Erməni deputat Aram Manukyan yaxınlaşan böyük fəlakətdən danışıb
Ermənistan parlamentində müxalifətçi Erməni Milli Konqrensi Partiyasının fraksiya katibi Aram Manukyan ölkəsində əhalnin azalmasının sürətlənəcəyini bildirir. Manukyan öz fikirlərini əmək miqrantlarından gəlir vergisi alınmasını nəzərdə qanunvericilik əlavələri ilə əsaslandırır. Onun fikrincə, qanun ermənilərin heç bir maneə olmadan Rusiyaya köçməsini təmin edir. “Ermənistanda insanları Rusiyaya qazanca aparan təşkilatlar qeydə alınır. Bu qanunvericilik əlavələri mövcud mexanizmi gücləndirəcək. İnsanları yaşayış yeri, maaş, sığorta ilə təmin edirlər”,- deyə deputat vurğulayır. Onun sözlərinə görə, ölkədə 73 min işsiz var və bu insanlar öz hesablarına Rusiyaya qazanc dalınca getməyə qorxurlar. Manukyanın fikrincə, bu, iki il qabaq Ermənistandan Rusiyaya kütləvi köçü təşkil edən “Sooteçestvenniki” (Rusiya) layihəsinin daha ucuz variantıdır: “”Sooteçestvenniki” də elə çox növbə var idi ki, ruslar hamıya xidmət etməyə macal tapmırdı”. Statiskaya görə, hazırda Ermənistanda təxminən 2,9 milyon adam qeydiyyatdadır. Amma onların 840 mini rəsmi əmək miqrantı kimi Ermənistanı tərk edib. Yəni staistikaya inanılarsa, hazırda Ermənistanda 2 milyon adam yaşayır. Amma bu, erməni diasporunun yaydığı rəqəmlərdən 40 faiz artıqdır. Keçən il Ermənistanda monitorinq aparmış Avropa erməni diasporunun nümayəndələri ölkədə cəmi 1,4 milyon adamın yaşadığını vurğulayırdılar. Ermənistan yeni müstəqillik qazananda ölkədə 4 milyona yaxın adam yaşayırdı. Yəni müstəqillik illərində respublika əhalisinin optimist statistika ilə 2 dəfə, pessimit statistika ilə isə 3 dəfə azaldığı ortaya çıxır. Qərbin proqnoz institutları 2015-ci ildə Ermənistan əhalisinin sayının 800 minə düşəcəyini ehtimal edirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?