GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hakimdən reket jurnalistə maraqlı sual: "Neçə nitq hissəsi var?" - MƏHKƏMƏ ZALINDAN

Hakimdən reket jurnalistə maraqlı sual: "Neçə nitq hissəsi var?" - MƏHKƏMƏ ZALINDAN

Tarix: 6-11-2015, 17:45 Bölmə :Maraqlı Baxış: 0
Hakimdən reket jurnalistə maraqlı sual: "Neçə nitq hissəsi var?" - MƏHKƏMƏ ZALINDAN

“Hakimiyyət və gələcək", “Kriminal və bəşəriyyət”, "Korrupsiya və qanun”un 5 min manat "söhbəti" necə olub?


Bakı Ağır Cinayətlər Məhkəməsində şantajda təqsirləndirilən jurnalistlər Şahin Orucov və Cəlil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham üzrə özllərini təqsirli hesab etməyiblər.

“Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi Şahin Orucov məhkəmədə sərbəst ifadə verib. O, ifadəsində qəzetin Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini və vergi ödəyicisi olduğunu bildirib: “Qəzetimdə 6 əməkdaş çalışır. Onlarla əmək müqaviləm yoxdur. Əməkdaşlar ictimai əsaslarla çalışırlar. Redaksiyamız “Azərbaycan” nəşriyyatında yerləşir”.

Təqsirləndirilən şəxs hadisə ilə bağlı təqsirkar olmadığını bildirib: “Redaksiyada oturmuşdum. Cəlil Məmmədov və Təbriz Dəmirov içəri girdilər. Cəlil “Korrupsiya və qanun” qəzetində çalışırdı. Onlar mənə Sumqayıt şəhəri ərazisində bir kafedə əxlaqsız yuvasının olduğunu bildirdilər. Eləcə də, həmin obyektdən video çəkilişi mənə göstərdilər. Dedim ki, araşdırıb yazarıq. Elə həmin gün Cəlil, mən, bir də redaksiyada çalışan iki qız əməkdaşımızla ora getdik. Kafenin sahibi Həsənqulu Quliyevlə görüşdük. Mübahisə düşdü, işçilərim müsahibə alırdılar. Həsənqulunun qardaşı Vasif bizimlə ağır danışdı. Oradan uzaqlaşdıq. Səhəri gün Cəlillə kafedə çay içirdik. Bu zaman Vəzir adlı şəxs mənə zəng elədi. Özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi tanıtdı. O bildirdi ki, həmin obyekt yiyələri peşman olublar, barışmaq istəyirlər. Mən isə bu barədə Cəlilə və Təbrizə bildirdim. Axşamı bir qadın zəng elədi. Adının Zöhrə, “Hakimiyyət və gələcək” qəzetində redaktor olduğunu bildirdi. Səhəri gün bizim redaksiya gəldi. Zöhrə xanım Həsənqulunun tanışı olduğunu və qarşı tərəfin barışmaq istəyini dedi. Mən yenidən Təbriz və Cəlilə bu barədə məlumat verdim. Təbriz barışmaq üçün 5 min manat pul istədi. Dedi ki, 5 min versinlər mən həmin kadrları silim. Mən həmin obyekt yiyəsinə zəng elədim. Həsənqulu bizim hamımız qonaqlığa dəvət elədi və bildirdi ki, qoyun kəsib bizi gözləyir. Mən, Şahin, Təbriz , Zöhrə xanım və əməkdaşımız Rəmziyyə Gözəlova kafeyə yollandıq. Bizə yaxşı qonaqlıq verdilər. Mən Həsənquluya dedim ki, Təbrizgil barışıq üçün 5 min manat istəyirlər. O, bu məbləğin həddindən artıq çox olduğunu bildirdi. Mən çölə çıxıb, Cəlil və Təbrizə bu haqda məlumat verdim. Həm də, çörək kəsdiyimizi və güzəştə getməklərini xahiş etdim. Təbriz 3 min manata qədər düşdü. Həsənqulu da razılaşdı. Maşına mindik. Zöhrə xanımla Sumqayıt yazılan yerdə görüşdük. 1000 manat pul verdi. Mən də 20 manatını Zöhrəyə verdim ki, taksi pulu edərsən. Qalan 980 manatı Təbriz götürdü. Səhəri gün Həsənqulu obyektdə çəkilən görüntüləri istədi. Mən Təbrizdən “flaşkartı” götürüb kafeyə getdim. Oturmuşduq, çay içirdik. Bu zaman Həsənqulu 1000 manat da stolun üstünə qoydu. Hələ götürməmişdim. Bu zaman polis əməkdaşları bizi saxladı. Mənim heç bir günahım yoxdur, mən pul götürməmişəm. Məqsədim onları barışdırmaq olub”.

“Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi ifadəsindən sonra hakim və prokurorun suallarını cavablandırıb.


Şahin Orucovdan sonra “Korrupsiya və qanun” qəzetinin baş redaktorunun 1-ci müavini Cəlil Səmədov ifadə verib. O, ifadəsində Rusiya Federasiyasının vətəndaşı olduğunu, hər üç aydan bir sərhədi keçdiyini qeyd edib: “ Qəzetin baş redaktoru məni baldızım idi. Onu tək qoymamaq üçün onun yanında olurdum. Tək yaşadığı üçün işlərində ona kömək edirdim. Təbriz Dəmirov bir gün gəldi ki, Sumqayıtdakı bir kafedə əxlaqsızlıq yuvası var. Ora getdik. Kafedə çay içməyə başladıq. Bir qadın gəldi. Onunla intim münasibətin qiyməti 25 manat olduğunu və əlavə 25 manat otağın qiyməti olduğunu bildirdi. 50 manat verdim. Bir müddət sonra qıza jurnalist olduğumuzu bildirdik. Qız anındaca 50 manatı qaytardı və rəhbərliyi çağırdı. Rəhbərlik gəldi, normal söhbət elədik. Çıxdıq, Şahin müəllimin yanına gəldik. O, zaman bizim baş redaktorun anası rəhmətə getmişdi. Şahin müəllim məsələni araşdıracağını bildirdi. Onunla bir neçə dəfə həmin kafeyə getdik. Bir dəfə də Vasif Quliyev bizi söyüb, oradan qovdu. Sonrada Şahinlə əlaqə saxlayıb, barışmaq istədiklərini bildirilər. Yeyib-içməyə getdik. Pul söhbətinin üstündən xətt çəkdim. Dedim ki, çörək kəsdiyimiz adamdır. Kafedən çıxanda Zöhrə xanım pul verdi. Dedi qalanını verəcəklər. Mən o puldan 20 qəpik də götürməmişəm. Pulun hamısını Təbriz götürüb”.

Bundan sonra şahid qismində Həsənqulu Quliyevin qardaşı Vasif Quliyev ifadə verib. O, ifadəsində kafenin sahibi olduğunu bildirib: “Mənim şikayətim yoxdur, tələbim də. Kafenin yiyəsi mənəm. Qardaşım isə mənə kömək edib. Kafeni icarəyə götürmüşəm, ayda 800 manat verirəm. Ayda dövlətə də 170 manat vergi ödəyirəm”.

Hakim kafedə çalışan qızların əmək müqaviləsinin olub-olmadığını soruşub. Şahid cavab olaraq bildirib ki, qızlar təzə işə gəlirdilər, hələ müqavilə bağlanmayıb.

O, ifadəsini davam etdirib: “Qız gəldi ki, İnsan Alverinə qarşı Mübarizə İdarəsindən gəliblər. Mən düşdüm aşağı, Təbriz və Cəlil adlı şəxslərdir. Orda bildim ki, jurnalistlərdir. Onlar əllərində video çəkilişlər olduğunu və bunu qəzetdə yayacaqlarını bildirdilər. Mənim özüm həm Əfqanıstan, həm də ki Qarabağ əliliyəm. Sonra biz Zöhrə xanım vasitəsi ilə Şahinlə tanış olduq. Şahin söhbətlərdə vasitəçilik edirdi. Biz barışmaq istəyirdik. Bir gün mənə dedi ki, barışmaq üçün 5 min manat pul istəyirlər. Pis təsir etdi. Yuxarıda dostlar var, onlara dedim ki, məsələ bu cürdür. Oradan dedilər ki, sən pulu ver, işin yoxdur. 1000 manat verdim, ikinci dəfə verəndə gəlib tutdular. Məndən pulu Təbriz istəyirdi, Şahin də vasitəçilik edirdi. Cəlildə onlarla gəlib-gedirdi”.

Vasif Quliyevdən sonra “Hakimiyyət və gələcək” qəzetinin redaktoru Zöhrə Babayeva ifadə verib. O, ifadəsində Həsənqulunun əvvəlcədən tanıdığı bildirib: “Nəşriyyatdaydım, Həsənqulu zəng edib, məsələni dedi. Şahini tapıb, onunla görüşdüm. Görüş zamanı tərəflərin barışmasını istəyirdim. Özümdə peşman oldum ki, bu cür hadisə oldu. Mən tək, tənha qadınam. Sizdən xahiş edərəm ki, məni bu zibildən çıxarın. Çünki çox qorxuram. Getdik, barışdırdıq. Mənə Həsənqulu 1000 manat verdi. Mən də taksidə Şahinə 1000 manatı verdim. O, mənə 20 manat pul verdi. Bir də bir neçə gün sonra nəşriyyatda 30 manat verdilər. Qalan məsələlərdən xəbərim yoxdur”.

Zöhrə Babayevadan sonra “Kriminal və bəşəriyyət” qəzetinin müxbiri Rəmziyyə Gözəlova ifadə verib. O, ifadəsində orta təhsilli olduğunu və qəzetdə ictimai əsaslarla çalışdığını bildirib.


Hakimlər jurnalist Rəmziyyə Gözəlovaya Azərbaycan dilində neçə nitq hissəsinin olduğunu soruşub. Jurnalist sualı cavablandıra bilməyib. Hakim bu cür şəxslərin Azərbaycan mətbuatında necə təmsil olunduqları anlamadığını bildirib.


Qeyd edək ki, Təbriz Dəmirov, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən “Metalurq” adlı kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video-görüntülər çəkiblər. Sonradan bu çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər.

Şahin Orucov “Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Məmmədov, “Korrupsiya və qanun” qəzetinin baş redaktorun birinci müavini, Təbriz Dəmirov isə müstəqil jurnalist olub.

Təbriz Dəmirov istintaqdan yayınaraq, ölkədən qaçıb. Onun barəsində axtarış elan edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunurlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Pentensiar Xidmətin dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşı məhkəmədə ifadə verib

    Pentensiar Xidmətin dələduzluqda təqsirləndirilən ...

    31-10-2018, 15:10

  • 
  • Kriminal avtoriteti güllələyən şəxs "dəlixana"ya göndərildi

    Kriminal avtoriteti güllələyən şəxs ...

    25-02-2020, 11:52

  • 
  • Fədayə Laçının məhkəmə istintaqı başa çatıb, prokuror cəza istəyəcək

    Fədayə Laçının məhkəmə istintaqı başa çatıb, ...

    31-10-2018, 15:08

  • 
  • Məhkəmə "Bank Respublika"nın sabiq inkassatorunun vəsatətini təmin etməyib

    Məhkəmə "Bank Respublika"nın sabiq ...

    2-10-2018, 12:16

  • 
  • Leyla Şıxliniskayanın işçiləri özünü günahsız hesab edir- mənimsəmə işi

    Leyla Şıxliniskayanın işçiləri özünü günahsız ...

    24-11-2017, 11:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu