Məlum olduğu kimi qadınlar kişilərlə müqayisədə daha çox allergik reaksiyalardan əziyyət çəkirlər. Əvvəlki araşdırmalar göstərmişdi ki, qadınlar allergiya zamanı anafilaktik reaksiyalara meylli olurlar. Anafilaksiya zamanı hüceyrələr şişir, nəfəs çətinləşir və hətta ürək də dayana bilir.
Milli.Az-ın məlumatına görə, ABŞ-ın milli səhiyyə institutunda siçanlar üzərində araşdırmalar aparılıb. Alimlər aşkar ediblər ki, qadınlarda olan estradiol cinsi hormonu (Estroqenlərdən biri) siçanlarda allergik reaksiyaya səbəb olan fermenti aktivləşdiriblər. Estradiol hormonu qan damarlarına da təsir göstərib. Azot oksidinun endotelial sintezini (eNOS) artırıb.
eNOS-un bloklanması zamanı erkək siçanlarla dişi siçanlar arasında allergik reaksiya eyni olmayıb. Eyni reaksiya Estroqenin bloklanması zamanı da eyni proses baş verib.
Alimlər araşdırmanı davam etdirmək niyyətindədirlər.
Sorğu
Yeni dizaynımız necədir?