Facebook ayrılmış cütlüklərin bir-birlərini daha az görməsi üçün yeni xidmətlər təklif edəcək.
gundemxeber.az xeberler.az-a istinadən xəbər verir ki, şirkət ayrılmış insanların şəbəkə daxilində qarşılıqlı münasibətlərini tənzimləmək üçün yeni üsullarıi sınaqdan keçirir.
Belə ki, insanlar Facebook-da statuslarını dəyişərək münasibətlərinin bitdiyini bildirdikdə onlara bu üsullardan istifadə etmək təklif ediləcək.
Beləliklə, həmin şəxsin adını və profil şəklini daha az görmək üçün onu əngəlləmək (bloklamaq ) və ya dostluqdan çıxarmaq məcburiyyətində qalmayacaqsınız.
Onun postları sizin "Yeniliklər" lentinizdə görünməyəcək, mesaj yazarkən və ya şəkillərdə dostlarınızı işarələyərkən onun adı tövsiyə edilməyəcək.
Həmçinin keçmiş partnyorunuzun sizin paylaşdığınız postları, şəkilləri və ya videoları görməyini məhdudlaşdıra bilərsiniz.
Bundan başqa, o şəxslə birlikdə işarələndiyiniz şəkilləri, postları kimlərin görə biləcəyini müəyyən edə və ya silə bilərsiniz.
Noyabrın 19-dan etibarən ABŞ-da bu üsullardan istifadənin sınağına başlanıb.
Şirkət qeyd edib ki, yeni xidmət təkmilləşdirildikdən sonra ümumi istifadəyə veriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?