GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Evdən qaçan oğlanın açı həyat hekayəsi: “Anam 15 yaşlı bacımı da pis yola çəkdi”

Evdən qaçan oğlanın açı həyat hekayəsi: “Anam 15 yaşlı bacımı da pis yola çəkdi”

Tarix: 5-02-2015, 01:01 Bölmə :Maraqlı Baxış: 0
Evdən qaçan oğlanın açı həyat hekayəsi: “Anam 15 yaşlı bacımı da pis yola çəkdi”

-Evdən niyə qaçırsan? Bu soyuqda, yağışda küçədə necə yaşayırsan?

-Bəs kiminlə yaşayım? Məktəbə getmirəm, atamgilə gedəndə analığım dava salır. Anamın hərəkətlərini isə mən qəbul edə bilmirəm. Hər gün evə yad kişilər gəlir. Məhəllədə uşaqlar mənə gülürlər, ələ salırlar, “anan…” deyirlər. 15 yaşlı bacım da siqaret çəkir, anamın yanına gələn kişilərlə görüşür…
…Arif Məmmədovun cəmi 14 yaşı var. İki aydan artıq küçədə yaşayıb. Bir müddət cibgirlik edən uşaqlara qoşulub, sonra Sabunçu rayon ərazisində dilənməklə dolanıb.
Ötən həftə isə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evinə gətirilib.
“Gündəmxəbər”in əməkdaşları Ariflə elə həmin sığınacaq evində görüşüblər:
Arif deyir ki, valideynləri ayrılandan sonra iki bacısı ilə birgə küçələrdə qalıb, nə anası, nə də atası onlara sahib çıxmayıb:
-Bütün günü metronun “Koroğlu” stansiyasının içində gəzirdim, metro bağlananda keçiddə dayanırdım. Bütün uşaqlar “Koroğlu”ya yığışırdılar, axşama kimi orada “işləyirdik”. Bizdən böyük uşaqların topladığı pullara yemək alırdıq, aramızda paylaşırdıq. Axşam isə Suraxanıya gedirdik.

-Bəs Suraxanıda harada gecələyirdiniz?

-Suraxanıda evlər var, gecəsi 1 manat 50 qəpiyə kirayə verirlər. Olduqca balaca otaqlardır, heç çarpayısı da yoxdur. Köhnə döşəkcə, bir də adyal verirlər. Balaca otaqları bizim kimi uşaqlara kirayə vermək üçün tikiblər. Gün ərzində qazandığımız pulları hesablayırdıq, sonra kirayə pulunu çıxırdıq, yerdə qalan pula yemək alırdıq.

-Bəs bacıların harada qalır?

-Atamla anam çoxdan ayrılıblar. Onda hələ kəndimiz işğal olunmamışdı. Sonradan anam və iki bacımla birlikdə Mingəçevirə köçdük. Anam məni və balaca bacımı atamın yanına – Bakıya göndərdi. Atam bir qadınla evlənib. İndi Xırdalanda yaşayır. Qadın atama ev də, maşın da alıb. Analığım bizi çox incidirdi, döyürdü. Buna görə də balaca bacım evdən qaçdı. Atama deyirdi ki, uşaqların bizə gəlməsin, onlarla görüşmə. Atam da dedi ki, siz bizə gələndə maşını məndən alır, mən maşınsız qalıram. Ona görə də bizim ora getməyimizi istəmədi. Beləliklə, mən də evdən qaçdım. İstədim ki, anamın yanına gedim. Böyük bacım anamın yanında qalırdı. Amma elə anama görə erkən ailə qurdu. Anam onun ərə getməsini istəmirdi, deyirdi yanımda qalsın işləsin. Gələn elçini də qovmuşdu. İstəyirdi ki, bacım da pozğun həyat keçirsin. Anam bir evli kişi ilə yaşayırdı. Ondan bir qızı, bir oğlu olmuşdu. Sonra uşaqları da kişiyə verib yola saldı ki, rahat yaşasın. Kişi mənimlə pis rəftar edirdi. Sonradan evimizə müxtəlif kişilər gedib-gəlməyə başladılar. İndi 15 yaşlı bacım anamla birgə qalır. Anam onu da özü kimi edib. Böyük bacım isə qoşulub qaçdı. İndi yaxşı ailəsi var, bir həftədir sığınacaqda qalıram, amma təkcə bacımın əri mənimlə maraqlanıb.

-Bəs niyə bacıngildə yaşamırsan?

-Yeznəm dedi ki, hələlik bu sığınacaqda yaşa, sonra bir şey fikirləşərik. Yeznəm anamla tez-tez dalaşır, qışqırır, söyür. Ona görə də onun haqqında pis fikirlərə düşürdüm. Anama görə yeznəmin ailəsi bacımla evlənməsinə razı olmurdu. Uşaqları olandan sonra qaynanasıgilə köçdülər. Bilirəm ki, bacımın orda vəziyyəti yaxşı deyil. Ona görə də istəmirəm ki, onlara yük olum.

-İndi məktəbə getmirsən. Amma yəqin təhsilini davam etdirəcəksən.

-Yox, üçüncü sinifdən sonra məktəbə getmədim. Atam Ağdamın Quzanlı kəndində məni məktəbə yazdırmışdı. Onda babamgildə yaşayırdım. Sonra Bakıya gəldim, dərsə getmədim. İndi hərfləri tanıyıram, yaza bilirəm. Amma oxumaqda çətinlik çəkirəm.

…Arif deyir ki, gələcəklə bağlı arzusu, istəyi yalnız balaca bacısı ilə bağlıdır. Onu anasının yanından aparmaq istəyir, bacısının 15 yaşında siqaret çəkməsini, yad insanlarla görüşməsini qəbul edə bilmir.
Arifin sığınacaqda dostları da var. Atası tərəfindən küçəyə atılan Nigarla dostluq edir.
Nigar deyir ki, Arif şerlər yazır, lakin yazdıqlarını hər kəsdən gizli saxlayır:
-Şer yazır, şəkillər çəkə bilir. Amma səhvləri çox olduğunundan heç kimə demirik. Yəni şerlərini göstərməyə utanır. Amma mən dərslərimi bitirəndən sonra onun üçün oxuyuram.
-Sən məktəbə gedirsən?
-Hə, yaxşı oxuyuram. Sığınacaqda dərs oxumağa şərait var.
-Bəs sən bura necə gəlmisən?
-Atam bizi evdən qovub. Bacılarım “Təmiz Dünya” təşkilatının sığınacağında qalırlar. Mən də burada yaşayıram. Rayonda icra hakimiyyətindən dedilər ki, atamız xəstədir, öləcək, atam öləndən sonra evimizi təmir edəcəklər, sonra evə qayıdacağıq. Mən dedim ki, atama baxım, onun 75 yaşı var. Amma atam razı olmadı, içki içir, evə yad kişilər gəlir. Hər gün qumar oynayırlar. Biz də polisə şikayət etdik. Amma polislər dedilər ki, atanızın 75 yaşı var, həm də ağır xəstədir. Ona görə də onu həbs etmək istəmədilər. Bizi yola verdilər, sonra bizi bura göndərdilər. Bacılarım kirayə ev tutmuşdu, hamımız işləyirdik. Mən 15 yaşından bacılarımla birgə satıcılıq edirdim. Sonra bizi kirayə qaldığımız evdən də çıxardılar. Biz də küçələrdə qaldıq. Sonra polisə yaxınlaşıb qalmağa yerimiz olmadığını dedik. Onlar da məni bu sığınacağa göndərdilər. Hələlik gözləyirik, atam ölsün, evimizi bizə qaytarsınlar. Amma oxuyacam ki, işləyə bilim, qapı-qapı gəzib paltar satmayım. Bizi heç kim təhqir etməsin…
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə virtualaz.org saytına bildirib ki, Arifin sənədləri qaydasında deyil. Buna görə də uşağın məktəbə və ya peşə liseylərinin birinə göndərilməsi mümkün olmur:“Biz anası ilə əlaqə saxladıq. Anası söz verdi ki, sığınacağa gələcək, Arifin sənədlərini də gətirəcək. Ancaq verdiyi sözü tutmadı. Buna görə də Ağdam Rayon İcra Hakimiyyətinə, eləcə də Ağdam Rayon Polis Şöbəsinə müraciət edəcəyik”.
Hüquq müdafiəçisi uşaqların baxımsız qalmasında, taleyin ümidinə buraxılmasında valideynləri günahlandırır: “Arif cibgirliklə məşğul olan uşaqlara qoşulub, lakin onlar kimi oğurluqla məşğul olmaq istəməyib. Yəni bu uşaq uçurumun bir addımlığından qayıdıb. Buna görə Arif deyil, valideynləri məsuliyyət daşıyır. Valideyn məsuliyyətini tənzimləyən qanunlar var. Belə valideynlər məsuliyyətə cəlb edilməlidir”.
…Sığınacaq evini tərk edirik. Arif ardımızca səslənir: “Sevgi şeri yazmağıma baxmayın, heç kimi sevmirəm…”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mingəçevirdə zorlanmış 15 yaşlı qızın gözü yolda qalıb – atasını gözləyir

    Mingəçevirdə zorlanmış 15 yaşlı qızın gözü yolda ...

    4-09-2017, 21:38

  • 
  • 23 yaşlı qızı aldadıb 63 yaşlı kişiyə ərə verdilər

    23 yaşlı qızı aldadıb 63 yaşlı kişiyə ərə verdilər ...

    18-10-2015, 20:11

  • 
  • Bakıda “Qaraca qız” tapılıb, sahib duranı yoxdur

    Bakıda “Qaraca qız” tapılıb, sahib duranı yoxdur ...

    5-09-2019, 11:36

  • 
  • 5 yaşından çobanlıq edən, bir qarın yeməyə möhtac qalan Azərbaycan qadınının acı hekayəsi

    5 yaşından çobanlıq edən, bir qarın yeməyə möhtac ...

    28-11-2016, 22:18

  • 
  • 3 uşaq anası başqa kişiylə qaçdı - Nənə nəvələrini küçəyə atdı

    3 uşaq anası başqa kişiylə qaçdı - Nənə ...

    3-07-2017, 20:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu