Son zamanlar özəl klinikaların sayı durmadan artır.
Lakin özəl klinikaların sayının artması keyfiyyətinin azalmasına gətirib çıxarır. Bu gün bir sıra özəl klinika insanları soymaqdan başqa heç nə etmirlər. Bəziləri xaricdən bilik səviyyəsi aşağı olan həkimləri gətirib klinikada peşəkar həkim kimi reklam edərək həmin xəstəxanaya müştəri cəlb etməyə çalışırlar. Hələ üstəlik televizyalar bildi bilmədi həmin klinikaları reklam edirlər. İnsanlar isə bu cür reklamlara aldanaraq işbazların toruna düşürlər.
Belə klinikaradan biri də "Laçın" tibb mərkəzidir. Sözügedən tibb ocağında xəstələrə səhv diaqnoz qoymaqla insanların sağlamlığına balta çalırlar. Həkimlərin xəstələrə səhv diaqnoz qoymaları ən böyük cinayətdir. Və bu cinayəti heç bir həkim törətməməlidir. Amma müşahidələr göstərir ki, tibbi səhvlər nəticəsində insan həyatına və sağlamlığına zərər yetirilməsi halları az deyil. Hətta son vaxtlar Azərbaycanda belə hallar artıb. Bəzən həkimdən narazı olanlar onları "Hippokrat andı"nı pozmaqda günahlandırırlar.
Daxil olan şikayətə əsasən deyə bilərik ki, "Laçın" Tibb Mərkəzində müalicə alan bir xəstə orada həkimlərin səhlənkarlıqlarının qurbanı olub. Qoyulan səhv diaqnoz nəticəsində xəstə başqa xəstəlikərə düçar olub. Bu xəstəxana insanları aldatmaqla məşğuldur. İrandan gələn mərkəzin baş həkimi terapevt-androloq Behnam Kazemi haqqında hər gün radio-televiziyalarda reklam kampaniyalarına pul tökən klinika rəhbərliyi sən demə, adi bir tibb işçisini insanlara sırımağa çalışırmış.
"Laçın" tibb mərkəzinin rəsmi internet səhifəsində İranlı həkim haqqında belə yazılıb: "O, əslən Təbrizlidir, Amerika-Kanada təhsilli mətəxəssisdir, uzun müddət xarici klinikalarda təcrübə keçib, müxtəlif sertifikatlar alıb. Məsələn, Fransada endokrinologiya, ABŞ-da daxili xəstəliklər üzrə sertifikatlara layiq görülüb. Amerika Androloqlar İttifaqının dəfələrlə sertifikatını alıb. Hazırda sonsuzluğun etimiologiyası üzrə elmi iş üzərində çalışır". Apardığımız araşdırmalar zamanı isə aydın oldu ki, İranlı Kazemi orta təhsilli tibb işçisidir. Mənbənin sözlərinə görə, həkim Kazemi haqqında Təbrizdə fikir birmənalı deyil. Ona sonsuzluqla bağlı müraciət edən xəstələrin çoxunda müalicədən sonra başqa xəstəliklərin meydana gəlməsi ilə bağlı çoxlu şikayətlər ortaya çıxıb.
Təbrizdəki mənbə, təkcə Behnam Kazeminin deyil, çoxlu sayda qeyri-peşəkar həkimlərin Azərbaycana aparıldığını və onların vasitəsi ilə insanların aldadıldığını qeyd edib.
Bundan başqa həmin xəstəxanada həkim qəbulu 30 manatdır. Digər müayinələrin, analizlərin qiymətləri od tutub yanır.
Yeri gəlmişkən LAÇIN klinikasında istifadə edilən həmin "unikal aparat" lardan bir neçəsi 10 il əvvəl androloji aparat kimi istifadə edilən primitiv cihazlardır. Bu aparatlar indi tibbdə tətbiq edilmir. Onları əvəz edən konkret müayinə vasitələri, müvafiq instrumentlər var.
Sorğu
Yeni dizaynımız necədir?