Əksəriyyətin günləlik həyat tərzinə çevrilmış Facebook sosial şəbəkəsində yaranan problem şəxsi səhifələri bir anın içində yox edə bilər Son günlərdə tanımadığınız şəxslər tərəfindən gələn spam mesajlar və hansısa bir şəkil və videoların altından sizi işarələməsi buna gətirib çıxara bilər. İnsanların diqqətini cəlb etmək üçün bu cür linklər daha çox açıq-saçıq fotoların və əxlaqsız videoların altında yerləşdirilir.
Problemdən həlli yolu ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə əlaqə saxlanılıb. İnternet Forumun prezidenti açıqlamasında bu cür halların son aylarda çoxaldığını bildirdi.
"Ola bilər ki, bu cür spamlar mesajlar vasitəsi ilə digər saytlardan hansısa bir fotoların içində gizlin şəkildə gəlib sizin kompüterə düşə bilər və bir anda hər şeyi yox edər.
Bunlardan qorunmaq və ehtiyatlanmaq üçün müəyyən tövsiyələr verilməlidir. Bununla bağlı həm qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavab verən qurumlar var, yüksək texnologiyalar nazirliyinin nəzdində yerləşir və Xüsusi Dövlət Mühafizə xidmətinin xüsusi dövlət agentliyi var.
Adını çəkdiyim qurumlar tərəfindən zaman-zaman təhlükəsizliklə bağlı xəbərdarlıq edilir, ancaq sosial şəbəkə hər gün yenilənir və yeni-yeni tədbirlər görmək lazımdı.
İkincisi də vətəndaş özü öz şəxsi informasiya təhlükəsizliyinin qayğısına qalmalıdır. Həmin şəxs hər lazımsız yerdə öz mailindən qeydiyyatdan keçməməli, hər lazımsız linklərə girməməli və əlbəttə ki, kompüterində və bu kimi avadanlıqlarda antiviruslar işlətməlidir", - Osman Gündüz deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?