GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cərrah 18 yaşlı Leylanı belə öldürdü...

Cərrah 18 yaşlı Leylanı belə öldürdü...

Tarix: 12-04-2015, 18:04 Bölmə :Ölkə Baxış: 0
Cərrah 18 yaşlı Leylanı belə öldürdü...

Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının martın 17-də özəl klinikaların birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyinin ona həyatı bahasına başa gəlməsi barədə çox yazıldı. Mətbuatda buna dair çoxsaylı yazılar, xəbərlər verildi.

O informasiyaların əksəriyyətində belə deyilirdi: 18 yaşlı tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib, Leylanın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir, mərhumun həkimi cərrah Sənan Mehdiyev olub, faktla bağlı araşdırma aparılır və s.

Cərrah 18 yaşlı Leylanı belə öldürdü...

Namiq Mürsəlov

Mərhum Leyla Mürsəlovanın atası Namiq Mürsəlov isə virtualaz.org saytına açıqlamasında bu qandonduran faciənin təfərrüatlarını danışıb, cərrahı və klinikanı ittiham edib.

N.Mürsəlov cərrahın qəbuluna getdikləri gün onunla aralarında olan söhbəti belə nəql edib: “Sənan Mehdiyev qızımın burun çəpərində bir balaca əyriliyin olduğunu dedi. Bildirdi ki, bunu düzəltmək o qədər də çətin iş deyil, sadə əməliyyatdır. Leylanın burnunda əslində qüsur yox idi, amma o, əməliyyatda israr edirdi. Bizsə istəyirdik ki, həkim Leylanı cərrahi müdaxilənin ən sonuncu tədbir olduğuna inandırsın, bunu ən azı dilə gətirsin, uşağı bunun lazımsızlığına inandırsın. Axı istənilən əməliyyat risklidir. Söhbət təkcə sağlamlıqdan yox, ümumiyyətlə, həyati təhlükədən gedir. Həkim isə “sadə əməliyyatdır, heç bir problem olmayacaq” dedi.

Biz cərraha Leylanın uşaqlıqda ürəyində problem olduğunu xatırlatdıq. Fikirləşdik ki, ona bəlkə bu yolla təsir göstərə bilərik, fikrini dəyişər. Cərrah isə yenə özündənrazı halda dedi ki, heç bir qorxulu şey yoxdur, biz əməliyyatları ciddi diaqnozlar və tibbi müayinələr əsasında aparırıq”.

N.Mürsəlovun sözlərinə görə, bundan sonra qızı Leyla da ürəklənib: “Leyla da mənə dedi ki, görürsənmi, ata, qorxulu heç nə yoxdur... Məcbur qalıb əməliyyata razılaşdıq. Kaş razılaşmayaydıq...

Bundan sonra cərrah Sənan Mehdiyev üzünü mənə tutub dedi ki, sən bizim qiymətləri bilirsənmi. Sonra da həkim əlavə etdi ki, bizdəki plastik əməliyyat sizə 1800 manata başa gələcək - 1500 manat əməliyyat üçün, 300 manat da analizlərə və təyin olunan dərmanların alınmasına. Bu dərmanlar isə əməliyyatdan qabaq alınmalı idi”.

Mürsəlovlar ailəsinin ehtiyat etdiyi bir məsələ də olub. Onlar cərrahdan həkimlərin nə tibbi kitabçada, nə də jurnalda qeyd etmədiyi məqamlara diqqət yetirməyi xahiş ediblər. Məsələn, pasiyentin orqanizminin allergik xüsusiyyətlərinin analizi aparılmayıbmış...

Ümumiyyətlə, bu işdə məntiqi suallar doğuran xeyli məqamlar var. Ona görə də Leyla Mürsəlovanın ölümündən şoka düşmüş Yasamal Rayon Prokurorluğunun müstəntiqi Fuad Əhmədovun həqiqəti üzə çıxarması elə də asan olmayıb. Cərrahın xəsisliklə yazdığı pərakəndə qeydlərdən baş çıxarmaq isə daha çətindir.

Bununla belə müstəntiq şahid ifadələri və tibb işçilərinin az inandırıcı, bəzənsə ziddiyyətli izahatları arasında “isti izlər” taparaq bu həqiqəti üzə çıxarmağa nail olub.

17 mart. Saat 8:30. Əməliyyatda iştirak edəcək tibb bacısı Leyla Mürsəlovanı əməliyyat otağına aparır. Həmin otaqda iki nəfər var - cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə.

Saat 9:49. Cərrah Mehdiyev Mürsəlovlardan görəcəyi işin zəhmət haqqısını almaq üçün əməliyyat otağından çıxır və 1500 manatı alır. Əvəzində hər hansı sənəd, qəbz vermir. Mürsəlovlara yalnız onu bildirir ki, Leylaya narkoz verilib. Bunu deyib yenidən əməliyyat otağına qayıdır.

Cərrah 18 yaşlı Leylanı belə öldürdü...

Saat 9:56. Anestezioloq Emin Quluzadə narkoz altında uzanan Leyla Mürsəlovanın fonunda çəkdirdiyi fotoşəkilini öz facebook səhifəsində paylaşır. O, öz fotoşəkilinin altından Konfutsidən nəsə sitat da.

Saat 10:44. Cərrah Mehdiyev əməliyyat otağından çıxıb kabinetinə keçir və onu gözləyən xəstələrini qəbul etməyə başlayır.

Namiq və Rəsmiyyə Mürsəlovların, həmçinin digər tibb işçilərinin sözlərinə görə, elə bu vaxt klinikada qəribə şeylər baş verməyə başlayır. Mehdiyev qəbulu dayandırır və tələsik şəkildə əməliyyat otağına gedir.

Həmin an isə anestezioloq Emin Quluzadə əməliyyat otağından çıxır. Leylanın anası Rəsmiyyə Mürsəlova ondan qızının narkozdan ayılıb-ayılmadığını soruşur. Quluzadə əlüstü “hələ yox” deyə cavab verərək küçəyə qaçır. Yanında da bir nəfər tez də qayıdır... İkisi də əməliyyat otağına girirlər. Həmin şəxs həkim-reanimatoloq və “StarMed” klinikası həkimlərinin dostu imiş. Cərrahla anestezioloq ondan təcili “StarMed”ə gəlməyi və yaranmış vəziyyətdə onlara kömək etməyi, məsləhət verməyi xahiş edibmişlər.

Leyla Mürsəlova isə özünə gəlmirdi: qan təzyiqi kritik həddə düşmüş, bədəninin temperaturu 42 dərəcəni aşmışdı.

Saat 11:58. Əlindən gələn yardımı göstərən reanimatoloq klinikanı tərk edir. Cərrah Mehdiyev Mürsəlovlar ailəsinə Leylanın “bir balaca probleminin yarandığını” xəbər verir. Sonra da valideynləri ciddi-cəhdlə inandırır ki, qızın həyatına heç bir təhlükə yoxdur.

Lakin N.Mürsəlovun dediyinə görə, burada çox maraqlı məqamlar var. Belə ki, həkimlər Mehdiyev və Quluzadə nə həmin vaxt, nə də sonra - ta saat 15:00-a qədər heç bir iş görməyiblər, artıq ölməkdə olan xəstəni xilas etmək üçün mərkəzi tibb müəssisələrindən daha təcrübəli mütəxəssilər dəvət etməyə heç cəhd də göstərməyiblər. Əgər yardım və ya konsultasiya üçün başqa həkimlər çağırılsaydı, vəziyyəti dəyişmək mümkün ola bilərdi...

Cərrah 18 yaşlı Leylanı belə öldürdü...

Daha bir maraqlı detal. Əsəbləri polad kimi möhkəm olan müstəntiq Fuad Əhmədov qızın meyitini görəndən sonra sadəcə şoka düşməyə bilməzdi. Qızın bütün sinəsi defibrillyatorun təsirindən yanıbmış... Burnunun üstündə çapıqlar varmış... Onun əlləri və ayaqlarında göy ləkələr vardı...

Aydın məsələdir ki, yazıq qızcığaz əməliyyat stolunda qıc olub, uzun müddət çırpınıb. Xəstə çırpındıqca isə həkimlər onu əməliyyat stoluna var qüvvələri ilə sıxmağa çalışıblar...

Burada hələ daha bir şübhəli qəribəlik var. Təhqiqat zamanı o da məlum olub ki, əməliyyatda iştirak edən tibb bacısı daha sonra “özünü pis hiss edib” və işdən tez getməli olub. Buna görə də o gedəndən sonra klinikada nələrin baş verdiyini bilməyib, bunu görə bilməzdi. Tibb bacısı izahatında belə yazıb...

Müstəntiq buna inanmayıb, inana da bilməzdi. Cərrahiyyə əməliyyatlarında iştirak edən tibb bacıları orta tibb personalının elitası sayılır. Onların arasında qorxaqları, ürəksizləri olmur. Onların arasında ciddi seçim aparılır. Əməliyyat onlar üçün adi şeydir. Bu - aksiomadır. Görünür, həmin tibb bacısına “dilini dinc saxlamaq” əmr edilib...

Yaxud “StarMed”dəki “ÇP”-dən xəbər tutub səhərisi gün klinikaya gedən ANS əməkdaşlarının verdiyi izahata baxaq. Təqdim edilən süjetdən də görünür ki, cərrah Mehdiyev onları yaranmış vəziyyətə görə heç bir əməliyyat aparmadığına inandırmaq istəyir...

Əgər belədirsə, onda mərhum qızın sifətindəki çapıqlar nə idi?

“Cərrah mənim qızım üzərində Leyla artıq öləndən sonra əməliyyat aparıb” - deyə N.Mürsəlov israrla bildirir.

Buna inanmaq çətin olsa da deyilənləri yoxlamaq lazım idi. Axı faciəyə gətirib çıxarmış aşağı səviyyəli həkim peşəkarlığı müstəntiq Əhmədovdan ötrü CM-in 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açmaq üçün əsasa çevrilmişdi.

Ehtiyatsızlıqdanmı? Bəlkə nadanlıq və savadsızlıqdan? Böyük ehtimalla belədir. Sadəcə olaraq CM-də nadanlığa, savadsızlığa və məsuliyyətsizliyə görə məsuliyyətə cəlb etməyi nəzərdə tutan maddə yoxdur...

Leyla Mürsəlova artıq həyatda yoxdur. Onun cəmi 18 yaşı vardı. Martın 17-si onun valideynlərindən ötrü həmişə qara gün olaraq qalacaq...

Lev Maas
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 17 yaşlı Leylanın ölümü ilə bağlı cinayət işində yenilik: klinika rəhbəri də həbs edilə bilər

    17 yaşlı Leylanın ölümü ilə bağlı cinayət işində ...

    28-06-2018, 20:46

  • 
  • “Televiziya” “tibb”in günündə, tibb də ki, it günündə...

    “Televiziya” “tibb”in günündə, tibb də ki, it ...

    1-05-2015, 11:47

  • 
  • Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı

    Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı ...

    27-05-2016, 00:57

  • 
  • Paytaxtda 2 nəfəri öldürən Sirus Qoçqanınin cərrah olmadığı üzə çıxdı

    Paytaxtda 2 nəfəri öldürən Sirus Qoçqanınin ...

    7-08-2019, 12:54

  • 
  • 22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın olmasına, getdi..." - Fotolar

    22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın ...

    27-06-2017, 17:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu