Facebookun qurucusu Mark Zukerberq Facebookun 2 milyard nəfər tərəfindən istifadə olunduğunu açıqlayıb.
Zukerberg, bu yeniliyi Facebook hesabı vasitəsilə yayıb. Status aşağıdakı kimidir: “Bu sabah etibari ilə Facebook 2 milyard nəfər istifadəçiyə çatıb. Dünyanı birləşdirən bir irəliləyiş qeyd edirik və indi də dünyanı bir-birinə yaxınlaşdıraq. Bu səfərdə sizlərlə birlikdə olmaq bir qürurdur”.
Facebookun əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulub və dünyadakı ən böyük sosial şəbəkədir. İlk adı The Facebook idi.
"Facebook"un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olunub və səsvermə nəticəsində lüğət qəbul edilib. İkinci mərhələdə "Facebook"un özü tərcümə olunub. Bu mərhələ hələ də başa çatmasa belə, artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər “Hesab Tənzimləmələri”ndən “Dil bölməsi”ndə müvafiq olaraq Azərbaycan dilini seçməklə "Facebook"u bu dildə istifadə edə bilərlər.
"Facebook" "Translations Apps" tətbiqetməsi çərçivəsində istifadəçilər xidməti səhifələrin mətnlərini və saytın menyusunu tərcümə edir, administrasiya isə tərcümənin nəticələrini yoxlayır və üslubun dəyişilməz qalmasına nəzarət edir. İnterfeysin ayrı-ayrı elementlərinin ən yaxşı variantları səsvermə yolu ilə müəyyən olunur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?