GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Yerimizi başqasına verməliyikmi?

Yerimizi başqasına verməliyikmi?

Tarix: 7-02-2015, 00:45 Bölmə :Maraqlı Baxış: 0
Yerimizi başqasına verməliyikmi?


İctimai nəqliyyatda “böyük-kiçik” problemi haqqında bir neçə söz

Ötən yazılarımızdan birində qloballaşma dövrünün gəncliyinin - yeni nəslin ictimai davranış xüsusiyyətlərinə ötəri də olsa, nəzər salmışdıq. Lakin həmin yazıda daha çox, texnoloji inkişafın yeniyetmələrə və gənclərə ziyanlı təsirini qabartmışdıq. Bu dəfəki yazımızda isə, tədricən aradan getməkdə olan “böyük-kiçik” münasibətlərindən söhbət açacağıq.

***

Son vaxtlar ictimai nəqliyyatda – istər sərnişin avtobuslarında, istərsə də metro vaqonlarında bir arzuolunmaz halla tez-tez üzləşirik: yeni nəslin nümayəndələri olan gənclər, heç nə olmayıbmış kimi oturacaqlarda rahatca əyləşirlər, yaşlı adamlar, qadınlar və ayaqüstə uzun müddət durmaq imkanı olmayan digər şəxslər isə, ayaq üstə qalmağa məcbur olurlar. Bütün bunlar hamının gözü qarşısında baş verir. Lakin hər kəs bu “mənzərəni” səssizcə müşahidə edir, ən yaxşı halda isə daxilən təəssüflənərək, başını yelləməklə kifayətlənir. Qəribədir, ortada qeyri-normallıq var, ancaq ictimai rəyin buna reksiyası görünmür...
Sözsüz, bu halların heç biri, özlüyündə normal deyil: 1) gənclərin əyləşməsi ilə yaşlıların ayaq üstə qalması; 2) ictimaiyyətin bu qeyri-normallıq qarşısında susması. Bunların hər biri, ayrı-ayrılıqda bir ictimai problemdir. Əsas sual isə budur: problem haradan qaynaqlanır?

Təbliğatda olan qüsurlar

İstər ailədə, istərsə də uşaq bağçalarında və orta ümumtəhsil məktəblərində müsbət əxlaqi keyfiyyətləri bol-bol təbliğ edirik. Ancaq bu keyfiyyətlərin mahiyyətini açmırıq. Sadəcə “bu, belə olmalıdır” məntiqinə əsaslanırıq. Niyə belə olmalıdır? Bəlkə heç belə deyil? Məsələn, biz şagirdlərə aşılayırıq ki, böyüklərə hörmət etmək lazımdır; tutaq ki, ictimai nəqliyyatda yaşlılara, əlillərə və qadınlara yer verməli olduğumuzu deyirik. Lakin “nə üçün bunu etməliyik” məsələsi yaddan çıxır. Yanlış təbliğat da elə budur.
Biz təbliğat zamanı yeni nəslə, dünyada mövcud olan müxtəlif tipli cəmiyyətlərin davranış və əxlaq kodeksləri ilə, öz cəmiyyətimizin malik olduğu üstün keyfiyyətlər sisteminin müqayisəli təhlilini verməliyik.
Yaşından asılı olmayaraq, insan düşüncəsi yaxşını və pisi seçmək iqtidarındadırsa, deməli, üstün dəyərlərin doğru təbliğatına nail ola bilərik.

Mədəniyyətsizlik, centlmenlik, sonra isə əxlaqsızlıq...

Çoxumuzun rastlaşdığı, ancaq mahiyyətinə varmadığı bir məqama toxunmaq istərdim. İctimai nəqliyyatda bir gənc oğlan, yaşlı adama yer vermir, aradan bir az keçir, bir gənc qız salona daxil olur. Bu zaman yaşlı adama yer vermək istəməyən həmin gənc, tez ehtiramla ayağa qalxır, yerini gənc qıza verir... İlk baxışdan, gənc oğlanın son hərəkəti alicənablıq kimi qiymətləndirilə bilər. Ancaq o gəncin davranışı əvvəldən sonadək müşahidə olunsa, tam başqa bir mənzərə ortaya çıxacaq: gənc oğlan yaşlı şəxsə yer vermir; gənc bir qız gələndə isə ayağa qalxır; sonra mümkündür görək ki, həmin gənc oğlan, bir az öncə yer verdiyi qıza qeyri-etik nəzərlərlə baxır... bu müşahidəni bir az da uzadaraq, daha ifrat mənfi nəticələr əldə edə bilərik. Lakin bu kiçik süjetdə, gənc oğlanın davranış ardıcıllığının heç bir məntiqə sığmadığı aydın görünür: yaşlı adama yer verməmək mədəniyyətsizlik, gənc qıza yer vermək “centlmenlik”, sonrakı hərəkət(lər) isə əxlaqsızlıqdır. Bu məntiqsizlik, yuxarıda qeyd etdiyimiz kimi, yeni nəslin ailə və məktəb tərbiyəsində olan qüsurlarla, yanlış təbliğatla nəinki birbaşa bağlıdır, hətta demək olar ki, onların qanunauyğun nəticəsidir. Yəni misal çəkdiyimiz gəncin hərəkəti ona görə məntiqsizdir ki, o, istənilən hərəkətinin mahiyyətini dərk etmir, daha dəqiq desək, nəyi “nə üçün” etdiyinin fərqində deyil...

“Onlara söz demək olar?”

78 yaşlı Firuzə xalanın sağlamlığı ilə bağlı problemi var. Bununla belə, o, hər gün ictimai nəqliyyatdan istifadə edir. Firuzə xala yeni nəsildən ümumilikdə narazı olduğunu deyir: “Əvvəllər metroya, ya da avtobusa minən kimi hamı ayağa qalxardı. Düzdü, indi də yer verənlər var. Ancaq indiki cavanların çoxunun vecinə deyil “kim öldü-kim qaldı”. Görürlər yaşlı adamdı, heç tükləri də tərpənmir. Hələ bir zillənirlər də adamın gözünün içinə. Başa düşmürlər yaşlı adamlar nə çəkir... hünərin var bir söz de! Onlara söz demək olar? Çınqıyallar adamın təpəsinə... Zəmanə korranıb eey, əvvəllər belə qanacaqsızlıq nə gəzirdi...” .

Yer verməməyə tutarlı səbəb varmı?

Maraqlıdır, görəsən tənqid olunan tərəf özünə necə bəraət qazandırır; ictimai nəqliyyatda güzəştli sinfə (yaşlılara, qadınlara və s.) hörmət etməyənlər, onlara əyləşmək üçün yer verməyənlər, öz hərəkətlərinin səbəbini nə ilə izah edirlər?
Apardığımız kiçik sorğular nəticəsində rəyi soruşulanlar əsasən, bir neçə maraqlı arqument irəli sürürlər.

“Allahın “sağ ol”unu da demirlər...”

İlkin adlı gəncin sözlərinə görə, o, əvvəllər ictimai nəqliyyatda özündən böyük olan hər kəsə yer verirmiş. Lakin hörmət edərək öz yerini verdiyi insanlar, bu yaxşılığın əvəzində, ona təsadüfi hallarda “sağ” ol deyiblər. “Onların bu etinasızlığından belə görünürdü ki, guya atalarına borcum varmış. Allahın bir “sağ ol”unu demək qabiliyyəti omayana mən nə üçün yer verməliyəm” deyə gənc şikayətlənir...
Göründüyü kimi, verilən cavab qaneedici deyil və bir növ, bəhanə xarakteri daşıyır. Əlbəttə, gəncin sözlərində müəyyən həqiqət də var. Doğrudan da, hər bir kəs, ona edilən yaxşılıq və hörmət müqabilində ən azı “sağ ol” deməyə mənəvi borcludur. Əgər “sağ ol” demirsə, bu, həmin şəxsin öz qabiliyyətinin göstəricisidir; ancaq buna qarşılıq olaraq, yaxşılıq edən kəsin, öz yaxşılığını dayandırması nə dərəcədə düzgündür? Bu suala cavab vermək üçün dahi şəxsiyyətlərdən istənilən qədər hikmətli kəlamlar da sitat gətirmək olar. Söhbətin uzanmaması üçün buna ehtiyac görmürük.
Deməli, İlkinin məsələyə yanaşması yanlışdır və göstərdiyi arqument yetərli deyil.

“Hər yoldan keçənə niyə hörmət etməliyəm?”

Samir adlı gənc isə deyir ki, yaşlılara və qadınlara hörmət etmək lazımdır, ancaq baxır kimə. Elə olub ki, avtobusda qalxıb bir qadına yer vermişəm. Bir gün təsadüfən onun əxlaqsız qadın olduğunu bildim. Sonra fikirləşdim ki, kaş ona yer verməyəydim. İndi daha əvvəlki kimi hər adama yer vermirəm, baxıram onun mimikasına, yaxşı təəssürat bağışlayırsa, yer verirəm, əks təqdirdə isə yox...
Bu yanaşma da kökündən yanlışdır. Çünki ictimai həyatda hər adama rast gəlmək olur. Lakin bu, o demək deyil ki, hamıya pis gözlə baxmalısan. Əlbəttə, heç şübhəsiz, Samirin yaxın adamları olan qadınlar da ictimai nəqliyyatdan istifadə edirlər və bir gün onlar da Samir kimi bir gəncin hörmətsizliyi ilə qarşılaşa bilərlər...

“İşdən yorğun gəlirəm, özümə yer verən lazımdı”

Anar adlı gənc isə kimliyindən asılı olmayaraq, özündən böyüklərə hörmət etməyin vacib olduğunu bildirir. Özünə gəldikdə, hər gün işdən yorğun gəldiyini, bu səbəbdən böyüklərə yer verə bilmədiyini deyir...
Lakin Anar unudur ki, onunla bir avtobusda (və ya metroda) işdən gələn yaşlı adamlar, səhhəti normal olmayan insanlar da var. Gənc, nə qədər yorğun olsa da, müəyyən müddət ayaq üstə qala bilər, amma yaşlı və xəstə, üstəlik, işdən yorğun gələn adamların halı necə olar? Göründüyü kimi, Anarın cavabı da qaneedici deyil...
Bu kimi istənilən qədər cavab-arqumentlər gətirmək olar. Ancaq onların heç biri bizi qane etməyəcək. Ona görə ki, “nə üçün yaşlılara və qadınlara hörmət etmirsən” sualının tutarlı cavabı yoxdur. Fiziki və əqli qüsuru olmayan hər bir gənc, kimliyindən asılı olmayaraq, yaşlı adamlara hörmət etməyə borcludur.

Qərb cəmiyyətlərində necədir?

Çox maraqlıdır ki, ictimai münasibətlərdə böyük inkişaf mərhələlərini geridə qoyan, həmişə bizə örnək göstərilən bir çox sivil cəmiyyətlərdə “öz yerini başqasına vermək” kimi alicənablıq nümunələri yoxdur. Əgər hansısa Qərb ölkələrinin birində, ictimai nəqliyyatda bir nəfərə desən ki, “sən qalx, qoy bu qoca əyləşsin”, o zaman təxminən, belə bir sərt cavab alacaqsan: “Mən nəyə görə yerimi ona verməliyəm? Burada oturmaq mənim haqqımdır! Sən kimsən ki, mənim hüququmu əlimdən almaq istəyirsən?”
Əlbəttə, bizim cəmiyyətimizlə Qərb cəmiyyətlərinin təməl baxışlarında köklü fərqlər var və buna görə də bəzi məsələlərdə onlarla bizim müqayisəmiz düzgün deyil. Hansı dəyərlərin daha mükəmməl olması isə geniş bir araşdırma mövzusudur. Yəqin ki, gələn yazılarımızın birində bu mövzuya toxunacağıq.
Bu yerdə isə demək istədiyimiz odur ki, hansısa əcnəbinin davranış tərzi bizə örnək olmamalıdır.

İctimai qınaq olmalıdır

Sovet dövrünün mənfi və müsbət xüsusiyyətlərindən çox danışılıb. O dövrün bir müsbət xüsussiyyəti də, cəmiyyətdə ictimai qınaq kimi idarəedici və islahedici mexanizmin olması idi. Sovet cəmiyyətinin ideoloqları bu mexanizmi çox gözəl fikirləşmişdilər. Məhz, ictimai qınağın mövcudluğu səbəbindən sovet cəmiyyəti möhkəm idi, məhz ictimai qınağın gücü idi ki, o dövrdə yuxarıda toxunduğumuz mövcud problemlər yaşanmırdı. Müqayisənin daha qabarıq görünməsi üçün, xəyali olaraq, yaşlılara yer vermək istəməyən bugünkü gənci, o zamankı sərnişinlərlə “yol yoldaşı” təsəvvür edək. Bəs belə bir şəraitdə, həmin gəncin vəziyyətini necə təsəvvür etmək olardı? Cavab aydındır...
Formasiya çoxdan dəyişib, yeni quruluş öz üstünlüklərini bizə həvəslə göstərməyə başlayıb. Ancaq təəssüf ki, biz əvvəlki quruluşdan miras qalan hər şeydən, hətta müsbət keyfiyyətlərdən də imtina etmək kimi yanlış bir yol seçmişik. Bəlkə də sözün tam mənasında belə deyil, amma hər halda, toxunduğumuz mövzuda sadaladığımız problemlərin kökü, köhnə mexanizmin (ictimai qınağın) aradan getməsindədir.

Əlbəttə, biz bu yazımızda yalnız ictimai nəqliyyatda getdikcə daha çox müşahidə olunan bir tendensiyadan söhbət açdıq. Lakin unutmamalıyıq ki, artıq bu tendensiyanı doğuran səbəblər, ümumilikdə cəmiyyətin bütün köklü dəyərlərini hədələmək gücündədir...

Güntay Qurbanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İctimai nəqliyyatda gediş haqqı artırıla bilər

    İctimai nəqliyyatda gediş haqqı artırıla bilər ...

    2-05-2013, 12:29

  • 
  • Elektrik verilişinin dayanması ictimai nəqliyyatda xaos yaradıb

    Elektrik verilişinin dayanması ictimai ...

    4-07-2018, 12:20

  • 
  • ​“Azərbaycan müstəqil mediası “Turan”sız, ölkəmizin ictimai həyatı Mehman bəysiz qaldı” - Rövşən AĞAYEV

    ​“Azərbaycan müstəqil mediası “Turan”sız, ...

    26-08-2017, 14:45

  • 
  • Gənclərin sərnişin avtobusundakı tərbiyəsizliyi - VIDEO

    Gənclərin sərnişin avtobusundakı tərbiyəsizliyi - ...

    22-03-2015, 12:07

  • 
  • İctimai nəqliyyatda süni qiymət artımı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

    İctimai nəqliyyatda süni qiymət artımı ilə bağlı ...

    10-03-2021, 15:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu