun əleyhinəyəm. Elşad da özünü ilahiyyatçı adlandırır. Elə saytın adını Elşad Miri qoyardı da. Axı Allahla oyun oynamaq olmaz". Bakı Kəndlər Birliyinin sədri, Nardaran ağsaqqalı Natiq Kərimov bildirdi ki, E.Mirinin ideyaları əksər hallarda Azərbaycan gerçəkliyinə, Azərbaycanın tapındığı Islam inancına zidd olur. Həmişə dialoqun tərəfində olduğunu deyən N.Kərimov bildirdi ki, amma o, E.Mirinin Allah adı ilə sayt açmasının əleyhinədir: “Azərbaycan əhalisinin 80 faizi şiə inanclıdır. Amma Elşad Mirinin ideyaları, səsləndirdiyi fikirlər daha çox Səudiyyə Ərəbistanından gəlmə düşüncələrə oxşayır. Elşad Miri milyonlarla azərbaycanlının tapındığı Aşuranı başqa cür qələmə verməyə çalışır. Bizim alimlər istənilən məsələdə Elşad Miri ilə polemikaya hazırdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?