Press24.az əməkdaşının Bakıda bir neçə mağazada apardığı araşdırmalar nəticəsində məlum olub ki, ölkəyə xaricdən gətirilən və daxili istehsal olan siqaretlərin qiymətində 10-20 qəpik arasında artım baş verib. Qiymət artımı "Viceroy", "West", "LD", "Winston"un bütün növlərində və digər populyar siqaret markalarında müşahidə olunub.
Qeyd edək ki, satıcılar siqaretlərin qiymətinin istehsalçı firmalar tərəfindən artırıldığını deyiblər.
Təəssüf ki, istirahət günü olduğundan məsələyə rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?