WhatsApp xidmətinin baş direktoru və həmtəsisçisi Yan Koum Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb ki, adıçəkilən messencerin aktiv istifadəçilərinin sayı 900 milyonu ötüb.
gundemxeber.az ICTnews-a istinadən bildirir ki, cari ilin yanvarında WhatsApp xidmətinin auditoriyası aylıq 700 milyon aktiv istifadəçidən ibarət olub, apreldə messencerin auditoriyası 800 milyonadək artıb. Əgər xidmət bu artım tempini saxlasa, o zaman 2015-ci ilin sonunadək WhatsApp istifadəçilərinin sayı 1 milyarda yaxınlaşacaq.
1 dollar məbləğində illik abunə haqqına baxmayaraq, WhatsApp ən yaxın rəqibləri olan WeChat və Line messencerləri ilə müqayisədə daha populyardır. Alternativ həllər olan Viber və Tango proqramından təxminən 250 milyon insan istifadə edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?