GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 23 yaşlı qızı aldadıb 63 yaşlı kişiyə ərə verdilər

23 yaşlı qızı aldadıb 63 yaşlı kişiyə ərə verdilər

Tarix: 18-10-2015, 20:11 Bölmə :Ölkə Baxış: 0
23 yaşlı qızı aldadıb 63 yaşlı kişiyə ərə verdilər

... -12 dəfə cərrahiyyə əməliyyatı keçirmişəm. İki qızımla kirayədə yaşayıram. Bəzən sığınacaq evindən ərzaq verirlər. Evin sahibi də yemək, çörək gətirir. Amma aylarla ət, meyvə ala bilmirəm. Sosial yardım heç gündəlik çörəkpulu eləmir.

- Bəs uşaqların atası kömək eləmir?

- Ata?...

* * *

...Onunla Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evində qarşılaşdıq. Uşaqlarının neçə gündür ac olduğunu söyləyərək ərzaq yardımı istəyirdi. Ağladıqca bütün bədəni titrəyirdi.

42 yaşlı Gülnar Məmmədova insan alverinin qurbanıdır. Amma onun həyat hekayəsi fərqlidir. Aldadılması onun həyatı bahasına başa gəlib. İndi qapı-qapı gəzib ərzaq yardımı umur.

G.Məmmədova başına gələnləri virtualaz.org saytının müxbirinə danışıb:

- 23 yaşım vardı, ata-anamla birgə yaşayırdım. Qonşum mənə cavan bir oğlanın şəklini göstərdi. Dedi ki, bu oğlan səni görüb, çox bəyənib, səninlə ailə qurmaq niyyətindədir. Qonşum hər gün mənə oğlanla bağlı söhbətlər edirdi. Sonra oğlanla birgə gəzməyə getməyi təklif elədi. Dedi ki, oğlan evin yanında yaxınlaşıb tanış olmağa cəsarət etmir. Sonra bildim ki, bu, məni qaçırmaq üçün plan qururmuş. Məni ərə verdikləri kişinin 63 yaşı vardı. Mən ona ikinci həyat yoldaşı kimi lazım imişəm. Birinci həyat yoldaşı baxmadığından məni ona baxmağa aparıblarmış.

- Bəs aldadıldığınızı öyrənəndə niyə geri qayıtmadınız?

- Ailəmə qoşulub qaçdığımı demişdilər. Bir ay kişinin qohumlarıgildə qaldım. Sonra evə qayıtmaq istəsəm də valideynlərim icazə vermədilər. Dedilər ki, bütün Biləsuvarda biabır olarıq, yaşlı, ya cavan fərqi yoxdur, ərə getmisənsə, onunla yaşamalısan.

- Kişi səninlə rəsmi nikah bağladımı? Toyunuz oldumu?

- Yox, nə toy elədilər, nə də rəsmi nikah bağladılar. Qızım olandan sonra işləməyə başladım. Özümü dolandıra bilirdim. Amma pəncərənin şüşəsini silərkən hündürlükdən yıxıldım. Beləliklə, onun yanında yaşamağa məcbur oldum. İkinci qızım dünyaya gəldi. Sonradan isə gözümün görmə qabiliyyəti zəiflədi. Dedilər ki, hündürlükdən yıxılarkən zədələnib. Bundan sonra kişi ilə ayrıldıq. Bir neçə dəfə Səhiyyə Nazirliyinə müraciət etdim. Bundan sonra məni Səhiyyə Nazirliyinin köməyi ilə Zərifə Əliyeva adına göz xəstəxanasında əməliyyat etdilər. 4 dəfə gözümdən əməliyyat keçirmişəm. Bundan sonra bir müddət uşaqlarla valideynlərimin evində yaşadıq. Amma qardaşım evlənəndən sonra məni evdən çıxardılar. Qardaşım deyir ki, gedin harada, necə istəyirsiniz yaşayın. Bundan başqa, bir neçə dəfə yoğun bağırsaqlarımdan əməliyyat olunmuşam. İndi gecəqonduların birində qalırıq. Bir otaqdır, heç pəncərəsi də yoxdur. Yağan yağış otağın içinə dolur. Bəzən divarlar yarıya qədər suyun içində olur. 100 manat ünvanlı sosial yardım verirlər. Daha yaxşı şəraiti olan evə köçmək imkanım yoxdur. Aylarla ev kirayəsini ödəyə bilməsəm də ev yiyəsi bizi küçəyə atmır. Ancaq nə vaxta qədər bu şəraitdə yaşayacağıq?

- Həyat yoldaşınızın evi, imkanı yoxdur? Heç olmasa uşaqlara kömək edilməlidir axı...

- Həyat yoldaşımın birinci ailəsindən iki övladı var. Onlar da atasının bu cür əməllərindən cana doyub. İndi onun 80-a yaxın yaşı var, onun özünün baxıma ehtiyacı var. Qızları məktəbə göndərmək üçün ayaqqabı ala bilmirəm. Qarşıdan isə qış gəlir. Bunun isti geyimi, paltarı alınmalıdır. Özüm işləyə bilsəydim, heç olmasa uşaqların yeməyimni çatdıra bilərdim. Əlilliyə görə təqaüd və 100 manat ünvanlı sosial yardımla 3 nəfərlik ailə necə dolana bilər? Problem ondadır ki, ata evində xoşbəxt olmayan, sıxıntı çəkən qızlar kənardakı xoşbəxtliyə çox inanır. Hamısı düşünür ki, kənarda nə qədər pis olsa da günüm bundan xoş keçəcək. Lakin heç kim kənarda nələr olacağını xəyal belə etmir. Mənin həyatım cavan bir oğlanın şəklinə qurban getdi. İndi isə kiminsə qapını döyüb yemək gətirəcəyini gözləyirəm...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda ana 16 yaşlı qızını evində oğlanla yaxaladı

    Bakıda ana 16 yaşlı qızını evində oğlanla yaxaladı ...

    28-10-2013, 00:36

  • 
  • Evdən qaçan oğlanın açı həyat hekayəsi: “Anam 15 yaşlı bacımı da pis yola çəkdi”

    Evdən qaçan oğlanın açı həyat hekayəsi: “Anam 15 ...

    5-02-2015, 01:01

  • 
  • Bakıdakı evini 3 manata, doğma qızını 30 manata satmış qadın

    Bakıdakı evini 3 manata, doğma qızını 30 manata ...

    24-08-2017, 10:58

  • 
  • 11 yaşlı qızı ərə verdilər - VİDEO

    11 yaşlı qızı ərə verdilər - VİDEO ...

    8-02-2021, 14:27

  • 
  • “Bizim kənddə 18 yaşınadək ailə qurmayan qızlara bir cür baxırlar”

    “Bizim kənddə 18 yaşınadək ailə qurmayan qızlara ...

    11-09-2017, 11:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu