GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Mobil operator bazarında hərc-mərclik

Mobil operator bazarında hərc-mərclik

Tarix: 7-12-2015, 14:58 Bölmə :Maraqlı Baxış: 0
Mobil operator bazarında hərc-mərclik

“Bakcell” milyonlarla abunəçinin cibinə necə girir? - şok soyğunçuluq

“Gündəm-xəbər” aparıcı mobil şirkətin vətəndaşlara qarşı fırıldaqlarını araşdırıb; internet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində milyardlar silinir

Ölkədə fəaliyyət göstərən bəzi mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib. “Gündəm-xəbər”ə verilən məlumata görə bir çox hallarda operatorlar daha çox pul qazanmaq üçün saxta endirimlərlə müştəriləri narahat edirlər.

Daha çox şikayətlərin eşidildiyi, ölkənin ikinci böyük mobil operatoru olan “Bakcell”dir. Bu şirkət internet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində abunəçilərinin cibinə mahir cibgir kimi girir.

Operator müştərilərini kredit kontur və 7 qəpiyə 1 saat kampaniyası ilə aldadır. Belə ki, kredit götürən müştəri yeni kontur yükləyəndə kredit məbləği təqribən ikiqat çıxır. “Əla CİN” tarifinə əsasən, “Bakcell” abunəçiləri şəbəkədaxili zənglərin bir saatına görə cəmi 7 qəpik ödəyirlər. Zəng intervalı isə 1 saat hesablanır.

Başqa sözlə, bu xidmətdən yararlanan abunəçi şəbəkədaxili zənglər üçün 7 qəpik ödəməklə 1 saat sərbəst danışa bilər. Yəni istifadəçi başqa bir “cin” nömrə ilə əlaqə qurduqda 1 saniyə, 1 dəqiqə və ya 1 saat danışmasından asılı olmayaraq, balansından 7 qəpik çıxılır.

Beləliklə “Əla CİN” tarifindən istifadə etdikdə qısa zənglər şirkətə, uzun zənglər isə istifadəçiyə sərf edir. Amma çox təəssüf ki, bu sahədə də şirkət öz fırıldaqlarını əsirgəmir. Belə ki, “Əla CİN” tarifindən yararlanan abunəçilərin sözlərinə görə, digər “cin” nömrəyə zəng etdikdə normal qaydada 1 saat danışmaq mümkün deyil.

Əlaqə hər 10-15 və hətta 5 dəqiqədən bir kəsilir və istifadəçi məcbur olub yenidən zəng etdikdə buna görə balansından əlavə 7 qəpik silinməli olur. Şirkətin irəli sürdüyü qaydalara əsasən, bir saat danışıq üçün 7 qəpik ödəməli olan abunəçi “Bakcell” şirkətinin “səyi” nəticəsində 14, 21, 28, 35 və daha çox qəpiklər ödəməyə məcbur olur.

Ümumiyyətlə, “Bakcell” mobil operator şirkətindən şikayətlər səngimir. Ölkənin aparıcı mobil şirkətinin abunəçilərə qarşı etdiyi fırıldaqlar barədə məlumatlar yayılır.

Şikayətdə qeyd olunub ki, müştərilərin istəyi nəzərə alınmadan "Mançester Yunayted” pullu xidmətinə abunə edir, balansdan pul silirlər.

Bildirilir ki, bütün proses abunəçinin xəbəri olmadan baş verir: "Bir dəfə mənə 09975 Bakcell-in qısanömrəsindən zəng gəlmişdi. Zəngə cavab verdikdə bildirdilər ki, şikayətinizlə əlaqədar zəng etmişik. Mən də cavabımda bildirdim ki, bəli, Bakcell-dən şikayətçiyəm Çünki nə düzgün xidmət göstərirsiniz, nə keyfiyyət var, nə müştəri məmuniyyəti.

Cavab da bu oldu ki, guya Bakcell bütün mobil operatorlardan sən demə üstün imiş. Yəni, şikayətimlə əlaqədar zəng edən bəy operator ancaq şirkəti təriflədi və mən elə başa düşdüm ki, boşuna şikayət etmişəm. Çünki həmin operator mənim şikayətimi sistemdə qeydə almamış, əksinə mənimlə çox kobud danışmışdı. 555-in operatorları da şirkətin özü kimi bərbad xidmət göstərir”.

Şikayətçi baş verən olaydan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə üz tutub. Qaynar xətt də Bakcell-in adını eşidən kimi dəstəyi asıb: "Bakcell-in məni dinləmədiyini görüb Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1655 saylı qaynar xəttinə zəng etdi.

Bakcell-dən şikayət edən kimi dəstəyi asdılar. Yenidən zəng edəndə isə nömrə məşğuldur anonsu səsləndi. Ümumiyyətlə ölkədə mobil operatorlardan narazı olamayan vətəndaş tapmaq olmaz. Bəs görəsən niyə görə adiyyatı qurumlar mobil operatorlarnan bağlı ciddi tədbir görmür?

Mobil operatorlara toxunulmazlıq hüququnu kim verib? Normal ölkələrdə hər hansısa bir şirkətdən narazı olan vətəndaşın hüquqları təmin edilir. Bəs Azərbaycanda niyə görə vətəndaşı dinləyən yoxdur?

Azərbaycanla eyni vaxtda müstəqillik qazanmış keçmiş SSRİ dövlətlərinin hamsında dünyaca nüfuzlu "MTS”, "Beeline”, "Orange”, "Vodafone” və s. mobil operatorlar çalışır. Sual olunur: Azərbaycanda niyə görə adıçəkilən nüfuzlu mobil operatorların ölkəyə gətirilməsi əngəllənir? Btütün dünyada çalışan nüfuzlu operatorlar dünyaya yaradı, Azərbaycana yaramadı?

Ölkəmiz mobil rabitə tariflərinin yüksəkliyinə görə MDB-də 2-ci yeri tutur. Çünki ölkəmizdə mobil operatorlar arasında amansız rəqabət yoxdur. Mobil rabitə bazarında inhisarçılıq, monopoliya olduğu üçün tariflər çox bahadır. Çünki bizdə Rabitə Nazirliyi mobil operatorlar arasında normal rəqabət olmasını istəmir”.

Mənbə deyir ki, abunəçiləri zinhara gətirən “Bakcell” mobil operatorudur. Bu operator internet trafiklərində, tarif paketlərində və kontur yüklənməsində abunəçilərin haqqına girir. Abunəçi 1 manat yüklədikdə balansa 96 qəpik yüklənir. Demək olar ki, bu hal həddindən artıq çoxalıb. Bu yolla abunəçilərdən kifayət qədər qazanc götürürlər.

Bundan başqa müştərilərin balansından hər gün kontur çıxılır. Müştəri bunu operatorla aydınlaşdırdıqda isə aydın olur ki, heç tanımadığı bir sayta daxil olub qeydiyyatdan keçib. Ona görə də balansından pul çıxılır.

Amma müştəri bildirir ki, heç vaxt elə bir sayta daxil olmayıb və qeydiyyatdan keçməyib. Operator isə müştəriyə həmin xidmətə stop yazıb deaktiv etməsini məsləhət görür. Bu operator hətta həmin xidmətdən çıxmaq üçün də balansdan kontur silir.

Bundan başqa kredit xidmətində də istehlakçıları soğan kimi soyurlar. 1 manat kontur kredit götürdükdə növbəti dəfə kontur yükləyəndə 1 manat 20 qəpik əvəzinə əlavə 30 -40 qəpik də çıxırlar. Bundan başqa “Bakcell” hər ay 25 dəqiqə şəbəkə daxili bonus verir.

İnternet məsələsində də müştərilərin cibinə girirlər. Xüsusilə də şəhərətrafı qəsəbələrdə internetə daxil olmaq mümkün deyil. Meqabayt istifadə olunur, lakin istədiyimiz səhifəyə daxil ola bilmirik.

Adını çəkdiyimiz mobil operatoru abunəçilərə şəbəkə problemi yaşadır. Xüsusilə də şəhərətrafı qəsəbələrdə şəbəkə problemi insanları çıxılmaz duruma salıb. Nə zəng etmək mümkündür, nə də zəng qəbul etmək.

Bir neçə cəhdən sonra əlaqə yaratmaq mümkün olur. Nəzərə alsaq şəhərətrafı yeni qəsəbələrdə yaşayanların hamısı şəhər telefonu ilə təmin olunmayıblar. Bu səbəbdən də hər kəs mobil telefondan daha çox istifadə edir. Artıq “Bakcell” keyfiyyətsiz xidmətiylə müştərilərini özündən soyudub.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Bakcell”dən kütləvi şəkildə imtina edilir

    “Bakcell”dən kütləvi şəkildə imtina edilir ...

    23-12-2015, 13:41

  • 
  • «Bakcell»in yeni talançılığı

    «Bakcell»in yeni talançılığı ...

    20-12-2012, 13:33

  • 
  • "Bakcell" Azərbaycana, yoxsa Ermənistana xidmət edir? - Cəhbə zonasında şok vəziyyət

    "Bakcell" Azərbaycana, yoxsa ...

    2-08-2014, 01:34

  • 
  • Mobil Nömrələrin Daşınması Xidmətində şok fırıldaqlar

    Mobil Nömrələrin Daşınması Xidmətində şok ...

    25-01-2016, 19:57

  • 
  • "Bakcell"in yeni oyunu — TEXNİKİ PROBLEM YOXSA FIRILDAQ

    "Bakcell"in yeni oyunu — TEXNİKİ ...

    11-01-2018, 21:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu