GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » TV-lərimiz niyə və necə sarı mətbuata çevrildi?

TV-lərimiz niyə və necə sarı mətbuata çevrildi?

Tarix: 7-10-2015, 00:27 Bölmə :Maraqlı Baxış: 0
TV-lərimiz niyə və necə sarı mətbuata çevrildi?

MRTŞ bu sualın cavabını bilirmi?

Televiziya yayımlarına nəzarət edən bir qurumumuz var: MTRŞ (Milli Televiziya və Radio Şurası)

"Milli Televiziya və Radio Şurası” haqqında əsasnamədə deyilir ki, şuranın əsas vəzifələri televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq,
qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Milli-mənəvi dəyərlərin qorunması vəzifəsi də şuranın üzərinə düşən məsələlərdən biridir. Lakin MTRŞ üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilirmi? Yox, deməzdim ki, bunu bacarır.

İllərdir insanların zövqünü korlayan, insanların həyatları üzərində şou yaradan, biş-düş, çal-çağırdan başqa tamaşaçılar ciddi bir veriliş görmədilər. Birmənalı olaraq "görmədilər" demək də yanlış olar. Çünki ikili oyun hökm sürür. Bir zamanlar Azərbaycan efirində həyatımızın bütün sahələrini əhatə edən ciddi tok-şoular vardı. Amma bu bir zamanlar vardı. Sonra efirimiz bayağılaşdı və tamamilə sarı mətbuata çevrildi. Bu proses hələ əsrimizin əvvəlində başladı və 2005-ci ildən sonra Azərbaycan efiri tamamilə sarı rəngə boyandı. O zaman MTRŞ heç bir dəfə də olsun səsini çıxarmadı.

Son ildə TV-lər açıq şəkildə Azərbaycan xalqının zövqünü öldürməklə məşğul olub. Bu birmənalıdır. Həm də çox TV-lər bizim zövqümüzü və dəyərlərimizi həddindən artıq zalımcasına, hətta deyərdim manyakcasına öldürdü. İndi artıq xalqın çox böyük hissəsi heç bir ciddi mövzulara maraq göstərmir. Onlar üçün efir Xoşqədəmlə başlayıb Zaurla bitir. Yəni faktiki olaraq, TV-lər bayağılığı bizim mentalitetimizə çevirdilər. İndi isə artıq TV kanalları tamaşaçı zövqünə və istəyinə uyğun verilişlər hazırlayır. Yəni zövqümüz o qədər sarı olub ki, artıq TV-lər bizim zövqümüzə ayaq tutmağa çalışırlar.

Desəniz ki, TV kanallarımız gözəldir, deməli tamaşaçılarını düşünür, onların ürəyindən xəbər vermək istəyir? Yox, əsla belə deyil. Əslində TV kanalları qazandıqları tamaşaçılar sayəsində ciblərini doldururlar. Necə? Bir veriliş ərsəyə gətirilir. Müəyyən zaman sonra prodüser sponsor axtarmaq üçün qapı-qapı gəzir. Sponsor olmaq istəyən şirkət və ya hansısa müəssisənin ilk sualı bu olur: Veriliş baxımlıdırmı? Budur prodüserin gözlədiyi sual gəlir və o reytinqdən dəm vuraraq, tamaşaçılarını pula sataraq müqavilə imzalayır və verilişi ərsəyə gətirənlərin "canfəşanlığı" maddiyyatla həllini tapır. Elə ona görə də verilişlərimizdə sponsorlara və onların tərif edilməsinə xüsusi zaman ayrılır. Hələ bu sponsorluğun orta, kiçik və böyük adlı "paketləri"də olur. Ki, kiçik paketin qiyməti 500 manatdır. Bunu hardan bilirəm? Bir dəfə verilişlərdən birinin prodüseri söhbət zamanı bildirmişdi.

Unutmamısınızsa, Xəzər tv-də "Xəzər xəbər" proqramı yeni yayımlananda insanlar səbirsizliklə axşamı gözləyirdilər. Ki xəbərləri izləyəcəklər. Əməlli-başlı reytinq də var idi. Veriliş lazımınca reytinq yığdıqdan sonra nə oldu? "Xəzər xəbər" ciddiliyini itirdi və iki-üç ölkə və ya dünya xəbəri verdikdən sonra "reklam"lar başladı. Artıq proqramın açıq şəkildə kommersiya xarakterli olduğu sezilirdi.

Bir neçə ildir ki, narazı tamaşaçıların sayı durmadan artır. O həddə ki, savada və biliyə maraq göstərən bir qrup insanlar yerli kanallara heç baxmırlar. Xarici ölkə kanallarını izləməyi üstün tuturlar. Onları qınamaq mümkün olmur heç. Çünki TV kanallarımız adicə şou verilişini belə səviyyəli şəkildə təqdim edə bilmirlər. Həmdə insan nə qədər televizorda yemək reseptlərini, müğənniləri, bayağı mahnıları və verilişləri izləyə bilər ki? Gec -tez adiləşmə dövrü başlamalı idi. Və o dövr başladı. Narazılıq artığı zaman MTRŞ hansısa vəzifələrinin olduğunu və bu vəzifələri unutduğunun fərqinə vardı. Qolunu cirmələyib "iş başına" keçmək qərarına gəldi. Ancaq deyəsən gözə ilk görünən ANS oldu. Maraqlıdır ki, bütün tv kanallarımızda bayağı verilişlər mövcuddur. Ancaq onlardan öncə ANS nəzərə çarpdı. Anidən bir neçə verilişlərin bağlanması bir kənara, hətta cərimə də tətbiq olundu.

Yanlış anlamayın, ANS-i müdafiə etmirəm. Çünki digər tv kanallarımız kimi ANS-də də ürəkaçmayan verilişlər var idi. O vaxtın adamlarının el arasında dediyi bir söz vardı: "Qırğın gələndə birdən gəlir". Qəribədir ki, o qırğın ANS üçün xüsusən gəldi. Adama deyərlər, bizim o biri kanallarımıza qırğın niyə gəlmədi?

MTRŞ-nin üzərinə düşən vəzifələrə layiq olmaq istəyini anlayırıq. Hətta ciddi nəzarətə "start" verilməsi ürəkaçan hadisədir. Nəticədə televiziyamızda tamaşaçıların maarriflənəcəyi, səviyyəli şou proqramları ilə yanaşı, əhəmiyyətli verilişlərinin mövcudluğuna ümid yaranır. Bu gözəldir və sevindiricidir. Lakin MTRŞ-nin ədalətli olması daha gözəl olmazmmı?!

P. S. Təhsilimi radioverlişləri və televiziya üzrə aldım. Daha sonra televiziya sahəsində çalışmağa başlayanda televiziyanın bir neçə "incəlikləri"ni rahatlıqla mənimsəyə bildim. Belə ki, televiziyada çalışdığım zamanlarda tv kanallarımızın sırf "reytinq" və "sponsor" üçün mübarizə apardığının şahidi oldum. Hətta verlişlərin baxımlı olduğunu göstərmək üçün "qurma"lar da çox olurdu. Tələbəlik illərimdə bizi "sahənizdə inkişaf etmək üçün lazımınızdır" deyib verlişlərə aparırdılar. O zamanlar üçün bunun altında başqa məqsədlərin olduğunu anlaya bilməmişdim. Lakin televiziya sahəsində işlədiyim zamanlarda bizi nə üçün o verlişlərə apardıqlarını, süniliyin nə qədər çox olduğunu dərk etməyə başladım. Əgər bir veriliş həqiqətən baxımlıdırsa, tamaşaçı dəstəsi ora könüllü gedir, deyilmi? Yoxsa ki, hansısa tələbəni dərsdən sonra və ya dərsdən icazəli verilişə niyə aparsınlar ki?!

Bəzən hansısa verilişə maraqla baxıb, ciddi-ciddi fikirlər irəli sürən insanlara o verilişlərin "qurma" olduğunu deyəndə inanmırdılar. "Heç elə şey olar ki, insanları aldatsınlar?" deyirdilər. Zaman keçdi, hansısa verilişdə ağlaşma olanda artıq baxan tamaşaçı onun "qurma" olduğunu sezirdi. Beləcə, tv kanallarımız "qurma"nı belə doğru-düzgün qura bilmədi.

Gülşən ŞƏRİF
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı açılacaq”

    Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı ...

    8-01-2014, 16:35

  • 
  • MTRŞ-dən televiziyalara xəbərdarlıq:“İctimaiyyət bu verilişlərdən çox narazıdır”

    MTRŞ-dən televiziyalara xəbərdarlıq:“İctimaiyyət ...

    19-11-2018, 21:46

  • 
  • MTRŞ: Şou verilişlərin səviyyəsi bizi narahat edir

    MTRŞ: Şou verilişlərin səviyyəsi bizi narahat edir ...

    3-07-2017, 11:24

  • 
  • MTRŞ Vahid Mustafayevə “YOX” dedi: “ANS-in açılması mümkün deyil”

    MTRŞ Vahid Mustafayevə “YOX” dedi: “ANS-in ...

    22-09-2017, 12:55

  • 
  • MTRŞ sədrindən telekanallara xəbərdarlıq

    MTRŞ sədrindən telekanallara xəbərdarlıq ...

    4-02-2014, 16:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu