GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı

Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı

Tarix: 27-05-2016, 00:57 Bölmə :Ölkə Baxış: 0
Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı

…Ailə sonradan öyrənəcəkdi. Leyla məhz əməliyyatın düzgün aparılmaması səbəbindən dünyasını dəyişib. Azərbaycanın özəl tibb klinikalarında həkim səhvi ucbatından xəstə ölümü nadir hadisə deyil. Savadsız cərrahların adi əməliyyatı apara bilməməsindən ölənlər, həkimin səhv müalicəsinin qurbanı olanlar çoxdur. Amma xəstə öləndən sonra cəsədin üzərində əməliyyatı davam etdirmək və beləliklə də, ölümün baş vermə səbəblərini gizlətməyə çalışmaq təcrübəsi ilk dəfə cərrah Sənan Mehdiyev tərəfindən tətbiq edilib. Leylanın ailəsi sonradan onu da öyrənib ki, əməliyyatın gedişinə məsul olan həkimlərdən biri - anestezioloq Emin Quluzadə əməliyyat bitmədən iki dəfə cərrahiyyə otağını tərk edib, dostları ilə görüşüb...

...18 yaşlı Mürsəlova Leyla Namiq qızının “StarMed” klinikasında burnundan plastik əməliyyat olunarkən dünyasını dəyişməsindən 1 il 2 ay ötür. Amma ailənin bütün səylərinə baxmayaraq, gənc qızın ölümündə təqsirkar olan həkimlər hələ də cəzalarını almayıblar. Gözlərinin nurunu itirən valideynlər çarəsiz vəziyyətdədir.

Virtualaz.org saytının əməkdaşları mərhum gəncin evində olub, faciə ilə üzləşən valideynlərlə görüşüblər.

Böyük otaqda Leylanın müxtəlif illərdə çəkilən şəkilləri asılıb. Gənc qızın Azərbaycan Maliyyə-İqtisad Kollecini bitirməsinə 3 ay qalmışdı. Diplomunu aldıqdan sonra təhsilini Almaniyada davam etdirəcəkdi.

Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı

Leyla ailənin ilkidir. Valideynlərinin nübar payı idi, indi isə dərd payı olub…

“Dedim ki, sənin burun əməliyyatına ehtiyacın yoxdur. Çox çalışdım, amma onu bu fikrindən daşındıra bilmədim”, - bunu gözü yaşlı ana Rəsmiyə Mürsəlova deyir.

Rəsmiyə xanımın sözlərinə görə, cərrah Sənan Mehdiyev Leylanı müayinə etdikdən sonra onlara bu əməliyyatın sadə və təhlükəsiz olduğunu deyib: “Fevralın 20-də həkimlə görüşdük. Leylaya baxandan sonra vaxtının azlığından əməliyyatın təcili keçirilməsini məsləhət gördü. Bunun üçün bizdən 1500 manat istədi. Martın 9-da analizləri verdik, Leylanın kardioqramını etdilər. Amma döş qəfəsinin roentgen müayinəsi aparılmadı. Analizlərin cavabına baxdıqdan sonra səhhətində problem olmadığını söylədilər. Sənan Mehdiyev allergiyaya və qanın durulmasına görə dərman təyin etdi. Yazdığı dərmanların bir hissəsini əməliyyatda istifadə edəcəkdilər”.

Əməliyyat martın 17-nə, axır çərşənbə gününə salınıb. Sənan Mehdiyev valideynlərə Leylanın səhhətində problem olmadığını desə də, sonradan qızın ürəyində xəstəlik olduğunu iddia edəcək. Guya ki, bu xəstəlik ölümün baş vermə səbəblərindən biri imiş…

“Leyla tam sağlam olub. Qeydiyyatda olduğu ərazi poliklinikasından verilən arayışlar da bunu təsdiq edir. Bundan əvvəl iki dəfə - boğazındakı artıq ətdən və kor bağırsağından əməliyyat olunub”.

Bunu isə ata Namiq Mürsəlov deyir. Atanı narahat edən suallar çoxdur. Məsələn, həkimin iddia etdiyi kimi, Leylanın ürəyində problem olubsa, niyə onu əməliyyat ediblər? Niyə əməliyyatdan əvvəl Leyla rentgen müayinəsindən keçirilməyib? Analizlərin cavabı sonradan niyə və necə saxtalaşdırılıb? Bu suallara istintaq zmanı da cavab tapılmayıb.

Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı

Ana yenidən ağlayır: “Sənan həkim əməliyyatdan əvvəl məni yanına çağırdı. Dedi ki, narahatlığa əsas yoxdur. Pulu verdik. Təxminən saat 11-in yarısında anestezioloq Emin Quluzadə əməliyyat otağından çıxdı. Qeydiyyat şöbəsindəki xanım dedi ki, narahatlığa səbəb yoxdur, əməliyyat davam edir, sadəcə, həkim maşını düzgün park etməyib. Buna görə də, maşının yerini dəyişib, təkrar əməliyyata girəcək. Sonradan həmin həkim təkrar əməliyyat otağından çıxıb kimlərləsə görüşdü. Əməliyyatın gedişinə məsul olan həkim kimi o, əməliyyatın bitməsini gözləməli idi. Saat 11-dən sonra klinikada çaxnaşma düşdü. Həmin an uşağa nəsə olduğunu hiss etdik. Sonra Sənan Mehdiyev aşağı düşüb bizimlə görüşdü. Dedi ki, uşaqda prolaps olduğunu mənə deməmisiniz. Amma əvvəlcə ona məlumat vermişdik. Biz də cavab verdik ki, əvvəlcədən sizə bu barədə demişdik”.

Sənan Mehdiyev valideynlərə Leylanın təzyiqinin düşdüyünü deyib. Daha bir neçə dəqiqə keçib və gənc qızın komaya düşdüyünü valideynlərinə söyləyiblər. Ata huşunu itirib, ana isə Leylanın yanına buraxılmayıb. Anestezioloq Emin Quluzadə Leylaya dərman vurulandan sonra allergik reaksiya verdiyini söyləyib. Əməliyyat otağında olan iki həkimin dedikləri üst-üstə düşməyib.

“İndiyə qədər bilmirik ki, Leylaya vurulan hansı dərman onda reaksiya verib. Narkoz keyfiyyətli olubmu? Heç ekspertiza da hansı dərmandan şoka düşdüyünü açıqlamayıb. Leylanı bu anafilaktik şokdan ayıltmaq üçün 6 dəqiqə vaxt lazım idi. Mən uzun illər reanimasiyada işlədiyimdən, belə hadisələrlə çox rastlaşmışam. Yalvardım ki, içəriyə buraxın, övladıma özüm yardım edim. Birinci dəfə düzgün yardım etməyiblər”, - Rəsmiyə xanım əlavə edir.

Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı

Valideynlərini Leylanın yanına buraxmayıblar. Ailə övladlarının son nəfəsində yanında ola bilməyib. Bunun səbəblərini isə məsciddə - meyit yuyularkən öyrəniblər.

Ana göz yaşlarını saxlaya bilmir: “Leyla tanınmaz hala düşmüşdü. Ürəyini o qədər masaj etmişdilər ki, bütün qabırğaları sınmışdı. Ürəyi partlamışdı, ciyərləri qanla dolmuşdu. Komaya düşəndə beyininə qan sızmışdı, qolları qançır idi. Kürəyində yanıq izləri vardı, ürəyi elektroşoka məruz qoyarkən kürəyini yandırmışdılar”.

Leyla Mürsəlovanın ölüm işini müstəntiq Fuad Əhmədov aparıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ekspertizanın nəticələrini 4 dəfə dəyişib. Rəsmiyə Mürsəlova deyir ki, müstəntiqin yanında üzləşmə zamanı Sənan Mehdiyev Leylanın anafilaktik şokdan öldüyünü deyib: “Uşağın boğazına borucuq yerləşdirərkən boğazını cırmışdılar. Həkimdən əməliyyatın adını soruşdum. Dedi ki, Leylanın üzərində rinoseptoplastika əməliyyatı aparmışam. Amma məsciddə Leylaya baxdım. Onun burnu necə var idisə, elə də qalmışdı, heç bir şiş yox idi. Uşaq şokdan ölüb, amma həkim əməliyyatı dayandırmayıb. Burnunun aşağı hissəsində tikiş belə qoyulmamışdı”.

Leylanın valideynləri onu da deyirlər ki, Məhkəmə-Tibbi Ekspertizanın rəyində kifayət qədər saxtakarlığa yol verilib. Namiq Mürsəlov buna görə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin keçmiş direktoru Şakir Musayevi günahlandırır. Ailə baş prokuror Zakir Həsənovun, ombudsman Elmira Süleymanovanın, səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olub. Onlar isə işin ədalətli araşdırılacağını, günahkarların cəzalandırılacağını vəd ediblər. Doğrudur, əməliyyatın aparıldığı “StarMed” klinikası bağlanılıb. Amma görülən tədbirlər hələlik bununla yekunlaşıb.

Əvəzində isə Sənan Mehdiyev fəaliyyətini başqa bir klinikada - “Avrasiya” hospitalında davam etdirir. Bəli, bu gün Azərbaycanda elə həkimlər var ki, onlar əlini-qolunu sallayıb rahat gəzir, səhvi və ya səhlənkarlığına görə cavab vermir. Amma bilmək olmaz, Sənan Mehdiyev kimilərini himayə edənlərin həmin həkimə özünü, uşağını, ata-anasını etibar etdikdə başlarına nələr gələcək? Hələ bilmək olmaz, o həkimin əlindən sağ çıxa biləcəklərmi?

Ülviyyə Xudiyeva

İnarə Rafiqqızı

Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı
Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı
Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı
Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı
Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı
Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı
Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 17 yaşlı Leylanın ölümü ilə bağlı cinayət işində yenilik: klinika rəhbəri də həbs edilə bilər

    17 yaşlı Leylanın ölümü ilə bağlı cinayət işində ...

    28-06-2018, 20:46

  • 
  • “BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT – Bu dəfə tanınmış həkim can verdi!

    “BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT – Bu dəfə tanınmış ...

    29-05-2019, 10:21

  • 
  • “Televiziya” “tibb”in günündə, tibb də ki, it günündə...

    “Televiziya” “tibb”in günündə, tibb də ki, it ...

    1-05-2015, 11:47

  • 
  • Model qızın ölümündə günahlandırılan həkim haqqında ilginc faktlar

    Model qızın ölümündə günahlandırılan həkim ...

    26-06-2017, 13:19

  • 
  • Cərrah 18 yaşlı Leylanı belə öldürdü...

    Cərrah 18 yaşlı Leylanı belə öldürdü... ...

    12-04-2015, 18:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu