GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Televiziya” “tibb”in günündə, tibb də ki, it günündə...

“Televiziya” “tibb”in günündə, tibb də ki, it günündə...

Tarix: 1-05-2015, 11:47 Bölmə :Maraqlı Baxış: 0
“Televiziya” “tibb”in günündə, tibb də ki, it günündə...

Bu günlərdə Azərbaycan Maliyyə İqtisadi Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının “StarMed” klinikasında burnundan plastik əməliyyat olan zaman klinikaya öz ayağı ilə gedən gənc qız orada əfsuslar olsun ki, son mənzilə yola salınıb. Bəli, bu haqda bir çox mətbuat orqanları yazmışdı. Amma nə fayda? Mətbuat orqanlarının biri bu əməliyyatı pisləyirsə, misal üçün, Xəzər Televiziyasında səhər proqramını aparan Sevda-Sevil bacıları burnundan əməliyyat olunduqlarını hər verliş deyib həkimlərini də, reklam edirlər, burunlarını da…

Bir dəfə görmədik ki, özəl bir klinikada gənc bir qızın elə gündə tərif oxuduqları əməliyyat ucbatından, bu qəssab həkimlərin əlində ölməsindən danışsınlar. Gənc qızımızın hansı qəssabların əlində canını necə tapşırması məsələsinə qayıdacağıq.

İlk əvvəl isə istərdik, bu gün gənclərə plastik əməliyyatı reklam edən və mətbuatda olan qeyri-mətbuat işçilərindən danışaq. Hər bir insanın anatomiyası indevidualdır. Bu gün Sevda-Sevil bacıları burun əməliyyatından əvvəl, Allahın onlara bəxş etdiyi formanı o qədər pisləyirlər və yeni görkəmləri ilə çox dəyişdiklərini tez-tez deməklə əslində açıq şəkildə öz həkimləri üçün rus demişkən “klient” toplamaqla məşğuldurlar. Axı buna baxan gənc qızlar onların nə üçün bunu etdiyinin heç fərqinə də varmır və çox zaman tibbi müayinə belə olunmadan əməliyyata yollanırlar. Əgər bu gün gənclərimiz daha sonranı düşünə bilmə qabiliyyətinə malik olsaydılar, biz onları gənc deyil, olğunlaşmış bir şəxs adlandırardıq. Ona görə də, xüsusən də efirdə hər bir sözü danışmazdan əvvəl onu dinləyənə necə təsir bağışlayacağını düşünün. Həmin sözlərin kiminsə həyatında bir rol oynaya biləcəyini düşünün və ona görə danışın. Gənc soydaşlarımız göz görə-görə əməliyyat otağında nadanlığın, savadsızlığın qurbanı niyə axı olmalıdır? Yaxşı deyək ki, Sevda-Sevil bacıları hər gün ayna qarşısına keçəndə özlərini tanımadıqları üçün həkimə bu cür təşəkkür etmək yolunu kəşf ediblər. Bəs bir mətbu orqan kimi Xəzər Televiziyasının

rəhbərliyi buna necə yol verir? Deyək ki, Sevda-Sevil bacıları təsadüf nəticəsində yollarını jurnalistikadan salıblar.

Axı çalışdıqları televiziya illərdir fəaliyyət göstərir. Necə bu günlərdə plastik əməliyyat zamanı canını tapşıran bir qıza rəğmən, bu gün televiziya vasitəsi ilə plastik əməliyyatı reklam edilməsinə müsadə edirlər? İndi də, keçək özəl klinikalarda olan xəstə təlafatına. Bəli, bu məlum məsələdir ki, hər bir xəstəyə bir ad qoyulur, biri narkozdan ayılmayıb, digəri iynənin təsirindən qıc olub, bir başqası qan itgisindən… və sairə ilaxır. Amma hər bir durumda həkimlərin mövcud ölüm hadisəsini ölənin ayağına yazması artıq adi hal alıb. Çünki bir dəfə pasientini əməliyyat stolunda qalmasına səbəb olan həkim özü bunca zamandır, min-bir əziyyətlə ətrafına topladığı müştəriləri itirməsi deməkdir. Əfsuslar olsun ki, bu gün bu durumu bilən həkim öz üzərində çalışmaq əvəzinə və ya Səhiyyə Nazirliyinin həkimlik üçün təşkil etdiyi olduqca müşkül və əlin cibində olmasını gərəkdirən imtahanlarından üzü ağ çıxa bilməyən həkimlər üz tuturlar bu yağışdan sonra göbələk kimi peyda olan özəl klinikalara. Başlayırlar orada işləməyə və özəl klinikalara üz tutan tək-tük xəstələr üzərində, necə deyərlər “ dəlləkliy”i öyrənməyə. Onun nəticəsidir ki, bu gün Leyla kimi gənclərimiz həmin həkimlərin qurbanına çevrilir.

Leyla Mürsəlovanın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Mərhumun həkimi isə “StarMed”də çalışan cərrah Sənan Mehdiyev olub. Leyla Mürsəlovanın atası Namiq Mürsəlov isə qızının ölümündə cərrahı və klinikanı günahlandır. Namiq kişi bildirir ki, qızı öldükdən sonra həkimlər onun üstündə əməliyyat aparıb. Çünki qızın sinəsində yanıq, qollarında göylər burun və üz hissəsində isə çapıqların olduğunu bildirən ata bu məsələnin araşdırılmasını tələb edir. Həkim Sənan Mehdiyev Leyla Mürsəlovanın plastic əməliyyat olunması üçün nə az, nə çox, düz 1800 manat istəyiblər. Əməliyyat uğursuz keçsə də və xəstənin ölməsini belə bir müddət valideynlərindən saxlayıblar. Bu da böyük ehtimalla, əməliyyatdan dərhal sonra danışılmış maliyyənin tez bir

zamanda klinikanın hesabına köçürülməsi üçün hesablanan bir addım olub. Qeyri-normal hərəkətlərdən biri də odur ki, xəstənin həkimi Sənan Mehdiyev arxa fonda Leyla Mürsəlovanın əməliyyat stolunda uzanan fonunda öz şəklini çəkərək social şəbəkədə paylaşıb. Bu söz yox ki, həkim personalın sağlam təfəkkürünün nə yerdə olub-olmamasından xəbər verir. Görəsən, səhiyyə nazirliyi müəyyən bir klinikaya fəaliyyət göstərməsi üçün lisenziya verirsə, orada çalışan tibbi personal üçün nəyə görə xüsusi bir imtahan və ya nəzarət deyilən heç nə yoxdur?

Məgər dövlət xəstəxanası deyil, özəl olarsa, Səhiyyə Nazirliyi həmin klinikaya lisenziya verdiyi üçün cavabdehlik daşımırmı? Daşıyır. Əgər daşıyırsa, həmin klinikalarda çalışan və ya çalışdırılan həkimlərə nə üçün xüsusi nəzarət komissiyası təşkil edilmir? Məgər insan həyatı ilə oynamaq bu qədərmi mənasız olub? Özəl klinikalarda, istənilən xəstənin xəstəxanaya müraciəti zamanı qabaqcadan düşünülmüş şəkildə xəstəyə ölürsə və ya şikəst qalarsa, bütün cavabdehliyi boynuna götürəcək sənəd imzalatırlar. Bundan sonra isə xəstənin nə koordioqraması, nə də allergiya verə biləcək dərman preparatları yoxlanılmır. Elə birbaşa 200-300 manat analiz haqqı alaraq, adi bir prosedur edilir. Bura isə barmaqdan qan analizi və sairə kimi tibbi baxımdan ehtiyac duyulmayan analizlər olunur. Elə Mürsəlova Leylanın vəziyyətində də bu şablon hadisə baş verib. Eyni zamanda Leyla ilə bağlı mövcud durumun nə tibbi kitabçada, nə də jurnalda qeyd etmədiyi məqamlara da rast gəlmək mümkündür. Bir az əvvəl qeyd etdiyimiz kimi, Leylanın orqanizminin allergik xüsusiyyətlərinin analizi də aparılmayıb.

Bu gün Leyla Mürsəlova ilə bağlı Yasamal rayon Prokurorluğu cinayət işi açıb və aşardırma davam edir. Lakin qeyd etdiyimiz kimi, bu cür durumlarda klinikalar əvvəlcədən xəstələrə sənəd imzalatdıqlarından dolayı onları məsuliyyətə cəlb etmək o qədər də asan olmur. Ümid edirik, bu cür durumlardan Səhiyyə Nazirliyi örnək götürər və tez bir zamanda özəl klinikalardakı tibb personalına nəzarət qrupu yaradırlar.

Bundan əlavə, həkimin öz xəstəsi ilə əməliyyat otağından sosial şəbəkədə paylaşması üçün şəkil çəkdirməsi məsələsinə nəzər yetirərək, qeyd etməliyik ki, özəl və dövlət klinikalarında çalışan bütün tibbi personal mütəmadi olaraq, psixoloji testlərdən, müsahibələrdən keçirilməlidir. Əks halda nə bu cür ölüm aktlarının, nə də bu cür “həkimciklər”in üzdən iraq dəlləkliyinin qarşısını almaq mümkün olmayacaq…

Ülkər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı

    Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı ...

    27-05-2016, 00:57

  • 
  • Siruz Qoçqaninin əməliyyat etməsinə qadağa qoyuldu — RƏSMİ

    Siruz Qoçqaninin əməliyyat etməsinə qadağa ...

    19-05-2020, 16:02

  • 
  • Məşhur həkimdən gənc qızın əməliyyatda ölməsinə reaksiya: - “Subay olmasına baxmayaraq, gah süd vəzilərini böyüdür, gah da...”

    Məşhur həkimdən gənc qızın əməliyyatda ölməsinə ...

    15-05-2020, 12:47

  • 
  • “BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT – Bu dəfə tanınmış həkim can verdi!

    “BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT – Bu dəfə tanınmış ...

    29-05-2019, 10:21

  • 
  • Cərrah 18 yaşlı Leylanı belə öldürdü...

    Cərrah 18 yaşlı Leylanı belə öldürdü... ...

    12-04-2015, 18:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu