GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Niyə boşanırıq?

Niyə boşanırıq?

Tarix: 31-01-2015, 14:15 Bölmə :Maraqlı Baxış: 0
Niyə boşanırıq?

Son illər Azərbaycanda boşanmalarla nəticələnən ailə zəminində münaqişələr narahatlıq doğurur. Təəssüf ki, ailədaxili zorakılıqlar bəzən cinayətə qədər gedib çıxır. Bəs ailələrdə bu cür hadisələr nədən baş verir?

Boşanmaların bir hissəsi şsizlik üzündən qaynaqlanır. Məsələ ondadır ki, işsizlik, az qazanc və bunların fonunda ailəni dolandırmağın çətinliyi konfliktlərə yol açır. İşsiz olan ailə başçısı günboyu evdə olduğundan, münasibətlər gərginləşir, bəzən isə kişi qadına zor tətbiq edir və s.
Bu xüsusda həyata keçrilən məhkəmə işlərinin analizləri göstərir ki, müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də boşanmalarda rolu elə də az deyil. Hesab olunur ki, ailələrdə konfliktli hallarının artmasında sosial şəbəkələrin rolu böyükdür. Xüsusən də qadınların həyat yoldaşlarının xəbəri olmadan sosial şəbəkələrdən istifadə, qurulan dostluq və digər ünsiyyət sonda ciddi ixtilafa gətirib çıxarır.
Tanınmış psixoloq Elnur Rüstəmov hesab edir ki, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internet insanları bir-birindən uzaqlaşdırır. Bu da ailədaxili münasibətlərin boşanma ilə nəticələnməsinə səbəb olan faktorlardan biridir: “Əsas faktor olmasa da, indi sosial səbəkələr boşanmalarda müəyyən rol oynayır. Əsas faktor kimi götürəndə isə nəinki sosial şəbəkələr, ümumiyyətlə, internetin özünü qeyd etməliyik. Çünki bu gün bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır.

Boşanmaların əsas səbəbləri sırasında ailədə olan zorakılıqları da qeyd etmək olar. Araşdırmalar onu göstərir ki, ailə zorakılığının kökləri qadının ənənəvi olaraq bir çox cəmiyyətlərdə özəl və ictimai həyatda asılı rol tutmasına gedir.
Zorakılıq üzündən ildə 1200-ə yaxın qadın ölür, 2 milyon qadın isə yaralanır. Hər il 4 minə yaxın qadın isə evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın hər gün müxtəlif zərbələrə tuş gəlir. Təəssüf ki, Azərbaycanda qadının döyülməsi ilə bağlı kişilərin 52%-i hesab edir ki,”QADIN DÖYÜLÜRSƏ DEMƏLİ, BUNA LAYİQ NƏSƏ EDİB”. Qadınların 24%-I də bu fikirlə razıdır.

Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür (hələ atası və ya qardaşı tərəfdən döyülənləri hesaba almasaq). Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən illərdə məişət zorakılığı ilə bağlı 773 cinayət hadisəsi baş verib. Bu növ cinayətlərin 10,2 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 11,3 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 73,9 faizi döymə, 22,4 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,5 faizi qəsdən adam öldürmə, 3,2 faizi isə digər cinayətlərdir.

Ailələrdə boşanmaların müəyyən hissəsi övladın olmaması ilə bağlıdır. Bəzi kişilər ya ev işləri görmələri üçün ya da həyata varis gətirməkləri üçün ailə qururlar. Bu istəklər olmadıqda qadın zorakılığa məruz qalır, ya varis qız övladı olduqda bəzi vaxt uşaq dünyaya gəlmədən ananın bətnindən götürülür, ovlad olmadıqda isə boşanmaya əl atılır. Övladın olmaması isə 2 səbədən baş verir: ya ailə quran şəxslərin birinin istəyib o birinin istəməməsi, ya da bioloji səbəbdən. Biloloji səbədən uşaq olmayanların bir çoxu ya uşaq övladlığa götürməkdən boyun qaçırdır, ya da süni mayalandırmaq istəmirlər.
Məsələyə münasibət bildirən “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin rəhbəri Ruhəngiz Hüseynovanın da sözlərinə görə, övlad olmaması üzündən Azərbaycan ailələrində bir sıra gərginliklər yaşanır: “Xüsusilə də övladın olmaması qadınla bağlıdırsa, ailə başçısı, oğlanın anası, qohumları tərəfindən ailədə gərginlik yaradılır. Bu səbəbdən ailədə yaşanan bənzər münaqişələr əksər hallarda ailənin dağılmasına gətirib çıxarır. Hesab edirəm ki, bu kimi səbəblərə görə qadınları gözüm-çıxdıya salmaq doğru deyil. Belə hallara yol vermək qadınların hüquqlarının açıq-aşkar pozulması deməkdir. Çünki övlad olmayanda tək qadınlar deyil, kişilərin özləri də yoxlamadan keçməlidir. Çox vaxt qadın gedir həkimə, müalicə olunur, amma uşağı olmur. Bu zaman düşürlər qadının üstünə. Ay aman, sənin uşağın olmur və s. Halbuki, qadınla bərabər kişi də müalicədən keçməlidir. Bütün bunlar baş vermədiyindən, çox qısa müddətdə qadını boşayırlar ki, bəs onun uşağı olmur. Mənə elə gəlir ki, bu məsələdə bir az səbrli, təmkinli olmaq lazımdır. Biz bir tərəfdən övlad istəyiriksə, o biri tərəfdən də fikirləşməliyik ki, Allahın bir qisməti var. Allaha inanan adamlar fikirləşməlidir ki, Tanrının qismətindən qaçmaq olmaz. Doğrudan da qismətində övlad varsa, Allah gec-tez onu sənə bəxş edəcək. Ona görə də övlad olmadığı üçün ailədə gərginlik yaratmaq, münaqişələrə rəvac vermək doğru deyil. Mümkün olan bütün vasitələrdən istifadə olunmalıdır”.

Ailələrdə bu cür hadisələrin aradan qalxması üçün maariflənmə işlərinin aparılması olduqca vacibdir. Çox yaxşı olardı ki, cütlüklər ailə qurmamışdan öncə tibbi müayinədən keçmələri ilə yanaşı psixoloji müayinədəndə də keçsinlər. Tərəflər öncədən bir-birlərini yaxşı tanısalar, ailə qurduqdan sonra da bu cür hallarla rastlaşdıqda dözümlü davranacaqlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sosial şəbəkələr bizim həyatımızın ayrılmaz hissəsidir

    Sosial şəbəkələr bizim həyatımızın ayrılmaz ...

    19-02-2016, 12:42

  • 
  • Azərbaycanda dəhşətli boşanma tendensiyası

    Azərbaycanda dəhşətli boşanma tendensiyası ...

    15-01-2014, 22:56

  • 
  • Azərbaycanda özlərini satan kişilər...

    Azərbaycanda özlərini satan kişilər... ...

    24-03-2018, 18:10

  • 
  • Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı

    Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı ...

    14-12-2017, 15:44

  • 
  • ​Ərinə XƏYANƏT edən qadınlar artıb - Azərbaycanda boşanmaların müasir SƏBƏBLƏRİ

    ​Ərinə XƏYANƏT edən qadınlar artıb - Azərbaycanda ...

    21-12-2017, 20:12


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu