Avropalı deputatlar Azərbaycanın Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyətini öyrənəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri , İspaniya parlamentinin üzvləri Pedro Aqramunt və Cosef Debano Krax (Malta) ölkəmizə rəsmi səfər edəcəklər. Avropalı deputatların Bakı səfəri iyunun 11-dən-13-dək davam edəcək. Səfərin əsas mahiyyəti isə Azərbaycanın Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyətini öyrənməkdir.
Qeyd edək ki, ölkəmizə səfər çərçvəsində AŞPA rəsmiləri Milli Məclisin sədri, ədliyyə və daxili işlər nazirləri ilə görüşlər keçirəcəklər. Həmçinin onların Mərkəzi Seçki Komitəsinin sədri ilə də görüşü nəzərdə tutulub.
Sorğu
Yeni dizaynımız necədir?