Məktəblərin başlanması ilə bərabər qidalanma nizamı dəyişən uşaqların sağlam bədənləri, zehni inkişafı və məktəb uğuru üçün düzgün qidaları lazımi qədər yemələri çox vacibdir. Çünki məktəblilərin dərsləri, ev tapşırıqları, böyümə, inkişaf və məktəb uğurları düzgün qidalanmaya çox bağlıdır.
Misal üçün, süd və qatıq uşaqların zehni inkişaf və diqqət qabiliyyəti üzərində əsas rol oynayır, quru paxlalılar daha güclü yaddaşa sahib olmalarını təmin edir. Uşaqların kifayət qədər və balanslı qidalanmaları xəstəliklərdən qorunmaqlarını təmin edir, gələcəkdə şəkər, xolesterol, yüksək təzyiq kimi sağlamlıq problemləri ilə qarşılaşma riskini də aşağı salır. Aile.lent.az məktəb yaşlı uşaqlar üçün vacib rol oynayan qidalar haqqında bilmədiyiniz məlumatları təqdim edir.
Yumurta
Yumurtada olan zülal bədəndə yaxşı həzm olunur. Buna görə də “ən keyfiyyətli zülal qaynağı nədir?” sualının cavabı “yumurta”dır. Beyin funksiyaları üçün önəmli olan kolin və A, D, E kimi vitaminləri özündə cəmləşdirən yumurta məktəb yaşlarında olan uşaqların yemək menyusunda yaddaşı gücləndirən qidalar sırasında ön sıradadır. Yumurtanı hər gün qaynadaraq, tərəvəz və ya pendirli omlet şəklində, ya da yumurtalı çörək kimi müxtəlif formalarda bişirsəniz, uşağınızın bezmədən yeyəcək.
Süd-qatıq
Vacib bir zülal qaynağı olan süd və qatıq böyümə, inkişaf, toxumaların təmiri, güclü sümüklər və sağlam dişlər üçün vazkeçilməz qidalardandır. Tərkibindəki sink zehni açır. Bunun sayəsində övladınızın dərslərində daha uğurlu və dinamik olmasını təmin edir. Məktəb yaşlı uşaqlarda artan enerji ehtiyacı və kalsiumu lazımı qədər alması da vacib olduğu üçün gündə 2-3 stəkan süd və qatıq yeməlidirlər.
Balıq
Balıq Omeqa-3 yağ turşusu ilə zəngin bir qida olduğu üçün ürəyi qoruyur. Bundan başqa, yod tərkibilə zəka inkişafı üzərində müsbət təsiri var, keyfiyyətli zülal qaynağıdır. Məktəbdəki uğuru artırmağın, zehni performansı gücləndirməyin və ürək xəstəliklərindən qorunmağın sirri həftədə 2-3 dəfə balıq yeməkdən keçir. Qızartma, sobada bişirilmə və buğa verilmə formasında yeyilən balıq həm uşaqların ümumi sağlamlıq durumunu yaxşılaşdırır, həm də daha müvəffəqiyyətli olmalarına kömək edir.
Qoz
Faydaları saymaqla bitməyən qozun ürək xəstəlikləri, şəkər, xolesterol, bəzi xərçəng növləri üzərində təsiri olduğu məlumdur. Bu faydalarından başqa, görüntüsü beyin şəklinə oxşayan qoz öyrənmə funksiyalarını da inkişaf etdirir və yaddaşı gücləndirir. Bu təsiri sayəsində nizamlı olaraq qoz yeyən uşaqların dərs qavramaq qabiliyyəti daha yüksək olur. Övladınızın səhər yeməyində və ya yeməklər arasında 2-3 dənə qoz yeməsində fayda var.
Tam buğda məhsulu
B vitamini ilə seçilən tam buğda məhsulları uşaqların məktəbdəki performansına qatqıdır. Qan şəkərindəki nizamsızlığın qarşısını alaraq uşaqların məktəbdə yuxulamalarına mane olur. Tam buğda unundan hazırlanan çörək, keks və pirojnalar uşaqların sevəcəyi, həm də dərslərində uğurlarını artıran sağlam bir seçimdir.
Bəhməz
Dəmir çatışmazlığı uşaqlarda diqqət pozğunluqlarına, dərsə diqqətlərini yönəltməmələrinə, bir sözlə, məktəb performansının aşağı düşməsinə səbəb olur. Buna görə də uşaqların dəmiri kifayət qədər qəbul etmələri çox vacibdir. Səhər yeməyində və ya hər hansı yemək arasında 1 çay qaşığı bəhməz qəbul edilməlidir. Bununla övladınızı dəmirlə təmin edərək məktəb uğurunu artıra bilərsiniz. Bundan başqa, kalsium mineralı baxımından da zəngin olduğu üçün sümük inkişafına olduqca faydalıdır.
Qırmızı ət
Qırmızı ət zülalla bərabər, dəmir, sink və B 12 vitamini tərkibli olduğuna görə məktəb yaşlarında uşaqların qidalanmasında əsas yerlərdən birini tutur. Mərkəzi sinir sisteminə və zəka inkişafına faydalı olan sinkin ən önəmli mənbəyi qırmızı ətdir. B 12 unutqanlığa qarşı əsas silahlardandır və araşdırmalar zamanı məlum olub ki, B 12 səviyyəsi aşağı olan uşaqların məktəb uğurları da aşağı səviyyəlidir. Buna görə də uşaqlar həftədə 2-3 dəfə qırmızı ət yeməlidirlər. Qırmızı ətin tərkibində olan dəmirdən maksimum dərəcədə faydalanmaq üçün ətin yanında C vitamini ilə zəngin limon salatı da arzuediləndir.
Quru paxlalılar
Quru lobya, noxud və mərcimək kimi quru paxlalılar bitki qaynaqlı, zülal tərkibli, eyni zamanda vitamin və mineral anbarı olan qidalardır. Araşdırmalar quru paxlalıların tərkibində olan dəmir və fol turşusunun beyin inkişafı üçün lazımlı olduğunu sübut edib. Uşaqların daha güclü yaddaşı olması üçün həftədə 2-3 dəfə quru paxlalılar yeməsi vacibdir.
3-4 pay meyvə və tərəvəz şərtdir
Vitaminlər bədənin sağlam olması və xəstəliklərdən qorunmasını təmin edir. Vitaminlərin cəm olduğu meyvə-tərəvəzin sağlam sinir sistemi, davamlı qan şəkəri səviyyəsi və ürəyin sağlamlığı üzərində müsbət təsirləri çoxdur. Buna görə də meyvə-tərəvəz məktəb yaşlarında uşaqların mütləq yeməsi lazım olan qida qrupuna daxildir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?