Bakıda aldığı avtomobilin nasaz olduğunu öyrənən şəxs polisə müraciət edib.
Xətai rayon Polis İdarəsinə müraciət edən 26 yaşlı Zəkəriyəyev Tural Vazeh oğlu bildirib ki, Kərəm adlı şəxs ona nasaz avtomobil satıb. Onun sözlərinə görə, Astara sakini olan həmin şəxs satdığı “Mercedes” markalı maşının saz vəziyyətdə olduğunu bildirib və tərəflər 12 min manat müqabilində razılaşıblar. Lakin bir neçə gündən sonra Tural avtomobilin nasaz olduğunu müəyyən edib.
Sorğu
Yeni dizaynımız necədir?