GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır

Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır

Tarix: 30-01-2014, 12:30 Bölmə :Ölkə Baxış: 689
Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır
Mətbuatın və cəmiyyətin diqqətində olan əsas mövzulardan biri, bəlkə də birincisi ölkə səhiyyəsinin mövcud durumudur. Hər gün qəzetləri, elektron informasiya vasitələrini düzgün müəyyən olunmayan diaqnozlar, yanlış cərrahi müdaxilələr, səhv təyin olunan müalicə kursları nəticəsində həyatından məhrum olanlar, öz doğmalarını itirənlər, ömürlük şikəst qalanlar barədə tükürpədici, ürək ağrıdan məlumatlar verir. Hətta elə gün olmur ki, gündəlik həyatda bu tip faktlarla qarşılaşmayasan. Hər birimiz mətbuatdan olmasa belə, öz yaxınlarımızın, doğmalarımızın, ya da tanışlarımızın başına gələn lazımsız və səviyyəsiz müayinə, yeni xəstəliklərə rəvac verən müalicə hadisələrini eşidirik. Yüzlərlə özəl və dövət tibb müəssisəsinin olduğu bir məmləkətdə ölkə vətəndaşlarının mütləq əksəriyyəti xarici ölkələrə üz tutur.
Etimadsızlıq o həddə çatıb ki, hətta dərman preparatları da xəstə yaxınları tərəfindən xaricdən alınır. Öz maddi durumlarının səviyyəsinə görə imkanlı təbəqə Avropa ölkələrinə, orta təbəqədən olanlar Rusiya və Türkiyəyə, yoxsulluq içində çabalayan əksəriyyət isə İrana pənah aparır. Müvafiq strukturlar, xüsusilə də Səhiyyə nazirliyi özünü görməməzliyə, eşitməməzliyə vurmaqda davam edir. Səhlənkarlıq kimi qələmə verilən, əslində mahiyyətcə cinayət xarakteri daşıyan möhtəkirlik xüsusiyyətlərini özündə inkişaf etdirən səhiyyə sisteminə rəhbərlik edənlərin günahsız insanların qətliamına reaksiya verməməsi, hüquq-mühafizə orqanlarınınsa formal cinayət işləri açaraq, bir müddətdən sonra həmin işləri cüzi cəzalarla bağlaması bir daha cəmiyyətimizin yetərli reaksiyaya malik olmaması, hakimiyyətin isə ictimai rəyə ən yaxşı halda tüpürməsinin nəticəsidir. Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır. Toxunduğumuz problem aktual olduğu üçün bura qədər yazdıqlarımızın heç kim üçün yenilik olmadığı qənaətindəyəm.
Amma bir məsələ var ki, bunun ətrafında baş sındırmağa dəyər. Təsəvvür edin ki, səhiyyəmizdə hər şey öz qaydasındadır və yuxarıda göstərdiyimiz problemlər “nazirimizin ardıcıl həyata keçirdiyi təxirəsalınmaz tədbirlər” nəticəsində aradan qaldırılıb. Bəs belə olan halda:
- Minlərlə savadsız səhiyyə işçiləri və onları rüşvət qarşılığında işə qəbul edən rəhbər şəxslərin taleləri necə olacaq?
- İstifadə müddəti bitmiş və təsirsiz, bir çox hallarda ciddi əks-reaaksiya verən ucuz maya dəyəri baha satışı olan dərman preparatları ilə illərdir özünə biznes qurmuş, dərman monopoliyası yaratmış qruplar xalqı necə soyacaq?
- Bazası olmadığı halda sertifikat alıb 150 kvadrat metrlik ofisdə açılan, reklamları televiziya kanallarından əksik olmayan, əslində sovet dövrünün kiçik tibb məntəqələri qədər tibbi imkanlara malik olmayan klinikalar və onların milyonçu himayədarları hansı gəlirli sahəyə qonacaqlar?
- Bahalı dərmanlar təyin etməklə, müxtəlif özəl tibb müəssisələrinə müayinəyə göndərməklə xəstənin edəcəyi xidmət haqqı ödənişindən faiz əldə edən həkiməbənzərlər öz övladlarının xərclərini hansı haram pulla ödəyəcəklər?
Problemlərin əsas səbəbi kimi tez-tez həkimlərin əmək haqqılarının aşağı olmasını əsas gətirirlər. Əlbəttə, həkim personalı, bütünlükdə səhiyyə daim dövlətin önəm verdiyi, təminatına xüsusi diqqət yetirdiyi sahə olmalıdır. Amma heç bir səbəb, bəhanə insan həyatı ilə oynamağa əsas vermir. Əgər hörmətli səhiyyə işçilərimiz, eləcə də heç də ondan yaxşı durumda olmayan digər peşə sahibləri də maddi sıxıntı içərisindədirlərsə, əmək haqqılarından, dövlətin qayğısından narazıdırlarsa, çıxış yolu bu problemlərin acısının sadə xalqın, ölkə genefondunun, vətəndaşların, gələcəyimizin başında çatlatmaq olmamalıdır, öz haqlarını tələb edən, bu gün sayı o qədər də çox olmayan düşüncəli ölkə vətəndaşlarının, siyasi qüvvələrin yanında yer almalı, ucadan öz təbii haqlarını əldə etmək məqsədilə hayqırmalıdırlar. Çıxış yolu bundadır-mübarizədədir, şərəfsizcəsinə tibbi genosid planının tərkib hissəsi olmaqda deyil...

Əlişir ƏHƏD
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oqtay Şirəliyevin yarıtmaz fəaliyyəti nəticəsində İran səhiyyəsi inkişaf edir

    Oqtay Şirəliyevin yarıtmaz fəaliyyəti nəticəsində ...

    9-04-2014, 12:23

  • 
  • Qax Rayon Mərkəzi Xəstəxanasında misli görünməmiş qanunsuzluq

    Qax Rayon Mərkəzi Xəstəxanasında misli görünməmiş ...

    26-07-2014, 15:22

  • 
  • Nazirlik özəl klinikalarda nəzarətə başladı

    Nazirlik özəl klinikalarda nəzarətə başladı ...

    18-05-2016, 10:52

  • 
  • Gədəbəyin saxta diplomlu baytarları ev heyvanlarının qəniminə çevrilib

    Gədəbəyin saxta diplomlu baytarları ev ...

    29-01-2014, 12:24

  • 
  • Sağlamlığımız təhlükədədir!

    Sağlamlığımız təhlükədədir! ...

    10-05-2014, 13:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu