WhatsApp mobil mesajlaşma tətbiqində yeni boşluq aşkarlanıb.
Sözügedən boşluq tətbiqi çökdürə bilər. İki şagirdin tapdığı bu boşluq 2 min işarəlik mətnin telefona göndərilməsi zamanı yaranır. Bu isə sonda WhatsApp-ın kilidlənməsinə gətirib çıxarır.
WhatsApp 2 min işarəlik mətni açmağa çalışarkən ilişir. 17 yaşındakı hindli İndrajet Bhuyan və Saurav Kar tərəfindən ortaya çıxarılan boşluq "iOS" və "Android"in son versiyalarına təsir edir.
Qeyd edək ki, əvvəllərdə "Android"də bu cür problemlər ortaya çıxmışdı. Ancaq sonradan həmin boşluqlar aradan qaldırıldı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?