GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Xəstəliyin adı nədir?

Xəstəliyin adı nədir?

Tarix: 5-02-2015, 00:37 Bölmə :Maraqlı Baxış: 0
Xəstəliyin adı nədir?

Əhali daha xəstələrin üzərində eksperiment aparan nə həkim məmmədlərə, nə də onların reseptlərə yazdıqları suməmməd dərmanları ilə sağalacaqlarına inanmır
Heç kimə sirr deyil ki, təbiətin əşrəfi sayılan insan ümumilikdə bir bioloji varlıqdır. Həmin varlıq törəyib artdıqca, yeni-yeni kəşflərə imza atdıqca Yer planeti və onun ətrafını əhatə edən hava təbəqəsi çirklənir. Yaranan bütün anormallıqların və xəstəliklərin mənbəyi də elə birinci növbədə əhatə olunduğumuz həmin çirkab təbəqəsidir. Dünyada Tibb sahəsi sürətlə inkişaf edib artsa belə bu elmin özünə bəlli olmayan xəstəliklər də yüksələn inkişaf etməkdədir..
Azərbaycan Respublikasında həyatın bütün sahələrini əhatə edən inkişaf tempinə uyğun olaraq dövlət sektorunda olduğu kimi özəl sektorda da tibb müəssisələrinin sayı durmadan artmaqdadır. Hər səhər məhəllədə yeni bir səhiyyə ocağının peyda olduğunu görənlər daha təəccüblənmirlər. İnsanlar digər yeniliklərə adətkar olduqları kimi tibbin novatorluğuna da öyrəncəli olublar. Apteklərin sayı az qala ərzaq dükanlarının sayını üstələməkdədir. Sanki təbabət zamanın özü ilə yarışa girib.
Xəstəliyə mübtəla və müalicəyə meylliliyi ilə başqa xalqlardan seçilən azərbaycanlılar tibb müəssisələrinin saysız-hesabsız olmasına baxmayaraq neçə illərdir ki, xəstəliklər girdabından çıxa bilmirlər. Müşahidə zamanı hər gün özəl və dövlət tibb müəssisələrinin qarşısında xəstələrin arı pətəyi kimi qaynaşdığının şahidi oluruq. Onların sayı günü-gündən artır. Səhiyyə ocaqlarının dəhlizlərində xəstə əlindən tərpənmək olmur. (Acı da olsa etiraf etməliyik ki, yalnız burada hiss olunur ki, Azərbaycan müharibə şəraitindədir. Bəlkə siz başqa cür düşünürsünüz?)
Nəticəsiz müalicə və nəticəsi inandırıcı olmayan müayinələrdən, savadsız həkim və tibb personalının başalladıcı nağıllarından, vaxtı ötmüş və tərkibi uyğun olmayan dərman preparatlarından, lüzumsuz təkrar-təkrar müayinələrdən zinhara gəlmiş minlərlə xəstənin ah-naləsi ərşə qalxsa da anarxiyanın qarşısı alınmır və səhiyyə sahəsində ədaləti bərpa etmək üçün nə vaxtsa tədbir görüləcəyinə insanlarda haqlı olaraq inamsızlıq yaranıb.
Ötən illərin təcrübəsi belə deməyə əsas verir. Bir zaman əhalinin haqlı narazılığını görən rəsmilər dərman qiymətləri barədə ölçü götürəcəklərini bəyanlasalar da çox keçmədi ki, şirin və yalan vədlərin efirdə səslənmək xatirinə olduğu üzə çıxdı. Deyilən kimi də unudulan boş danışığın nəyə xidmət göstərdiyini çoxları başa düşməsə də daha cidanı çuvalda gizlətmək mümkün deyil. Belə olmasaydı bu sahədə qayda-qanun yaradılmasa da heç olmasa imitasiya olunardı.
Dərmanların qiymətləri nəzarətə götürülə bilmədi və bilməzdi də. Çünki ölkəyə dərman idxalı həyata keçirən şirkətlər müxtəlif olduğu kimi həm də fərqli oliqarxların təsiri altında işləyirlər. Onlara təsir etmək ixtiyarında olmayan Səhiyyə naziri Oqtay Şirəliyevin, ümumiyyətlə, nəyə isə təsir edəcəyi heç kimin ağlına sığmır. Elə professorun özü də bunu dərk etdiyindən xeyli vaxtdır ki, gündəmdən çəkilib.
Ölkə başçısı İlham Əliyevin və xeyirxah missiyaları ilə şöhrət qazanmış Mehriban xanım Əliyevanın bu sahədə atdığı addımlar, əlbəttə ki, təqdirəlayiqdir. Onların səyi nəticəsində səhiyyə ocaqları əsaslı şəkildə təmir olunur, yeni inzibati binalar tikilir, paytaxtda və bölgələrdə diaqnostika mərkəzləri açılır, dünyanın inkişaf etmiş ölkələrindən ən müasir tibb avadanlıqlar alınıb ölkəyə gətizdirilir. Amma bütün bunların müqabilində ölkənin tibb personalının atdığı addımları qənaətbəxş hesab etmək olarmı? Bəlkə ölkə başçısı həm də səhiyyə nazirinin vəzifəsini icra etməlidir?
Ölkənin bütün tibb müəssisələrində eyni rejim hökmranlıq edir. Müraciət edən xəstəni lüzumsuz müayinələrlə bezdirənə kimi bahalı aparatlar arasında labirintə salmalı, onun maddi imkanlarına maksimum zərbə vurmalı, yaxşı halda müalicədən vaz keçməyə vadar etməlidirlər. Çünki müasir aparaturanı bilməyən, öyrənmək üçün xarici ölkələrə təkmilləşmə, təhsil artırma kurslarına göndərilməyən tibb personalına xəstələrin talelərinə acımaqdansa yeni avadanlığa qazanc mənbəyi kimi baxmaqdan başqa çıxış yolu qalırmı?
Xəstəyə xəstəliyi barədə məlumat verməyən bütün həkimlər belə bir aksioma üzrə hərəkət edirlər. Özlərinə haqq qazandırırlar ki, xəstə öz xəstəliyi barədə nə qədər az məlumatlı olsa onun müalicəsi bir o qədər uğurlu alınar. Bunun düzgün və yaxud səhv qərar olduğunu mühakimə mövzusu kimi müzakirə edə bilmərik. Amma xəstənin yaxınları məlumatlandırılmadıqda artıq həkimin səriştəsi və həkim uyğunsuzluğu barədə fikir formalaşmağa başlayır. Xəstənin yaxınlarının məlumatlandırılmadığını da başa düşmək olar, o halda ki, xəstə stasionar müalicəyə qəbul edilsin və həkimin nəzarəti altında müalicə edilərək istehsalata qaytarılsın. Əgər bu olunmursa həkimin savadsızlığı, xəstəyə müştəri simasında baxan alverçi siması üzə çıxır.
Heç şübhəsiz ki, Tibb Universitetini bitirənlərdən və ən azından beş illik həkimlik təcrübəsi olanlardan söhbət getmir. Söhbət özünü azman hesab edən həkimçiklərdəndir. Hansı ki, iyirmi-otuz illik təcrübələrində bircə xəstənin adını çəkə bilmirlər ki, onu büsbütn müalicə ediblər. Apardıqları prosedurlardan, reseptlərə növbə ilə yazdıqları dərmanlardan, antibiotiklərdən söhbət açırlar. Sonda “mən əlimdən gələni etdim, müalicəmi apardım” deyib özlərinə haqq qazandırmağa çalışırlar.
Belələrinin ucbatından maddi imkanı zəif olan milyonlar geridə qalmış İrana üz tutmaq məcburiyyətində qalırlar. Müasir tibb avadanlıqları olmayan İranda müalicə axtaran xəstələr həkimlər tərəfindən xoş dindirildiklərindən heç olmasa təsəlli tapır və sağalacaqlarına inanırlar. Apardıqları az vəsaitin hesabına həm həkim qəbulunda olan, həm analiz verib cihaz müayinəsindən keçən, həm də adını bilmədikləri ucuz ağrıkəsicilərdən bir torba doldurub vətənə geriyə dönən xəstələrin öz həkimlərimizə nələr yağdırdıqlarını qulaq lazımdır ki, dinləyə. Amma onlar da bilmirlər ki, Arazın o tayındakı həkimlər bilik, savad cəhətdən heç də bu taydakılardan fərqlənmirlər. Bu taydakıların oxuyub öyrənmək istəyi olmadığı kimi o taydakıların oxuyub öyrənmək imkanı yoxdur. Ölkədə Tibb Universiteti olmadığından həkim olmaq üçün insanlar Avropa ölkələrinə, özlərinin dediyi kimi Amrikaya üz tutmaq məcburiyyətində qalırlar. Ancaq bir detalı da unutmaq olmaz ki, insan ana dilində ibtidai biliklər əldə etməyibsə, əcnəbi dildə mükəmməl savad qazana bilməz. İranda ilkin tibbi bilikləri fars dilində olsa belə qazanmayan Kazımi Almaniyada, Amrikada alman, ingilis dilində necə mükəmməl tibbi biliklərə sahib ola bilər? Bu tay Azərbaycanda gəlib işləyən iranlı həkimlərə həmvətənliləri kinayə ilə yanaşırlar. “Təbrizdə xəstə tapa bilməyən gedib Bakıda professorluq edir” deyirlər.
İş o yerə çatıb ki, artıq çox yüksək səviyyədə həyəcan təbili döyəclənməkdədir. Hətta Milli Məclisin deputatı, kurasiyasında “Urud” və digər özəl klinikalar fəaliyyət göstərən Musa Quliyev də “Lider” televiziyasının yayımlanan “Səda” xəbərlər buraxılışında (müsahibə digər televiziya kanallarının xəbər buraxılışlarında da yayımlandı) buna öz münasibətini bildirmişdir: “İranda diş həkimi olan gəlib Azərbaycanda ginekoloq işləyir”.
Bu həqiqətdir. Amma belə həqiqətlərə rəvac verən də elə Musa Quliyev və onun kimi səhiyyə ocaqlarının özəl sektorunu öz himayəsinə alanlardır.
Yeri gəlmişkən onu da qeyd etmək istəyirəm ki, Musa Quliyev bir müddət Canpolad həkimə də himayədarlıq edirdi. Həmin Canpolad həkimə ki, Tibb İnstitutunu iki dəfə qovulub bərpa olunmaqla doqquz ilə bitirib. Həmin Canpolad ki, “Laçın” klinikasında işlədiyi müddətdə bir neçə yüz xəstənin pullarını lüzumsuz müayinələr və müalicə adı altında havaya sovurtdurmuşdu. Xəstələrin narazılığı ucbatından rəhbərlik onu klinikadan qovmaq məcburiyyətində qalmışdı. Məhz Musa Quliyev Canpolad həkimi “Laçın” klinikasından qovulduqdan sonra öz himayəsi altına almışdı.
İndi fərqi nədir, “Laçın” klinikasından Canpolad qovuldu, İranda xəstəsi olmayan Kazımi onun yerinə gətirildi. Nə dəyişdi? Xəstələr sağaldımı?
Belə nümunələri sonsuzluğa qədər uzatmaq mümkündür. Cəmiyyət arasında belə bir fikir formalaşıb ki, cuhud və rus millətindən olan həkimlər ötən əsrin doxsanıncı illərində Azərbaycan səhiyyə sistemini tərk etdikdən sonra tibb yetim qalıb. Bununla bərabər “nə yaxşı ki, cərrahlarımız var” deyə özlərinə təsəli verənlər də az deyildi. Amma zaman keçdikcə, xəlbir ələndikcə üzə çıxır ki, Azərbaycan səhiyyəsi cərrahlardan da kasaddır. Nümunə üçün bir professorun etirafına diqqət yetirək.
“... 22 yaşlı hamilə qadın yüksək bədən hərarəti, üşütmə və titrətmə fonunda appendoktomiyanın dördüncü günü uşaq saldı. Bundan sonra xəstənin vəziyyəti pisləşdi, irinli intoksikasiya davam etdi. Ağ ciyərlərin təkrar rentgen müayinəsində əvvəlki kimi sağ plevra boşluğunda cüzi maye qeyd olunurdu. Xəstəni ginekoloqun müayinəsindən keçirdikdən sonra konsilium patoloji prosesi endo-miometrit kimi qiymətləndirdi və appendektomiyanın 6-cı günü xəstəyə ginekoloqlar tərəfindən uşaqlığın amputasiyası olundu. Lakin əməliyyatdan iki gün sonra xəstə öldü. Patoloji-anatomik təşrih zamanı qaraciyərdaxili çoxsaylı (arı pətəyi kimi) abseslər aşkar olundu; patoloq-anatom rəhmətlik Yəhya müəllim Musayev qaraciyəri əli ilə sıxdıqda onun kəsik səthindən polimer qubkadan olduğu kimi irin xaric olundu. Gördüyümüz bu mənzərə bizə olduqca əzabverici təsir bağışladı. Biz belə bir xəstənin ağırlaşma səbəbini cərrahi patologiyada yox, uşaqlıqda axtardığımıza və belə ağır xəstəni ginekoloqlara tapşırdığımıza görə çox böyük vicdan əzabı çəkdik!”
Azərbaycan səhiyyə sistemində həkimlər xəstələrin üzərində eksperiment keçir. “Sən bir neçə gün bu dərmandan iç, görək nə effekt verir. Təsir etməzsə başqasını yazarıq”. Xəstələrlə söhbət zamanı ancaq bu sözləri eşitməli olursan. Dərman bolluğunda savadı dayaz həkimlər, bəlkə heç özləri də bu dərmanlardan baş çıxarmırlar. Tibb professorunun etirafı və çoxsaylı müşahidələr, xəstələrlə, lap elə həkimlərin özləri ilə söhbətlər belə deməyə əsas verir. Bu isə təhlükəli və cinayət məsuliyyətinə cəlb edilə biləcək bir tendensiyadır. Amma indiyədək hər hansı bir ölüm faktına görə hansısa həkimin məsuliyyətə cəlb olunduğuna Azərbaycan təcrübəsində rast gəlinməyib.
Yekun olaraq söz deməyə sözümüz qalmayıb. Səhiyyə ağlamalı vəziyyətə gətirilib. “Həkimlər” etiraf edir ki, xəstələnəndə bilmirik özümüzü kimə göstərək. Səhiyyə naziri Oqtay Şirəliyevin özündə güc toplayıb iradəsini ortaya qoyaraq qayda-qanun yaradacağına isə heç məktəbəqədər təhsil müəssisəsində tərbiyə olunan beş yaşlı uşağı da inandırmaq olmaz. O ki qaldı canı ağrıyan yaşlı-yaşlı insanları...
Cəmiyyət ümidini son illər yaradılmış şəraitdən bəhrələnərək xaricdə təhsil alanlara bağlayırdı. Ancaq nə fayda.., onlar da təhsilini başa vurandan sonra geri dönmək istəmirlər.

Əli bəy Azəri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə Nazirliyindən ABŞ-a CAVAB: "Bu, Dövlət Departamentinin öz seçimidir"

    Səhiyyə Nazirliyindən ABŞ-a CAVAB: "Bu, ...

    16-11-2017, 15:33

  • 
  • "Laçın" Klinikasında daha bir fırıldaq

    "Laçın" Klinikasında daha bir fırıldaq ...

    12-01-2015, 21:03

  • 
  • Baş pediatr özəl klinikaları xalqı narazı salmaqda ittiham etdi

    Baş pediatr özəl klinikaları xalqı narazı ...

    6-08-2013, 09:13

  • 
  • Prezident İlham Əliyev: "Ölkəni irəliyə aparan, inkişaf etdirən birinci növbədə insanların intellektual potensialıdır"

    Prezident İlham Əliyev: "Ölkəni irəliyə ...

    22-01-2016, 13:56

  • 
  • Zaqatala Müalicə Diaqnostika Mərkəzində dərəbəylik... - dializ prosedurları necə aparılır?

    Zaqatala Müalicə Diaqnostika Mərkəzində ...

    6-03-2019, 14:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu