İlahiyatçı Elşad Miri “Allah.az" adlı sayt açmaq niyyətindədir. Bu məqsədlə o, eyniadlı domeni artıq qeydiyyatdan da keçirib.
“Allah.az” adlı saytın yaranması xəbəri çox maraqlı gəldiyindən, Elşad Miri ilə əlaqə saxladıq. İlahiyyatçı “Axar.az”a deyib ki, həqiqətən də belə bir fikri var və bu, sırf islam dini ilə bağlı deyil:
“Domenin alınmasının və saytın yaradılmasının əsas məqsədi İncildə, Tövratda, Quranda, Sintuizmdə, Brahmanizmdə, Konfutsionizmdə, Sintoizmdə, Buddizmdə və s. dinlərdə Allahla bağlı yer alan fikirlər haqqında məlumat verməkdir. Məqsədimiz odur ki, insanlar “Allah” sözünün hardan gəldiyini, Allahın adlarının və sifətlərinin hansı olmasını bilsinlər. Bir sözlə, Allahla bağlı maarifləndirici bilgilər yer alacaq. Saytda nəinki hansısa məzhəblə bağlı təbliğat olmayacaq, ümumiyyətlə hansısa dinin təbliğatı olmayacaq. Saytı yaratmaqda məqsədimiz odur ki, insanlarda onları yaradan haqqında, Allahla, Tanrı ilə bağlı təsəvvürləri olsun”.
Elşad Miri həmçinin qeyd etdi ki, saytla bağlı hazırlıq işlərinə bir neçə müddət öncə başlanılıb və bu istiqamətdə işlər dağvam etdirilir.
Məsələyə Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu da münasibət bildirib. “Axar.az”a danışan “DEVAM” rəhbəri Elşad Mirinin açacağı sayta normal yanaşdığını deyib: “Normal addır, saytın bu adla fəaliyyətində açılmasında heç bir problem görmürəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?