Ağır Cinayətlər Məhkəməsinin “yenilməz” sədri və onun “dəyişməz qanunları”
Ölkədə məmur özbaşınalığının, rüşvətxorluğun, korrupsouyanın dərin kök salması Prezident səviyyəsində etiraf olunduqdan sonra bir çox toxunulmazlıq statusu almış idarə etdiyi sahənin “balaca padşahına” çevrilmiş məmurların fəaliyyəti yenidən gündəmə gəlmişdir. Uzun illər eyni vəzifə kreslosunda oturmaq sanki bir çoxlarında toxunulmazlıq, əvəzedilməzlik hissləri yaratmış idarə etdikləri sahənin tam sahibinə çevirmişdir. Belə məmurlar rəhbəri olduqları sahələri dövlət qanunları ilə yox, öz şəxsi maraqlarını təmin edən qanunlarla idarə edirlər. Təbii ki, qanunun aliliyinin pozulduğu məqamda ayrı-ayrı şəxslərin şəxsi ambisiyaları ön plana keçir. Belə dövlət strukturlarından biri də Ağır Cinayətlərə dair işlər üzrə Respublika Məhkəməsidir. Ağır cinayətlərin aydınlığa çıxmalı olduğu bu Məhkəmədə bəzi məqamlar var ki, insanı düşünməyə vadar edir. Artıq 12 ilə yaxındır ki, Məhkəmənin sədri işləyən Mahmud Nəbiyev buranı tam monopoliyaya almış, öz qanunları ilə idarə etdiyi xüsusi müəssisəyə çevirmişdir. Burada sədr cinayət işlərinin araşdırılması, öz nizam-tərəzisindən istifadə edərək hakimlər arasında ayrı-seçkiliyə yol verir. Belə ki, yağlı, xüsusilə, “gəlirli işlər” nədənsə həmişə özünə yaxın olan Əlövsət Quliyev, Eynulla Vəliyev, Mahir Bayramov, Azər Orucov, Rasim Sadıqov tərəfindən araşdırılır. Bu hakimlər “komandası” isə nəzarələrində olan prosesi öz şəxsi maraqları baxımından “araşdıraraq” sədrin diktə etdiyi qanunlara əsasən qərar verirlər. Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmə bir şəxsin hökmranlıq etdiyi korrupsiya yuvasına çevrilmişdir. Sədrin qəbul etdiyi qərarla desək ,əgər hakimlərə cinayət işlərinin araşdırılması 25-30 işdən bir düşməlidirsə, sədrin mərhəməti ilə bəzi hakimlər çox nadir hallarda proseslərə cəlb olunur. Belə işlər də adətən Mahmud müəllimin “kruqunun” bəyənmədiyi xırdavat işlər olur. Son dövrlər məhkəmə hakimlərinin korrupsiya faktları ilə bağlı ictimaiyyətə verilən məlumatlar Ağır Cinayətlərə dair Məhkəmənin işlərinin doğurdan da ağır olduğunu göstərir. Görəsən uzun illər bu qanunun keşiyində duran məhkəməyə dəyişməz, yenilməz sədr olmaq hansı qanunda nəzərdə tutlub? Məgər, M.Nəbiyev və “komandasından” başqa bu işləri bacaran kadrlar yoxdurmu? Yəqin ki, bu suallara aydınlıq gələrsə çox qaranlıq mətləblər aydınlığa çıxacaqdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?