GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hakimiyyətin idman uğurlarının criminal məqamları

Hakimiyyətin idman uğurlarının criminal məqamları

Tarix: 17-02-2013, 10:54 Bölmə :Maraqlı Baxış: 1 580
Hakimiyyətin idman uğurlarının criminal məqamları

Bayrağımızı yüksəldənlər nədən dəmir barmaqlıqlar arxasına düşür?

Azərbaycanda professional idmanla məşğul olan və bir-iki dəfə yüksək uğur qazanan idmançıların bəziləri nailiyyətlərini sonrakı “əməlləri” ilə darmadağın edirlər. Bir çox hallarda qızıl medal qazanan, bayraq qaldıran idmançılar ölkəyə qayıdan kimi çalışırlar ki, özlərinə polisdə, gömrükdə, vergidə, “fövqəladə hallarda” və başqa “prestijli” bir sahədə iş yeri tapsınlar. Qolunun gücünə güvənən bəzi idmançılar isə “razborka”ların həll edilməsinə qol qoyurlar. Bunun isə acı təcrübələrini mətbuatdan oxuyuruq.
Təcrübələr göstərir ki, bəzi tanınmış idmançılarımızın cinayətkar aləmlə əlaqələri var. Maraqlıdır ki, adətən döyüş növlərinin təmsilçiləri xoşagəlməz hadisələrin iştirakçısı оlurlar. “Gündəm Xəbər” olaraq bu dəfə xoşagəlməz olaylarda adı hallanan. Bu və ya digər dərəcədə iştirak edən idmançıların qısa siyahısını sizə təqdim edirik.

Avropa üçüncüsü Müseyib Cəfərov

Müseyib Cəfərov 2012-ci ildə həbs olunub. O, 2011-ci ilin sentyabrında 30 yaşlı Taleh Məmmədovu odlu silahla qətlə yetirməkdə təqsirli bilinərək Yasamal Rayon Polis İdarəsi tərəfindən həbs olunub. Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan M.Cəfərovun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə axtarış elan olunmuşdu. M.Cəfərov hadisə barədə ifadə verməkdən imtina edib.
Bundan başqa bir vaxtlar peşəkar idmançı kimi özündən söz etdirən M.Cəfərovun adı sonradan böyük cinayət hadisələrində hallanıb. Belə ki, içərisində onun da olduğu dəstə üzvləri 2007-ci il mayın 11-də paytaxtın Füzuli küçəsində yerləşən “AZEL Azərbaycan Electronics”" şirkətinə basqın edib. Dəstə üzvləri şirkətin mühafizəçisi İslam Mahmudovun əl-qolunu kəndirlə bağlayıb və mühasibat otağından kiçik seyfi aparıblar. Polis dəstə üzvlərini 2010-cu ilin iyul ayında tuta bilib. Ancaq sonradan M.Cəfərov həbsdən azad olmağı bacarıb.

Olimpiadanın bürünc mükafatçısı Vüqar Ələkbərov

Tanınmış boksçu, olimpiadanın bürünc medalçısı Vüqar Ələkbərov da kriminal çevrədən yan keçə bilməyib. 2008-ci ildə Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunan idmançı iş adamı, “İnşaatçı-E” MMC-nin təsisçisi Kənan Quliyevdən zor tətbiq etməklə “Toyota” markalı avtomobilini və hədələyərək 10 min dollar tələb etməkdə təqsirləndirilib. İlkin istintaqda irəli sürülən ittihamı qəbul edən Vüqar məhkəmədə dediklərinin doğru olmadığını söyləyib. Belə ki, Ələkbərov Quliyevdən ona olan borcunu istədiyini iddia edib. Beləliklə, məhkəmə V.Ələkbərovu günahsız hesab edərək, məhkəmə zalından azadlığa buraxıb. Ancaq prosesə jurnalistlərin buraxılmaması onu deməyə əsas verir ki, Vüqarın günahsız bilinməsi tanınmış idmançı olmasından və zərərçəkmiş tərəfin iddiasını geri götürməsindən sonra baş tutub.

Avropa və dünya çempionatlarının iştirakçısı Ramal Amanov

Bоks yığmamızın daha bir üzvü olmuş Ramal Amanоv da bir zamanlar kriminal həyatın bir addımlığından gеri qayıdıb. Еlə məhz Vüqar Ələkbərоv tutularkən Ramal da saхlanılmışdı. Avrоpa və dünya çеmpiоnatlarının iştirakçısı оlmuş R.Amanоv dəmir barmaqlıqlar arхasındakı həyatı görməsə də, hər halda bu həyata bələddir. Оnu da qeyd edək ki, bu idmançının еl arasında “razbоrka” kimi tanınan irimiqyaslı mübahisələrə də girişdiyi söylənilir.

Qaydasız döyüşçü, Avrоpa ikincisi Azad Məmmədоv

Azad Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş medalçısı olub. Qanunsuz silah gəzdirmədə ittiham olunan A.Məmmədov doğulduğu Şəki rayonunda yaxın qohumunun yas mərasimində iştirak edərkən rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Evində aparılan axtarış zamanı bir ədəd “Vinçester” tipli silah, bir ədəd “Tir” tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.

İki qat dünya çempionu Canpolad Budaqov

Uşu-sanda üzrə ikiqat Dünya və Avrоpa çеmpiоnu, Azərbaycanın uşu-sanda yığmasının keçmiş baş məşqçiсi Canpоlad Budaqоv da cinayət məsuliyyətinə cəlb olunan idmançıdır. Nəsimi Rayon Polis İdarəsi C.Budaqovu Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilib. O, xuliqanlıq əməli törətməkdə təqsirli bilinib. Lakin C. Budaqov Azərbaycanda olmadığından barəsində məhkəmənin qərarı ilə aхtarış еlan еdilib. Оnun hazırda Rusiyada оlduğu bildirilir. C.Budaqov Gürcüstan Respublikasında anadan olub. О, 2007-ci ildə narkotik vasitələrin qanunsuz hazırlanması və istifadəsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib və 2009-cu ildə azadlığa çıхıb.

“Ginnesin rekordlar” kitabına düşən Emin Əzizov

Emin Əzimov Türkmənistanda anadan olub. 12 yaşı olanda isə anası və qardaşı ilə birgə Bakıya köçüb. 2010-cu ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” turnirində 66 kq çəki dərəcəsində idmançılar arasında 2-ci yer tutaraq gümüş medal qazanıb. 2008-ci ildə sərbəst güləş üzrə respublika çempionatında ikinci yer tutan E.Əzimovun qəhrəmanlığı bununla da bitmir. O, elə həmin il 6 saat ərzində dayanmadan 10 min dəfə jim etdiyinə görə “Ginnesin rekordları kitabı”na adını yazdırıb. Bunun müqabilində isə Eminə 200 min dollar pul, maşın və 3 otaqlı mənzil verilib.
Bir mddət sonar isə onun da adı bu cür olaylartda hallanıb. Belə ki, Binəqədi rayonu ərazisində “Xırman” firmasına məxsus mağazanın mühasibatlıq otağından 1200 manat pul oğurlanıb. Təqsirli bilinən E.Əzimov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. İstintaqın gedişi zamanı Emin Əzimovun cinayət əməlinin təkcə bununla yekunlaşmadığı məlum olub. Məlum olub ki, o, paytaxt və Kürdəmir rayonunda yerləşən bir neçə mağazadan da oxşar oğurluqları edib. E.Əzimov Kürdəmirə oğurluq məqsədi ilə getmədiyini deyib. Ümumiyyətlə oğurluğa imkansızlıqdan əl atdığını bildirən Əzimov törətdiyi əməllərdən peşman olduğunu deyib. Bu cür əməllər isə onun azadlığını əlindən alıb.
Onu da qeyd edək ki, Emin Əzimov əvvəllər də oğurluq etdiyinə görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Cüdo üzrə ölkə çempionu Tariyel Qurbanov

Cüdo üzrə Azərbaycan çempionu Tariyel Qurbanov Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Bir vaxtlar peşəkar idmanda ad çıxaran T.Qurbanov bu dəfə peşəsini oğurluğa dəyişib. Belə ki, T.Qurbanov 2011-ci ilin oktyabr ayında Natiq Məmmədova məxsus mağazanın kassasından 300 manat oğurlayıb. Bundan başqa T.Qurbanov Yasamal RPİ 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən tutularkən ondan 0,398 qram narkotik vasitə olan heroin aşkar olunub. Həmçinin T.Qurbanov öz tanışı ilə Bakı şəhər sakini Aygün Baməzərə məxsus mağazadan 2 ədəd mobil telefon oğurlamaq da təqsirli bilinib. Əvvəllər dələduzluq etdiyinə görə məhkumluq həyatı yaşayan T.Qurbanov cinayəti ehtiyacdan törətdiyini bildirib.

Cüdoçular İbrahim İbrahimov və Səid Göyçayev

İbrahim İbrahimov və Səid Göyçayev adlı-soyadlı idmançılar da oğurluqda günahlandırılaraq həbs olunublar. Onlar birlikdə Zamanova Məhbubə Rais qızına 854 manat dəyərində maddi ziyan vurublar. Belə ki, onlar qadının çantasını oğurluyub qaçıblar. İ.İbrahimov saxlanılaraq Sabunçu rayon Rayon Polis İdarəsinə gətirilib və əməlini etiraf edib. Bundan sonra Səid Göyçayev də saxlanılıb. Bundan başqa hər iki idmançının üzərindən narkotik vasitə olan heroin və həşiş qətranı aşkar olunaraq götürülüb. 6 illik dostlar uzun müddət birlikdə idmanın gimnastika və cüdo növləri ilə məşğul olduqlarını bildirib. 2011-ci ildə baş verən bu hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmə maddəsi ilə cinayət işi başlanıb.

Güləş üzrə ölkə çempionu Rauf Orucov

Güləş üzrə Azərbaycan çempionu olan Rauf Orucov Bakı toylarında fırıldaq yoluyla bəy-gəlini soymaqla da ad çıxarıb. O, Binəqədi rayonu ərazisində yerləşən "Millenium" şadlıq sarayında bəy və gəlini qarət etdikdən sonra ələ keçib. Belə ki, özünü şadlıq evinin əməkdaşı kimi təqdim edən Rauf Orucov bəy Nadir Musayevə yaxınlaşaraq ondan bəy və gəlinə məxsus üzükləri alıb. R.Orucov nikah mərasimində üzükləri onlara təntənəli şəkildə verəcəyini qeyd edib. Bəy isə inanaraq üzükləri ona verib. Sonradan bəy üzüklərinin geri qayıtmadığını görüb, restoran rəhbərliyindən bunu tələb edib. Məsələ açılandan sonra məlum olub ki, şadlıq sarayında Rauf adlı işçi yoxdu.
Həbs olunandan sonra onun başqa işləri də ortaya çıxıb. Məlum olub ki, R.Orucov Bakının Nizami rayonu ərazisində 4, Xətaidə 4, Sabunçuda isə 1 belə cinayət törədib. Onun sonuncu cəhdi Binəqədi rayonundakı “Millenium” şadlıq sarayında olub. O, bəy-gəlinlərin bahalı üzüklərini fırıldaq yolu ilə alaraq “Moskva” univermağında satdırırmış.

Bakı çempionundan dünya çümpionuna 20 bıçaq zərbəsi

Qaydasız döyüş üzrə Bakı çempionu olan Elnur Mehdiyev də həbs olunanlar sırasına aiddir. Belə ki, o, digər idmançılardan fərqli olaraq oğurluq üstündə deyil, söyüş üstündə həbs edilib. Belə ki, E.Mehdiyev
“Məhəmməd Əli” idman klubunun baş məşqçisi, əlbəyaxa döyüş üzrə dünya çempionu Bəhruz Çıraqova 20-yə yaxın bıçaq zərbəsi endirib. Xoşbətlikdən Bəhruz Çıraqovun həyatına olan təhülkə sovuşub.

Kiçik söz ardı...

Bu, bizim sizə təqdim etdiyimiz kiçik bir siyahıdır. Məlum məsələdir ki, mətbuata bəlli olmayan onlarla belə faktlar var. Tez-tez mediaya sızan xəbərlər arasında hansısa idmançının kimisi döydüyünü, yaxud hansısa bir iş adamına hədə-qorxu gəldiyini, yaxud əksinə hər hansı bir iş adamının tapşırığıyla kimlərəsə hücum etdiyini eşidirik.
Bütün bunların araxsında isə cəzasızlıq dayanır. Təsadüfü deyil ki, bəzi idmançıların törətdiyi cinayət əməlləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən heç araşdırılmır da. Səbəb isə həmin idmançıların arxalı olmasıdır. Xüsusən olimpiada, dünya və Avropa çempionları olmuş idmançıalrın ayaqları yer götürmür. Onların hərəkətlərinə görə “gözün üstə qaşın var” deyən tapılmır. Bunun bir səbəbi də məmur-oliqarxların onlara “day-daylıq” etməsidir. Nazirlərə, komitə sədrlərinə güvənən bu idmançıalrın son illər onlarla olay törətdiyinin şahidi olmuşuq. Normal dövlət də isə bu cür hərəkət yolverilməz hesab edilir və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyətə cəlb olunmalıdır.
Necə ki, London Olimpiadasının iştirakçısı olan avarçəkmə üzrə Avstraliya yığmasının üzvü Coşua Bot həbs olundu. Mağazada dava saldığına görə ölkəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları bağışlamadı. Cinayət məsuliyyətinə cəlb etdilər. Çünki onlar da qanunlar təkcə kağız üzərində deyil, real həyatda da tətbiq olunur...
Ramin DEKO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Bakıya erməni idmançılar gəlir

    Bakıya erməni idmançılar gəlir ...

    12-05-2015, 21:44

  • 
  • Patrik Hikki Bakı-2015 ilk Avropa Oyunlarını bağlı elan etdi

    Patrik Hikki Bakı-2015 ilk Avropa Oyunlarını ...

    28-06-2015, 18:21

  • 
  • Azərbaycanın əhli-kef çempionları- Fotolar

    Azərbaycanın əhli-kef çempionları- Fotolar ...

    1-04-2014, 20:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu