Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.
MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, ANS TV-nin açılması mümkün deyil. "Bu barədə Ali Məhkəminin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb" - T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib. MTRŞ rəsmisi, həmçinin əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir. Qeyd edək ki, Vahid Mustafayev müsahibəsinə ANS-in yenidən açılacağını bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?