Ölkəmizə qarşı qarayaxma kampaniyası aparan qüvvələrin cəhdləri heç bir nəticə verməyəcək
Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda tarix yazılır. Bu gün paytaxt Bakıda ilk Avropa Oyunlarının açılış mərasimi keçirilir. Bu gün təkcə Avropanın deyil, bütün dünyanın nəzərləri Azərbaycana yönəlib. Çünki bu gün Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir və bu əlamətdar hadisə - ilk Avropa Oyunlarının açılış mərasimi dünyanın 50-dən çox ölkəsində canlı yayımlanacaq. Yüz minlərlə insan belə bir mötəbər beynəlxalq tədbirin izləyicisinə çevriləcək. İyunun 28-dək davam edəcək Avropa Oyunları zamanı dünyanın 50 ölkəsinin idmançıları mübarizə aparacaqlar. Bütün bu yarışlar boyu 50 ölkədən olan çoxsaylı idman azərkeşləri maraq və həyacanla bu yarışları izləyəcəklər. Oyunları canlı izləmək üçün Bakıya gələn minlərlə əcnəbi ölkəmizlə, onun ictimai-siyasi, mədəni həyatı, tarixi və mədəniyyəti, memralıq abidələri, xalqımız adət-ənənələri, məxbəxi ilə tanış olacaq, Azərbaycanı yaxından tanıyacaqlar. Eyni zamanda bu günlərdə Azərbaycan həqiqətləri, torpaqlarımızın işğalı, Dağlıq Qarabağ problemi, 1 milyondan artıq azərbaycanlının doğma torpaqlarından didərgin düşməsi faktı dünyanın diqqət mərkəzində olacaq.
Azərbaycan üçün böyük əhəmiyyət daşıyan bu tarixi günlərdə ölkəmizi sevməyən qüvvələr təəssüf ki, rahatlıq tapa bilmir. O da təəssüf doğurur ki, bu sırada erməni lobbisi ilə yanaşı, bəzi Qərb dövlətləri, müxtəlif Avropa siyasətçiləri, bəzi büynəlxalq təşkilatlar, eləcə də Azərbaycanın daxilindəki müəyyən qruplar da yer alır.
Bu qüvvələrin məramı bəllidir. Məqsəd Azərbaycanın uğurlarına gölgə salmaq, ölkəmizin imicnə zərbə vurmaq, ən kiçik fürsətdən belə yararlanaraq, dövlətimiz haqqında mənfi rəy formalaşdırmaqdır. Məhz buna görə də son aylar bu qüvvələr fəallaşaraq, hücuma keçib, Azərbaycana qarşı ədalətsiz, qərəzli kampaniya aparırlar. Özü də bu kampaniya ilk dəfə deyil ki, aparılır. Xatırlayırsınızsa, Azərbaycanı istəməyən qüvvələr "Eurovision 2012" müsabiqəsi ərəfəsində də bugünki kimi qarayaxma kampaniyası aparərdılar. Hətta o zaman Azərbaycanı gözdən salmaq üçün bəzi radikal qüvvələr Azərbaycan paytatında terror aktı belə həyata keçirməyi planlaşdırırdı.
Belə ki, o Milli Təhlükəsizlik Nazirliyi "Eurovision 2012" müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala, Şəki, Quba rayonlarında xüsusi əməliyyat həyata keçirdi, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirildi. Bununla da “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Bakıda terror-təxribat aksiyalarını törətmək cəhdinin qarşısı alındı. Araşdırmalar zamanı
aydın oldu ki, transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən biri “Eurovision-2012” müsabiqə ərəfəsində və keçiriləcəyi zaman Bakıda terror-təxribat aksiyalarını törətmək olub. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmənin eyni zamanda əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılmasını və hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməsini planlaşdırdığı da müəyyən edildi.
O zaman yayılan məlumatlarda qeyd olunurdu ki, terrorçulardan biri “Eurovision” yarışmasının final mərhələsinə bilet əldə edərək “Baku Crystal Hall”a daxil olmalı və özlərinin xüsusi hazırladıqları partlayıcını işə salmalı və nəticədə tamaşaçılar arasında tələfata və xəsarətlərə hesablanmış kütləvi basırığa nail olmalı imiş.
Terror aktlarından sonra cinayətkar qrupa dəstək olaraq Dağıstandan əlavə terror qüvvələrinin gətirilməsi də planlaşdırılırmış.
Terrorçu dəstənin üzvlərinin silahlı müqavimət göstərməsinə baxmayaraq, Azərbaycan MTN bu əməliyyatı uğurla həyata keçirdi və yüzlərlə insanın ölümünə səbəb olacaq dəhşətli terror hadisələrinin qarşısı alındı.
Bu gün isə erməni lobbisi, Avropanın ermənipərəst dairələri, Azərbaycanın daxilində həmin qüvvələrin dəyirmanına su tökən siyasi partiyalar, fərdlər ölkəmizə qarşı mənəvi terrora əl atıblar.
Son aylar başlanmış qarayaxma kampaniyası daha da güclənib. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmirlər.
Görün, bu sırada hansı qüvvələr var? Bir qədər əvvəl Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muzinieksin, BMT-nin məruzəçisi Mişel Forstun və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin “OpenDemocracy” internet portalında birgə məqaləsi dərc olundu. Bu məqalə anti-Azərbaycan şəbəkəsinin növbəti təxribatı idi və bu, bir daha sübut etdi ki, Azərbaycanın birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını görən bəzi dairələr ikili standartlardan çıxış edən fəaliyyətlərini artırıblar.
Biz neçə illərdir ikili standartlarla yanaşmasının şahidiyik. Azərbaycana qarşı qərəz hər kəsin gözü qabağındadır.
Azərbaycanın müstəqil siyasət aparması, dünyada nüfuz sahibi olması, öz yolundan dönməyəcəyini bəyan etməsi bu qüvvələrin ölkəmizə qarşı hücumlarını daha da artırır.
Bu gün doğrudan da Azərbaycana qarşı təşkilatlanmış müəyyən qüvvələr fəaliyyət göstərir və onlar bütün səylərinin boşa çıxdığını gördükcə daha da azğınlaşırlar. Azərbaycanın dünya birliyində
nüfuzunun artması dostlarımız qədər düşmənlərimizin də ortaya çıxmasına səbəb olur. Bu, kimin kim olduğunu, kimin hansı məqsədə qulluq etdiyini ortaya qoyur. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı obyektiv münasibət bəsləməkdə acizdir və bunu bilərəkdən edir. Həmin qüvvələr və ölkələr öz daxillərindəki problemləri görmür, ancaq başqa ölkələrə təzyiq göstərmək üçün insan hüquqlarından istifadə edir.
Qeyd edək ki, ilkin mərhələdə təzyiqlər Azərbaycanın qısa müddətdə birinci Avropa Oyunlarının təşkilinə hazırlaşa bilməyəcəyi istiqamətində idi. Ancaq görəndə ki Azərbaycan Avropa Oyunlarını keçirməyə tam hazırdır təzyiq istiqaməti dəyişdirildi. Qeyd etdiyimiz kimi, “Eurovision” müsabiqəsi Bakıda keçiriləndə də belə təzyiqlərin şahidi olmuşduq. Əlbəttə, təzyiqlərin kökündə bir çox amillər dayanır. Əsas amil isə Azərbaycanın müstəqil siyasət yürütməsidir.
Azərbaycanın siyasəti real nəticə verən siyasətdir. Azərbaycanın müstəqilliyi onun davamlı inkişafını ortaya qoyur.Bu cür cəhdlər isə Azərbaycanın artan gücünə qarşı təzyiqlərin birləşdirilməsi faktı kimi diqqəti cəlb edir.
Çünki Azərbaycan demokratiya və insan hüquqları sahəsində üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri yerinə yetirir. Ölkəmiz vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının səviyyəsinə görə keçmiş sovet respublikaları arasında qabaqcıl mövqedə durur və bir çox dövlətlərə nümunədir. Hazırkı qarayaxma kampaniyasını aparan qüvvələr isə Azərbaycanı gözdən salmaqla yanaşı,Avropa Oyunlarının əhəmiyyətini
azaltmaq, Azərbaycan hökumətini və yarışların Təşkilat Komitəsini ruhdan salmaq, tədbiri boykot etmək kimi çirkin niyyətlər də güdürlər.
Təəssüf ki, bu qarayaxma kampaniyasında Avropa Parlamenti kimi bir qurum da iştirak edir. Elə bu günlərdə burada Azərbaycanla bağlı keçirilən dinləmələr zamanı da biz bunun şahidi olduq. Avropa Parlamentinin sədri cənab M.Şults və sədr müavini xanım U.Lunaçek başda olmaqla bəzi siyasi qruplar yenə də Azərbaycanda insan hüquqlarının pozulmasına dair iddialarla çıxış etdilər. Belə ki, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunmaması, hüquq müdafiəçilərinin və jurnalistlərin həbs olunması ilə bağlı həqiqətdən uzaq olan müxtəlif fikirlər səsləndirildi. Halbuki bu fikirləri səsləndirənlər Azərbaycan haqqında məlumatı az olan deputatlardır. Onlar kənardan onlara təqdim olunan birtərəfli informasiyaya əsaslanaraq bütöv bir ölkə barəsində mühakimələr yürütdülər, xalqın tam dəstəyinə arxalanan bir dövlətə demokratiya dərsi keçməyə uğursuz cəhd etdilər. Bu da təsadüfi deyil. Çünki M.Şults, U.Lunaçek və Azərbaycana qarşı qərəzli mövqedə dayanan digər parlament üzvlərinin Avropada kifayət qədər təsir gücünə malik olan erməni lobbisinin təsiri altında olduqları heç kimə sirr deyil.
Azərbaycanda heç kim, hətta hakimiyyət təmsilçiləri də ölkədə müəyyən qanun pozuntularının olduğunu inkar etmir. Lakin belə hallar harada baş vermir? Hamıya sirr deyil ki, belə hallar dünyanın istənilən ölkəsində baş verir. Azərbaycanda bu istiqamətdə mövcud olan problemlər daim diqqət mərkəzindədir və zaman-zaman bu problem həll edilməkdə, aradan qaldırılmaqdadır.
Qeyd etdiyimiz kimi, birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı Avropada və ölkə daxilində kampaniyanın aparılacağı gözlənilən idi. Bəli, hər dəfə Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəndə demokratiya, insan haqları məsələləri gündəmə gətirilir ki, burada da əsas məqsədin nədən ibarət olduğu hər kəsə bəllidir. Lakin əvvəlki dönəmlərdə olduğu kimi, bu dəfə də belə kampaniyalar heç bir nəticə verməyəcək.
Avropada Azərbaycanla bağlı aparılan dinləmələr, eləcə də ayrı-ayrı təşkilatların ölkəmizə qarşı apardığı kampaniya Azərbaycana qarşı qərəzli münasibətin nəticəsidir.
Adi bir fakta nəzər salaq. Necə olur ki, Qərb Ukraynanın ərazisini işğal edən Rusiyaya sanksiya tətbiq edir, amma Azərbaycanın torpaqlarını işğal edən, bir milyondan artıq vətəndaşın qaçqın düşməsinə səbəb olan Ermənistana "qaşın üstündə gözün var" deyən yoxdur? Burada xristian həmrəyliyi açıq-aşkar ortadadır. Azərbaycana qarşı aparılan çirkin kampanitanın arxasında xaricdəki erməni lobbilərinin böyük rolu var. Məqsədləri inkişaf etməkdə olan Azərbaycanı yolundan çəkindirmək, özlərindən asılı vəziyyətə salmaqdır.
Amma şübhəsiz ki, bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki Azərbaycan hansısa xarici qüvvənin sözü ilə oturub-duran dövlət deyil. Azərbaycan prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən müstəqil xarici siyasət yürüdüb. Bu siyasət bu gün də davam etdirilir. Əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində bizə yardın əlini uzatmayan, hətta ədalətli mövqe tutmayan Qərbin Azərbaycanda söz sahibi olmaq istəməsi əbəsdir.
Onu da qeyd edək ki, insan haqları məsələsi müzakirə olunanda Avropanın ali qurumlarında nədənsə ancaq Azərbaycandan danışırlar, ərazi bütövlüyü məsələsi gələndə isə Gürcüstan, Ukrayna gündəmə gəlir. Bu gün Azərbaycanda Qərbə qarşı münasibətin kəskinləşməsinin kökündə də məhz bu qeyri-səmimi davranış durur. Azərbaycanın bir milyondan artıq qaçqını var, amma heç kəs onların problemini dilə gətirmir. Bir-iki nəfərin həbsini isə dünya səviyyəsində müzakirə edirlər. Bu, açıq-aydın qərəzdir.
Bütün bu cəhdlərə baxmayaraq, bu gün startı veriləcək Avropa Oyunları uğurla keçiriləcək və Azərbaycan bir daha dünyaya sülhsevər, tolerant, demokratik dövlət olduğunu nümayiş etdiriəcək. Eyni zamanda bütün dünya ölkəmizin nə qədər təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək, Azərbaycanın beynəlxalq aləmdə sözünün kəsəri daha da artacaq. Vətənini, dövlətini, xalqını, millətini sevən hər bir azərbaycanlı isə belə bir möhtəşm idman yarışının məhz Azərbaycanda keçirilməsindən qürur hissi duyacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?