GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Səhiyyəmizin xəstəliyi niyə sağalmir?

Səhiyyəmizin xəstəliyi niyə sağalmir?

Tarix: 20-02-2015, 12:08 Bölmə :Maraqlı Baxış: 0
Səhiyyəmizin xəstəliyi niyə sağalmir?

Yaxud 10 ilin nazirinin “böyük uğurları”

Sağlamlıq - insan həyatının mövcud olması üçün ən vacib amildir. Sağlam insan isə sağlam cəmiyyətin əsası sayılır. Məntiqi ardıcıllıqla davam etdikdə, sağlam cəmiyyət, dövlətin güclü olmasını şərtləndirən amillərdən biridir. Bu baxımdan, hər bir ölkənin səhiyyə sisteminin həmin ölkə üçün əhəmiyyəti olduqca böyükdür.

Gəlin görək, mövzu ilə bağlı Azərbaycanda vəziyyət necədir? Azərbaycan səhiyyəsi Azərbaycan insanının sağlamlığını layiqincə qoruyurmu?

Təəssüf ki, bu sualları müsbət cavablandırmağımız sadəcə, mümkün deyil. Bu sahənin öndə gedənlərinin bəyanatlarında və hesabatlarında əksini tapan “inkişaf” heç də reallığı əks etdirmir. Reallığı əks etdirən başqa mənzərələr var: od qiymətinə “pulsuz dərmanlar, həkimlərin “bazar sövdələşmələri” , ana və uşaq ölümləri, yarıtmaz təcili yardım xidməti, insanların müalicə üçün kütləvi şəkildə xarici ölkələrə üz tutması və bu kimi ölkə vətəndaşlarına yaxşı məlum olan digər səhiyyə “möcüzələri”... Lakin çox maraqlıdır ki, vəziyyəti dəyişmək üçün ya səy göstərilmir, ya da görülən tədbirlər, atılmış addımlar nədənsə, öz bəhrəsini vermir.

Tibbi xidmət pulsuzdurmu?

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin (SN) qərarına görə, 2008-ci ilin fevral ayının 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində tibbi xidmət pulsuzdur. Nazirlik rəsmiləri öz bəyanatlarında bu məsələyə toxunarkən bildirirdilər ki, nazirliyin bu addımı atmasına səbəb, son illərdə səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitlərin beş dəfə artmasıdır. Xatırladaq ki, pullu tibbi xidmətin ləğv edilməsi haqqında SN-nin məlum qərarı 700-dək stasionar klinika və 1500 ambulator poliklinikaya şamil edilib. Bundan əlavə, 61 adda dərman və 24 adda sarğı materialının da xəstələrə pulsuz verilməsi nəzərdə tutulub.

Lakin bütün bunlar yalnız “nəzərdə” tutulub. Bu gün yuxarıda adlarını çəkdiyimiz, dövlət büdcəsindən maliyyələşən poliklinikalar və klinikalarda tibbi xidmətin doğrudan da pulsuz olduğunu desək, hər bir Azərbaycan vətəndaşı bunu rişxəndlə qarşılayar. Artıq 10-cu ildir ki, Səhiyyə Nazirliyi həvalə edilmiş cənab Oqtay Şirəliyevin indiyədək etimadı nə dərəcədə doğrulda bildiyi göz önündədir. Bu ilin oktyabr ayında nazir postunun 10 illiyini qeyd etməyə hazırlaşan cənab nazir, gözlənilən hesabatında (əgər oktyabra qədər bu postda qalacaqsa) hansı göstəricilərlə öyünəcəyi şəxsən mənə maraqlıdır.

Çünki cənab Şirəliyevin onillik fəaliyyəti dövründə səhiyyənin irəliləmək əvəzinə daha da gerilədiyi müşahidə olunur. Gözlənildiyinin əksinə olaraq, tibbi xidmət daha

da pisləşib, rüşvət daha da artıb. Bu gün səhiyyəmizin o qədər probemi var ki, onları yazıb qurtarmaq belə jurnalist üçün müşkil məsələdir...

Doğum evləri, yoxsa... ölüm evləri?

İnsan nəslinin artımını və davamlılığını şərtləndirən amil doğumdur. Doğum evləri də adından göründüyü kimi “doğum”un evidir. Yəni hər birimizin fiziki olaraq dünya həyatına inteqrasiyamız buradan başlayır. Elə səhiyyənin problemləri də...

Pulsuz tibbi xidmətə keçiddən sonra bütün səhiyyə ocaqlarında olduğu kimi doğum evlərində də ab-hava dəyişdi. Bütün doğum evlərinin qəbul otaqlarının divarlarında bər-bəzəkli çərçivə içərisində Səhiyyə Nazirliyinin pulsuz tibbi xidməti haqqında qərarı əks olunmuşdu. Sadə vətəndaşlar bu qərarı görcək çox sevinsələr də təəssüf ki, onların sevinci uzun sürmədi. Yeni qərarın çıxması sanki xəstəxana həkimlərini (xüsusilə baş həkimlər) ifrat dərəcədə aqressivləşdirmişdi. Xəstələrlə “əlindən ov qaçmış ovçu” kimi davranırdılar. Lakin bunun da “çarəsi” tapıldı. Rüşvətxor həkimlərin ideoloqları onların dadına çatdı - onlar xəstələrdən pul qoparmağın yeni yollarını kəşf etdilər və bu üsulları uğurla sınaqdan çıxartdılar. Bunun sayəsində indi doğum evlərində xəstələrdən alınan rüşvət və onlardan dolayısı ilə qoparılan pullar heç də əvvəlki dövrlərdə olduğundan az deyil. Qapı girişində dayanan nəzarətçiyə “şirinlik” verməkdən tutmuş, “tapılmayan” tibbi ləvazimat və dərmanların alınmasına qədər, tibb bacısından tutmuş, növbətçi həkimlərə qədər, mamaçadan tutmuş baş həkimə qədər... çəkilən bütün xərcləri hesabladıqda, 600-800 manata qədər gəlib çıxır. Bu rəqəmləri yazmaq və dildə demək nə qədər asandırsa da, əhalinin maddi vəziyyəti aşağı olan təbəqəsinin bu pulu tapıb verməsi bir o qədər çətindir. Çətinliyə sinə gərə bilməyən xəstələr isə körpənin və özünün həyatını böyük risk altında qoymuş olur. Bu gün doğum evlərində baş verən müəmmalı uşaq ölüm hadisələrinin səbəbləri dəqiq araşdırılsa, yuxarıda göstərdiyimiz faktorun da uşaq ölümü halları haqqında statistik göstəricilərin rəqəmlərinə təsir etdiyini görərik.

Qanda mikrob - ən ciddi təhlükə!

Əlbəttə, körpə ölümünün başqa səbəbləri də var. Onlardan biri də ananın qanına düşmüş mikroblardır. Hazırda ən geniş yayılmış mikrob xəstəliklərindən toksoplazmanın adı daha tez-tez çəkilir.

Son zamanlar çox maraqlı tendensiya müşahidə olunmaqdadır. Kim qan analizi üçün hər hansı bir tibb müssisəsinə müraciət edirsə, ona qanında mikrob olduğu barədə məlumat verirlər və məsləhət görürlər ki, qanını təcili yudurtsun. Yoxsa, onun vəziyyəti yaxşı olmayacaq. Qanyuma proseduru da həkimin insafının az, yaxud çox olmasından asılı olaraq 1-2 dəfə, yaxud dörd-beş dəfə aparıla bilər. Bir qanyuma prosesinin qiyməti də həkimlərin və poliklinikaların xüsusiyyətinə görə 60-150 manat arasında dəyişir.

Qanlarında mikrob tapılan xəstələr isə, əsasən hamilə qadınlardır. Bunun da gələcək nəslin taleyi baxımından nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Səhiyyə Nazirliyi bu istiqamətdə hansı işlər görür? Təəssüf ki, bu da nazirliyin “ortaya qoyduğu nəticələr” kimi qaranlıq qalır.

Ümumiyyətlə, mikrob qana hansı səbəbdən düşür və nəyə görə daha çox hamilə qadınlarda rast gəlinir? Bu sualların cavabı da onu yaradan amillər qədər qəlizdir. Ancaq bir şey məlumdur ki, bu gün ölkəmizdə satışa çıxarılan bir çox meyvələr və qida məhsulları insan orqanizmi üçün olduqca təhlükəlidir. Onlar nəinki orqanizmə mikrob sala bilər, hətta insanı öldürə də bilər. Genetik mutasiyaya məruz qalmış meyvələr insan orqanizmi üçün nə qədər zərərlidirsə, gec xarab olmaları üçün tərkibinə kimyəvi dərmanlar vurulmuş qida məhsulları da o dərəcədə zərərli və zəhərlidir. Mütəxəssislərin dediklərinə görə, qanda mikrob da həmin qida və meyvələrdən istifdə olunması nəticəsində əmələ gəlir.

Həkimlər bizi hara göndərir?

Xəstə həkimə müraciət edərkən onu ilkin müayinədən keçirən həkim əvvəlcə xəstəni diqqətlə “süzür”. Onun “pul verən” olub-olmadığı barədə “kəşfiyyat” aparır. Yalnız bundan sonra müayinəyə başlayır. Xəstəlik bir o qədər ciddi olmasa belə, həkimin ona yazdığı reseptlər xəstənin vəziyyətini daha da ağırlaşdırır. Məsələ bununla da bitmir. Həkim yazdığı dərmanları yalnız və yalnız “filan” aptekdən almağı xəstəyə qəti olaraq tapşırır. Bunun səbəbini soruşduqda “başqa yerdə tapılmır”, “orada daha ucuzdur”, “təmiz dərmanlar o aptekdə olur” və s. kimi uşaq başı aldadan bəhanələr gətirir. Xəstə - uşaq deyil, ancaq həkimə olan inam, onu yoldan azdırır. Xəstə resepti götürüb getdikdən sonra, həkim “filan” aptekə zəng vuraraq onun üçün “klient” göndərdiyini deyir və bundan sonra həkim və aptekçi arasında hansı alver olur, bu, onların öz işləridir.

Həkimlərin xəstələri tanış diaqnoztika mərkəzlərinə göndərməsi zamanı da eyni proses olduğundan, bu barədə danışmağı artıq sayırıq.

Təcili tibbi yardım...

Heç bir xəstənin işinin təcili tibbi yardım həkimlərinə düşməsini arzulamırıq. Əslində mahiyyət etibarilə belə bir tibbi xidmət növü də yoxdur. Əgər söhbət “təcili yardım”dan gedirsə, nə yardıma təcili olaraq gələn var, nə də təcili gəlib lazımi yardımı edən. Əksinə, bir çox hallarda təcili yardım çağırmış xəstənin vəziyyətinin sonradan mürəkkəbləşdiyi hallarına da az təsadüf olunmayıb.

Belə yerdə deyirlər: “xeyirini istəmirəm, ziyanını məndən uzaq elə”...

Xaricə xəstə axını... Son illər ən çox müzakirə edilən pöroblemlərdən biri də xəstələrimizin öz şəfasını

Azərbaycanda deyil, xaricdə axtarmasıdır. İmkanı olanlar İsrail, Almaniya, Türkiyəyə, imkansızlar isə İrana üz tuturlar. Sərhəd keçid məntəqələrində bu mənzərə daha dəhşətli görünür. Postu keçmək üçün növbəyə düzülənlərin bəlkə də yarıdan çoxu müalicə dalınca gedənlərdir. Heç şübhəsiz ki, bu mənzərənin ortaya çıxmasının əsas səbəbi Azərbaycan vətəndaşlarının, ölkənin səhiyyə sisteminə inamının köklü surətdə sarsılmasıdır. Səhiyyə sistemimizdə yuxarıda göstərməyə çalışdığımız arzuolunmaz hallar, insanlarımızın haqlı olaraq öz həkimlərimizə etibarını itirməsinə səbəb olub. Halbuki ölkəmizdə öz peşəsinə vicdanla yanaşan, bilik və təcrübə baxımından xaricdəki həmkarlarından heç də geri qalmayan həkimlərimiz var. Təəssüf ki, səhiyyə sistemindəki hazırkı vəziyyət, yaxşı həkimlərin özlərini göstərməsinə imkan vermir. Xaricdə hər şey “əla”dırmı? Özəlliklə vurğulamalıyıq ki, müalicə üçün xarici ölkələri seçən xəstələrimiz heç də həmişə istədiklərinə nail olmurlar. Bəziləri xarici xəstəxanalardakı vəziyyəti və müalicəni gördükdən sonra sanki yuxudan ayılır, bir daha ölkədən müalicə üçün çıxmamağa qərar verir. Bəs ölkədən kənarda müalicənin nəyi yaxşıdır? Vaxtilə müalicə üçün İrana getmiş İlqar adlı şəxsin sözlərinə görə, ümid etdiyi nəticəni görə bilməyib. əksinə, müalicədən qayıtdıqdan sonra vəziyyəti daha da pisləşib. Yenə də sonda yerli həkimlər onun dadına çatıb... “Hamı deyirdi ki, onların dərmanları çox keyfiyyətlidi. Amma şəxsən qəbul etdiyim dərmanların əksəriyyətinin ağrıkəsici tipli, tərkibində narkotikin çox olduğunu hiss etdim. İranlı həkimin mənə yazdığı dərmanların heç bir xeyri olmadı. Səhhətim o qədər pisləşdi ki, sonda yerli xəstəxanalardan birinə güclə çatdırdılar. Düzdü, pulum qat-qat çox çıxdı, ancaq əsas odur ki, indi sağ-salamatam”, - deyə İlqar əlavə edir...

Nazir dəyişə də nəzər dəyişmir...

Yuxarıda toxunmağa cəhd etdiyimiz məsələlər səhiyyə sahəsinin olsa-olsa, kiçik bir hissəsini əhatə edir. Saysız-hesabsız problemlər var ki, onlar öz həllini oturub gözləmir və düşündüyümüzdən də ciddidir. Lakin bu ciddiliyə Səhiyyə Nazirliyinin kifayət qədər ciddi yanaşması hiss olunmur. Proqnozlara görə, hazırda səhiyyə sahəsindəki nöqsanlar çoxdan aradan qalxmalı, problemlər artıq həllini tapmalıydı. Elə isə, niyə proqnozlar özünü doğrultmadı? Axı Səhiyyə Nazirliyinin “Əli İnsanov problemi” çoxdan həll olunub? Deməli, nazirin dəyişməsi, hələ nəzərin dəyişməsi deyil. Nazir “baxan”, nəzər isə “baxış” deməkdir. Bununla “Oqtay Şirəliyev hara baxır” demək istəmədim...

Qısası, nazir dəyişəndə nəzər dəyişmirsə, o zaman səhiyyəmizin xəstəliyini necə sağaltmaq olar? Problemlərin həllinin bir yolu var - bunun üçün MİLLƏTİ, DÖVLƏTİ, VƏTƏNİ

sevmək lazımdır, cənablar! Güntay Q.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazir müavini: “Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmadı”

    Nazir müavini: “Azərbaycanda pulsuz səhiyyə özünü ...

    19-12-2019, 11:51

  • 
  • Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır

    Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi ...

    30-01-2014, 12:30

  • 
  • İdmanın uşaq sağlamlığına faydaları

    İdmanın uşaq sağlamlığına faydaları ...

    3-02-2016, 13:15

  • 
  • Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi

    Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya ...

    17-04-2020, 11:08

  • 
  • Azərbaycan ən pis səhiyyəsi olan ölkələr arasındadır

    Azərbaycan ən pis səhiyyəsi olan ölkələr ...

    29-09-2016, 21:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu