GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Pakistanlı oğlanla azərbaycanlı qızın məhəbbəti

Pakistanlı oğlanla azərbaycanlı qızın məhəbbəti

Tarix: 8-02-2016, 21:38 Bölmə :Maraqlı Baxış: 0
Pakistanlı oğlanla azərbaycanlı qızın məhəbbəti

Kaşif Əli: "Əsəbi olan zaman iki tərəf də susmağı bacarsa, o zaman problem yaranmır"
Turanə Əli: "İnsan ailəsi üçün nələrdənsə keçməyi bacarmalı, amma özü olmaqdan da imtina etməməlidir"

Onlar ailə qurmaq üçün mübarizə aparıblar. Tək məqsədləri xoşbəxt ailə qurmaq olub və bu məqsədlərindən dönməyiblər. İki illik mübarizədən sonra istəklərinə çatıblar. Nə ayrı-ayrı ölkələr, nə məsafə, nə də ailələr onların sevgisinə mane ola bilib. Onlar düşünür ki, sevginin nə dili, nə dini, nə də vətəni var...

"Ailə" rubrikamızın bu dəfəki qonaqları pakistanlı Kaşif Əli və həmyerlimiz Turanə Əlidir. 4 ildir ki, ailə qurublar. Əvvəlcə müsahiblərimizin tanışlıq tarixçəsindən başlayaq...

O, fərqli idi...

Onların yolu təhsil aldıqları ali məktəbdə kəsişib. Bakı Slavyan Universitetinin filologiya fakültəsində təhsil alan Turanə dekanın təklifi ilə qrupunu dəyişib və Əlinin olduğu qrupa keçib. Tanışlıqları da məhz bu andan başlayıb: "Universitetin ilk günü idi. Dekan otağa girdi və buradan bir qızın digər qrupa keçməli olduğunu dedi. Düşünmədən əlimi qaldırıb qrupumu dəyişmək istədiyimi bildirdim. O vaxtdan da Əlini yaxından tanıdım. Onunla münasibətimiz çox yaxşı idi. Hər dəfə ailəsindən, ölkəmizə gəldikdən sonra yaşadığı çətinliklərdən danışırdı. Əslində elə gördüyüm gündən Əli mənə çox doğma gəlmişdi".

Əli deyir ki, Turanəni digər qızlardan fərqləndirirmiş. Ən çox da gələcək həyat yoldaşının sadəliyi onun diqqətini çəkib: "Turanə kosmetika vurmurdu. Çox sadə idi. Xasiyyəti də yaxşı idi. Onun uşaq kimi saf, təbii olması məni çəkdi və anidən qərar verdim ki, bu qız mənim həyat yoldaşım olmalıdır. 2005-ci ildən Azərbaycandayam. Bu müddət ərzində çox insanla rastlaşdım. Amma Tutu (Turanəyə Tutu deyə müraciət edir - A.Ə.) onların hamısından fərqli idi. Sonra birlikdə Qız qalasına getdik. Orada ailələrimiz haqqında danışdıq və bu görüşdən sonra münasibətlərimiz daha da doğmalaşdı. Bütün dərslərdə artıq birlikdə otururduq. Hətta tənəffüslərdə də birliktəydik. Artıq dekabr ayında evlənmə təklifi etdim".

"Qızım, hər şey üçün tezdir, vəssalam..."

Turanə deyir ki, bu təklifi gözləmədiyi üçün təəccüblənib: "Ailəsi başqa ölkədə yaşayırdı və mən tanımırdım. Daha sonra məni ailəsi ilə "skayp"da danışdırdı. Hətta bacıları ilə də tez-tez yazışırdım. Onlar razı idilər. Amma mənim ailəm Əli əcnəbi olduğu üçün qətiyyən razı deyildi. Bizi ayırmaq üçün əllərindən gələni edirdilər".

Turanə məsələni atasına özü danışıb. Lakin yenə də "yox" cavabı ilə qarşılaşıb: "Anamla bacılarımın razı olmadığını bilirdim. Amma mənim geri addım atmaq fikrim yox idi. Atamla danışdığım gün ömrümdən ömür getdi. Atam bir kəlmə dedi ki, "qızım, hər şey üçün tezdir, vəssalam..." Sonra anama demişdi ki, qıza de, o fikri beynindən çıxarsın. Bundan sonra sözün həqiqi mənasında qırğınlar başladı və onları heç bir yolla razı sala bilmirdim".

"Hər şərdə bir xeyir var"

Həmin il Əli Pakistana qayıtmalı imiş. Lakin viza ala bilmədiyi üçün Azərbaycanda qalmalı olub. Turanə deyir ki, Əlinin gedə bilməməsi də bir qismət idi. Çünki o getsəydi, hər şey başqa cür olacaqdı... Bundan sonra münasibətlər daha da istiləşməyə başlayıb: "2 il mübarizədən sonra Əli ilə mənim münasibətimi qəbul etdilər. İndi Əli ən çox sevdikləri kürəkənləridir".

Müsahiblərimiz həm Azərbaycanda, həm də Pakistanda özlərinə toy ediblər.

Sevgi elə həmin sevgidir...

Əcnəbi ilə ailə həyatı qurmağın müsbət və mənfi tərəflərinə gəldikdə isə, müsahiblərimiz deyir ki, fərqi yoxdur, istər əcnəbi olsun, istərsə də yerli, əsas olan düzgün insanı seçə bilməkdir: "Əgər ailə həyatı qurduğunuz insan həqiqətən sizə uyğun və düzgün adamdırsa, bu zaman sizin üçün hər şey yaxşı olur. Əsas olan aranızdakı sevgi və bir-birinizə dəyər verməyi bacarmaqdır. Bunlar oldusa, heç bir məsafə, dil sizin xoşbəxtliyinizə mane ola bilməz. Çünki hamımız insanıq və hər kəsdə ürək eynidir. Sevginin əcnəbisi, həmyerlisi olmur. Bu gün bir oğlumuz var və qızımızın da yolunu gözləyirik. Bəzilər düşünür ki, öz millətimizə nə olub ki, əcnəbi ilə ailə qurursuz? Amma sevgi millətə, dilə, rəngə baxmır axı... Sevgi elə sevgidir".

"Susmağı bacarırıq"

Müsahiblərimiz ev işlərində də bir-birinə kömək edirlər. Turanə deyir ki, Əli heç vaxt dilinə gətirməz ki, bu, mənim işim deyil: "Bir-birimizə həmişə kömək edirik. Bəzən uşağa Əli baxır, mən işlərimi görürəm, bəzən də əksinə olur. İşlərimizi ədalətlə bölürük (gülür)".

"Kişinin ürəyinə gedən yol mədəsindən keçir" deyirlər. Azərbaycan və Pakistan mətbəxi fərqli olduğu üçün Turanəylə yemək məsələsini də müzakirə etdik. Müsahibimiz deyir ki, Əli Azərbaycan mətbəxini çox sevir, amma Turanə də Pakistan mətbəxini sevdiyi üçün evdə ən çox Pakistan yeməkləri bişirilir: "Pakistan mətbəxi damaq dadıma uyğundur. Pakistana getməmişdən öncə internetdən onların yeməkləri ilə maraqlanırdım. Sonra orada baldızlarım mənə öyrətdi. Pakistan yeməklərini dadlı bişirə bilirəm. Bu səbəbdən yemək problemimiz olmur".

Cütlüyümüz problemlərini susmaqla həll edirlər. Əli deyir ki, əsəbi olan zaman iki tərəf də susmağı bacarsa, o zaman problem yaranmır: "Təbii ki, hər ailədə olduğu kimi, bizim ailədə də müəyyən problemlər olur. Amma biz problemlərimizi susmaqla həll edirik. Çünki insan əsəbi olduqda nə danışdığını bilmir və hadisələri düzgün qiymətləndirməyi bacarmır".

Xoşbəxtliyin sirri

Xoşbəxtliyin sirrinin nə olduğuna gəldikdə, Turanə deyir ki, həyatda xoşbəxt olmaq üçün səbəblər çoxdur. Sadəcə, onları görməyi bacarmaq lazımdır: "O qədər problem olur ki, indiki dövrdə yaşamaq çətindir. İstər maddi, istərsə də mənəvi çətinliklər insanları yorur. Ona görə xoşbəxt ola bilmirlər. Amma xoşbəxt olmağa o qədər səbəb var ki... Sadəcə, görmək lazımdır. Hər iki tərəf xoşbəxt olmağı istədikdən sonra heç bir maneə qalmır. İnsan ailəsi üçün nələrdənsə keçməyi bacarmalıdır. Amma özü olmaqdan da imtina etməməlidir. Həm ailənin tələb etdiyi istəkləri, həm də öz istəklərini bərabər aparmağı bacarmalısan. Bu zaman heç bir çətinlik sənin xoşbəxtliyinə əngəl ola bilməz".

Əli isə düşünür ki, xoşbəxtliyin sirri həyatda sözün əsil mənasında yarını tapıb ona inanmaqdadır.

"Sevgi dəhşətli hissdir"

Əcnəbi ilə ailə qurmaqdan çəkinən qızlara məsləhət verən Turanə deyir ki, insan sevməkdən və sevgisinin ardınca getməkdən qorxmamalıdır: "Lakin bu o demək deyil ki, hər şeyə kor-koranə yanaşmaq lazımdır. Reallığı da görmək vacibdir. Sevgi dəhşətli hissdir. Kimi sevdiyini bilməlisən və güvəndikdən sonra onun üçün mübarizə aparmaqdan qorxmamalısan".

Əli isə düşünür ki, insanın niyyəti düzdürsə, o, heç vaxt səhv insanla qarşılaşmaz: "İnsanın özü əməli-saleh, düzgün olduqdan sonra heç bir çətinlikdən qorxmamalıdır. Çünki hər kəsin qarşısına məhz özü kimi insanlar çıxır".

Kaspi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Subay oğlanla sevgili olan boşanmış qadının asılmış meyitləri tapıldı

    Subay oğlanla sevgili olan boşanmış qadının ...

    29-08-2018, 16:51

  • 
  • Aysel: "Sənətdən bezdim, ailə qurmaq istəyirəm"

    Aysel: "Sənətdən bezdim, ailə qurmaq ...

    10-05-2016, 11:52

  • 
  • Praqadan iki azərbaycanlı ailə deportasiya olundu

    Praqadan iki azərbaycanlı ailə deportasiya olundu ...

    1-02-2019, 10:33

  • 
  • Üçüncü dəfə ərə gedən bacısını övladlarının gözü qarşısında öldürdü - TƏFƏRRÜAT

    Üçüncü dəfə ərə gedən bacısını övladlarının gözü ...

    25-12-2018, 12:50

  • 
  • Azərbaycanlı ailə Ermənistandan sığınacaq istəyib

    Azərbaycanlı ailə Ermənistandan sığınacaq istəyib ...

    31-01-2014, 11:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu