Twitterin mədaxili 2013-cü ilin göstəricisi ilə müqayisədə 2 dəfə artaraq 1.4 milyard dollara çatıb.
Həmçinin bildirilib ki, son rübün nəticəsinə görə, aktiv istifadəçilərin aylıq auditoriyası 20 faiz artaraq 288 milyona çatıb.
Twitter 2015-ci ildə 2,3-2,35 milyard dollar səviyyəsində mədaxil proqnozlaşdırır.
Twitter sosial şəbəkəsi qısa mesajlarla mübadilə üçün mikrobloqlar xidmətidir. Şirkət 2006-cı ildə yaradılıb, xidmətin aktiv istifadəçilərinin aylıq auditoriyası 255 milyon nəfərdir. Şirkətin kapitallaşması 24,88 milyard dollar təşkil edir.
Sorğu
Yeni dizaynımız necədir?