GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Metal mafiyası” ifşa olundu

“Metal mafiyası” ifşa olundu

Tarix: 9-04-2013, 11:20 Bölmə :Maraqlı Baxış: 1 071
 “Metal mafiyası”  ifşa olundu

Sahibkardan İlham Əliyevə şok məktub: “Baku Steel Company”
şirkətinin inzibatçısı Rasim Məmmədovdur. O, arxasındakı dəstəyə
güvənərək istədiyi hərəkəti sərbəst şəkildə edə bilir. Onun quldurluq
əməlləri haqda bizim çoxsaylı şikayətlərimizə heç yerdə baxılmır”


Tanınmış iş adamı Nurəddin Zülfüqarlı ölkə başçısı İlham Əliyevə müraciət edib. Xatırladaq ki, hazırda Türkiyədə yaşamağa məcbur olan N.Zülfüqarlı vaxtilə Heydər Əliyevin sərəncamı ilə prezident yanında Sahibkarlar Şurasına üzv seçilib, İlham Əliyevin Fəxri Fərmanı ilə təltif edilib. N.Zülfüqarlının müraciətini olduğu kimi təqdim edirik:
“Hörmətli cənab Prezident. Mənim Sizə mətbuat vasitəsi ilə müraciət etməyimə səbəb - mənim, ailə üzvlərimin və çoxsaylı səhmdarların adına olan özəl əmlakların bir qrup yüksək vəzifəli şəxslərin birbaşa dəstəyi və himayədarlığı ilə quldur dəstə tərəfindən ələ keçirməsi ilə bağlıdır.
Mən, ailə üzvlərim, səhmdarlar ve iş kollektivi yeddi ildir ki, aidiyyəti hüquq-mühafizə, ədliyyə, məhkəmə orqanlarına yazılı, videogörüntülü və sair mövcud olan hər vasitə ilə müraciətlər etmişik. Müraciətlərimiz baxılmadığı üçün Sizin də ünvanınıza çoxsaylı müraciətlər ünvanlamışıq. Mən tam olaraq əminəm ki, ünvanlanan müraciətlər Sizə məruzə edilməmiş və ya təhrif olmuş şəkildə çatdırılmışdır. Başımıza 7 il ərzində gətirilən quldurluq əməlləri haqda qısa məlumat verəcəyəm.
2005-ci ilin noyabr ayında məni Dövlət Əmlak Komitəsinə dəvət edərək təklif etmişlər ki, “BAKIPOLADTÖKMƏ” ASC və “BAKIELEKTROŞTAMP” ASC-nin mənə və qardaşıma məxsus olan səhmlərini könüllü və əvəzsiz şəkildə başqasının adına özgəninkiləşdirilməsinə razılıq verim. O zaman hər iki şirkətə 10 milyonlarla ABŞ dolları məbləğində rəsmi şəkildə investisiya bizim tərəfimizdən qoyulmuş, 1500-dən artıq yeni iş yerləri yaradılaraq müəssisələr işlək duruma gətirilmişlər. Təbii ki, mən bu təklifə razı ola bilməzdim. Ailəmiz uzun illər Rusiyada və digər ölkələrdə qazandığı sərmayəni çökmüş iqtisadiyyatı olan bu şirkətlərə qoymuş, gecə-gündüz bılmədən sözugedən şirkətləri işlək duruma gətirmişdir. Məni xəbərdar etdilər ki, sənin razılığın olmasa da, bu iş zorla həyata keçiriləcəkdir. Aradan az müddət keçdikdən sonra 9 dekabr 2005-ci ildə məni, daha 2 qardaşımı, 3 nəfər məsul işçimi kobud şəkildə, başımıza torba salaraq, AR DİN BMCMİ-nə apararaq kameraya salmışlar. Heç bir istintaq aparmadan məni, qardaşım Loğman Zülfüqarlını 4 ay həbsdə saxlamışlar. Həbs qətimkan tədbiri seçildiyi gün 8 qardaşımın evlərində böyük bir qrup tərəfindən axtarış aparılmışdır. Bütün ailə üzvlərimin başqa ölkəyə çıxışı qadağan edilmişdir. Bizə aid iş yerlərində bir neçə nazirliyin yoxlama qrupu uzun müddətli təftişlər həyata keçirmişlər. Bütün iş yerlərində iş fəaliyyəti dondurularaq, 1500-dən çox işçi uzun müddət işsiz qalmışdır. İstintaq təcridxanasında mənimlə davamlı olaraq söhbətlər aparılaraq, mənim razılıq imzamı almaq uçun psixoloji təzyiqlər tətbiq olunmuşdur. Nəhayət 4 aydan sonra mənə təklif etdilər “ya imza atacaqsan, ya da digər ailə üzvlərini türmədə, yanında görəcəksən”. Təcridxanada zor gücü ilə lazım olan imzaları alaraq, hər iki adı çəkilən özəl şirkətlərin səhmlərinin 80 faiz hissəsini bir gün ərzində, əvəzsiz olaraq başqa bir səxsin, yəni heç nədən xəbəri olmayan Lerikli bir çobanın - Gəray Məmmədovun adına sənədləşdirmişlər. Bundan sonra bizi azadlığa buraxmışlar. O dövrdə törədilmiş quldurluqlar və qanunsuzluqlar haqda aidiyyəti dövlət orqanlarına müraciət etsək də, şikayətlərmizə heç bir reaksiya verilməmişdir. Törədilmiş cinayətlərin arxasında yüksək vəzifəli məmurlar olduğu üçün yerlərdə bizə susmağı tövsiyyə etmişlər. Biz təhlükədə olsaq da, qətiyyətli mübarizəmiz nəticəsində səhmlər adına keçirilmiş Gəray Məmmədovun adına olan alqı-satqının saxta olduğunu mətbuat vasitəsi ilə və özünün etirafı ilə isbat etdikdən sonra eyni səhmləri yenə də əvəzsiz və köhnə üsulla başqa şəxsin, yəni Əmlak Komitəsinin işçisinin - Mahir Ağayevin adına 2012-ci il tarixdə keçirmişlər. Daha sonra 2013-cü ildə həmin səhmləri “Baku Steel Company”nin adına keçirərək, son olaraq mənimsəmişlər. Silahlı dəstənin müşayiəti ilə bütün bu quldurluq hadisələrini həyata keçirən - "Baku Steel Company" şirkətinin inzibatçısı Rasim Məmmədovdur. O, arxasındakı dəstəyə güvənərək istədiyi hərəkəti sərbəst şəkildə edə bilir. Onun quldurluq əməlləri haqda bizim çoxsaylı şikayətlərimizə heç yerdə baxılmır. Rasim Məmmədovla hər kəs hesablaşır. Azərbaycanda bu şəxs bizdən başqa daha bir neçə sahibkarın əmlakını zorla əlindən almış. Məhkəmə, hüquq-mühafizə orqanları bu şəxsi cinayət məsuliyyətinə cəlb etmək əvəzinə, bizləri susmaq uçun sıxışdırır. Rasim Məmmədovun özünün dediyi kimi, istədiyi hərəkəti edir və heç kim ona heçnə edə bilməz. Mən və ailə üzvlərimiz illər uzunu iş yerləri açdıq, dövlətə böyük məbləğlərdə vergi ödədik, ancaq sonda bir quldur dəstənin qurbanı olduq. Bizim şikayətlərimiz hüquq mühafizə və məhkəmə orqanları tərəfindən ötur-ötur oyununa çevrilib. Başqa şikayətçiləri Rasim Məmmədov qorxu altında tutaraq susdurur. Bu quldur dəstəni biz ifşa etsək də, nəticədə hüquq müstəvisində heç bir iş görülmür. Rasim Məmmədov bizi dəfələrlə göruşə dəvət edərək bizə susmağı təklif edir. Rasim bu təkliflərin yuxarı instansiyalardan gəldiyini dəfələrlə belə vurğulayır: “Mən özbaşıma deyiləm, mənə də göstəriş verənlər var. Mən Sizə bildirirəm ki, əgər çox dərinə gedərsənizsə, sizi məhv edəcəklər. Siz kimdən artıq olmusunuz, başqaları necə susursa siz də susun. Mənə tapşırıq verilib və heç kim, gördüyünüz kimi, mənə heçnə edə bilməz”. Bütün bu söhbətləri o qorxmadan hər kəsin önundə nümayişkarcasına edir.
Möhtərəm cənab Prezident,
Rasim Məmmədovun, onun himayədarlarının bu özbaşınalıqları təkcə bizim əmlaklarımızın quldurcasına ələ keçirilməsinə gətirib çıxarmamış, bu hərəkətlər həm də ölkədə olan sabitliyə kölgə salmış, ölkənin nüfuzuna zərbə vurmuş, cəzasızlıq və özbaşınalıq mühitinin hökm sürməsini isbat etmişdir.
Belə çıxır ki, Rasim Məmmədov və onun himayədarları bizim ailənin adına rəsmi mülkiyyət sənədi olan 3 böyük əmlakı və səhmləri adımıza olan özəl iki şirkəti silah gücünə ələ keçirir və bunun qarşısını almaq əvəzinə hüquq-mühafizə orqanları, məhkəmə, ədliyyə, prokurorluq, milli deposit mərkəzi, notariat kontorları, mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi və digər dövlət qurumları onun bu quldurluq əməllərinə rəvac verirlər?!
Cənab Prezident,
Mən Sizdən xahiş edirəm ki, bu quldurluq faktları ilə əlaqədar olaraq obyektiv və müstəqil şəxslər tərəfindən ciddi araşdırmanın aparılması barədə göstəriş verəsiniz. Məndə olan faktlar, sənədlər və şahidlərin ifadələrinə əsasən araşdırma aparıldığı halda 15-dən artıq yüksək vəzifəli şəxsin quldurluq və korrupsiya əməlləri üzə çıxacaq. Araşdırma nəticəsində bu şəxslərin cinayətkar əməlləri dövlətçiliyimizə necə zərbə vurduğunu Sizə və ictimaiyyətə aşkar edəcəkdir.
Mən müraciətimdə yazdıqlarımı təsdiq etməyə hazıram və məsuliyyətimi başa düşürəm. Yetər ki, məni dəvət edib dinləyən və ifadə alan olsun.
Bunların gercəkləşməsi üçün ancaq ve ancaq Sizin şəxsi müdaxilənizə böyük ehtiyac vardır.
Sizdən kömək gözləyirəm.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Metal mafiyası” ilə bağlı prezidentə müraciət edildi

    “Metal mafiyası” ilə bağlı prezidentə müraciət ...

    28-02-2013, 11:35

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Vətəndaş İlham Əliyevə müraciət etdi

    Vətəndaş İlham Əliyevə müraciət etdi ...

    24-11-2014, 22:29

  • 
  • Komada olan jurnalistlə bağlı İlham Əliyevə müraciət olundu

    Komada olan jurnalistlə bağlı İlham Əliyevə ...

    31-12-2013, 00:31

  • 
  • “Dəmir mafiyası”nın gizlinləri

    “Dəmir mafiyası”nın gizlinləri ...

    25-02-2013, 10:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu