Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə “Texnikabank”ın sabiq rəhbər heyəti və işçilərinə hökm oxunub. publika.az-a istinadən xəbərə görə, hakim Ramella Allahverdiyevanın oxuduğu hökmə əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qayını, “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidova 7 il 6 ay iş kəsilib.
Bankın İdarə Heyətinin sədri olmuş Samir Hüseynova 8 il, “Texnikabank”ın idarə heyətinin sədrinin keçmiş müavini Nicat Abdullayevə 8 il həbs cəzası verilib.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə təqsirli biliniblər. Həmin iş üzrə həbs edilən "Texnikabank"ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb.
E.Əliyevin xəstəliyinin onun proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib. Ümumilikdə, məhkəmə qarşıısna bankın 25 işçisi çıxarılmışdı.
Sorğu
Yeni dizaynımız necədir?