GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Yay Avropa Oyunlarına gələcək avropalının Bakı sərgüzəştləri...

Yay Avropa Oyunlarına gələcək avropalının Bakı sərgüzəştləri...

Tarix: 21-12-2014, 00:13 Bölmə :Maraqlı Baxış: 0
Yay Avropa Oyunlarına gələcək avropalının Bakı sərgüzəştləri...

Bir neçə aydan sonra Avropa sənə valeh olacaq Bakı! Şərqlə Qərbin qovuşduğu məkan deyib üzünü Bakı istiqamətinə tutan avropalı qonaq ölkəmiz haqqında eşitdiklərini bir kənara qoyacaq. Ona bu dəfə maraqlı olan azərbaycanlı bir-iki dost-tanışından eşitdiyi nə tərifli sözlər, nə də tərifdən uzaq, tam əksinə, “hüquqlarımızın tapdandığı şəhər” ittihamları ilə dolu yalanlı, həqiqətli fikirlər olacaq. Bu dəfə bir Avropa insanını öz gözü ilə gördüyü həqiqətlər ya valeh edəcək, ya da gördüyü fəlakətdən ürəkgetməsini vətəninə dönənə qədər elə Bakıdaca sağlayacaq. Bakı, vay halına ki, ikincisi Avropalının başına gələ. Ürəyi gedən avropalını yan-yörəsindəki dost-tanışı xəstəxanaya çatdırmaq məcburiyyətində qalacaq. Minəcəklər "London taksi"sinə, halı xarab olmuş avropalı bir kənara, halı özündə olan avropa insanı xəstəxanaya çatana qədər taksinin şüşəsindən boylanacaq şəhər boyu o yan bu yana. Deyəcək pəncərəni açım şəhərə bir göz gəzdirim, elə şüşə aşağı gedən an burnuna, gözünə şəhərin küçələrində Bakını günbəgün müasirləşdirən hündür binalarının tikintisindən uçan toz-torpaq girəcək. Göz şişəcək olacaq nə boyda, nəfəs də tozdan çətin gedib gələcək, nə də olsa oraların havası yaşıllıqlarının sayəsində oksigenlə doludur, “öyrəşmədiyim havadır” deyib özünü ələ almağa çalışacaq.Taksi sürücüsü yolda tıxacın uzunluğunu görüb avtomobilini söndürəcək, dəqiqə-saat gedəcək, şəhəri tanımayan halı özündə olan avropalının ayaq yoluna getmək istəyi yaranacaq, nə etsin, o öyrəşmişdir canına yaxşı qulluq etməyə, vaxtı vaxtında yeməyə- içməyə. Bu dəfə sürücüdən yanacaq doldurma məntəqəsinin yanında saxlamağı xahiş edəcək. Enəcək. Qayıdanda yol boyu nasaz olan Bakı qonağının öyüməkdən halı daha da betər olacaq.O bu cür antisanitariyaya alışıq deyil axı, fərqi yoxdur bahalı restoranda, yoxsa küçə tualetində, onun ölkəsində hər insan ayağı dəyilən yer təmiz və səliqəlidir. Nəhayətində yoldakı tixac səngiyəcək, xəstəxanaya çatmadan ürək getməsindən əziyyət çəkən digər avropalının huşu özünə qayıdacaq, əvvəl nə baş verdiyini anlamayacaq, sonra sürücü ilə yoldaşının səs-səsə verdiyini görəndə başqa dildə danışıldığını eşidib harda olduğunu xatırlayacaq. Sürücünün davası onlar üzündən tıxacda qaldığından gedilən məsafənin 3 qatını istəməsi olacaq. Nə heyf ki, taksinin taksometri də işləmiş olmayacaq, yoxsa sürücü 3 gün dalbadal yeyib-içib dincəlməyini necə tənzimləyə bilərdi?
Nəsə ki, Avropalı gəlib qalacağı otelə çatacaq. Oteldən razı qalıb qalmamağı onu o qədər də narahat etməyəcək, çünki o dünyagörüşünü daha da artırmaq üçün tam fərqli tarixi, milli-dəyərləri və mədəniyyəti olan bir məkanın gəzintisində daha maraqlı olacaq. Axşam olacaq, gecə yatmaq istəyərkən ətrafda hündür mərtəbəli yeni yaşayış binalarının tikintisindən doğan səs-küy, yol boyu gedən avtomobillərin dəhşətli siqnalı onu boğöaza yığacaq. Hərçənd ki, o gecə saat 23-də işinə fasilə verməyən buldozerlərin, ekskavatorların dırıltılı sədalarına alışqan deyil. Çünki onun ölkəsində sürücülər hər əli gicişdiyində başqasının sinirlərini oynatmaq istəyəndə yox, yalnız ağır qəza şəraiti yaranarsa siqnal verirlər.
Gecə bitəcək, səhər açılacaq. Avropalılar şəhəri gəzməyi planlaşdıracaqlar. Bir gün öncə başlarına gələn taksi əhvalatından sonra otelin qabağına çıxıb dayanacaqda avtobusu gözləyəcəklər, nəqliyyatın intellektual sisteminə arxalanıb indi gələr bu dəqiqə gələr deyib tər tökə-tökə basabas avtobusa minmiş olacaqlar. İctimai nəqliyyat vasitəsinin oturacaqlarını çirkli, çırıq yerini zibilli, şüşələrini tozlu-palçıqlı görüb oturacaqlara yan qoymağı ağıllarına belə gətirməyəcəklər. Avtobus yerindən tərpənən andan qapısı bir neçə dayancaq açıq vəziyyətdə, sıxlıqdan avtobusa sığmayan şəxslərin isə qapıdan başları əlləri sallana-sallana getdiyindən avropalı bunu Bakı 2015 Avropa oyunlarının coşqusu kimi anlayacaq. Nəhayətində bir dayanacaqda eniş etməli olacaq. Yolun qırağında toyuq-cücənin qaçdığını görəcək, əvvəl çaşacaq, sonra yoluna davam edəcək, bir mağazaya yaxınlaşmaq istəyəcək, ətrafdan inək mələməsi eşidəcək, düşünəcək bəlkə kimsə villasında saxlayır, amma inəyi ət satılan mağazanın qarşısında görəndə tüpürmək istəyəcək. Ətrafda zibil qabları olmadığından əlinə salfetini alıb özünü ələ almağa çalışacaq. Bu anda qarşısında gedən iki kişinin beş addımda bir ayaqları altına tüpürdüklərinin iyrəncliyini seyr edəcək... Özünü tələsik dönüşə səfərbər edəcək. Yad məmləkətdə gördüklərini ona yaşatmayan Vətəninə dönməyə tələsəcək!

Günel Babayeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Avropalı deputatlar Azərbaycana gəlir

    Avropalı deputatlar Azərbaycana gəlir ...

    11-06-2013, 00:32

  • 
  • Avropalı parlamentarlar Ərdoğana istefa tələbi

    Avropalı parlamentarlar Ərdoğana istefa tələbi ...

    13-06-2013, 18:02

  • 
  • Bakı-2019: XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilir

    Bakı-2019: XV Avropa Gənclər Yay Olimpiya ...

    21-07-2019, 21:15

  • 
  • Patrik Hikki Bakı-2015 ilk Avropa Oyunlarını bağlı elan etdi

    Patrik Hikki Bakı-2015 ilk Avropa Oyunlarını ...

    28-06-2015, 18:21

  • 
  • “Bakı-2015”in markaları buraxıldı

    “Bakı-2015”in markaları buraxıldı ...

    21-11-2014, 13:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu