GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Təhsil Nazirliyinin “PİSA moizələri”

Təhsil Nazirliyinin “PİSA moizələri”

Tarix: 9-04-2013, 11:21 Bölmə :Maraqlı Baxış: 1 156
Təhsil Nazirliyinin “PİSA moizələri”

Neçə illərdir Azərbaycanın təhsil məmurlarının zurna-balabanla
ifa etdikləri “təhsil islahatı” havası millətin başını qatmaq üçünmüş


Ötən yazımda 15 yaşlıların biliyinin qiymətləndirilməsi üzrə dünyada ən mötəbər təşkilat sayılan OECD-nin PİSA proqramından AR Təhsil Nazirliyinin səssiz-səmirsiz çıxması haqqında danışmışdım. Bu rüsvayçı vəziyyətlə bağlı sual etmişdim: Nazirlik bu proqramdan imtina etməsinin səbəbini nədən cəmiyyətə açıqlamır? Nəhayət ki, sualıma cavab gəldi, özü də təhsil sektorunun inkişafı üzrə Dünya Bankı layihələrinin əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmovdan. Kaş ki gəlməyəydi...
Direktor “Azadlıq” radiosuna müsahibəsində deyib: “Təhsil Nazirliyinin mövqeyi belə olub ki, nəticələrdə elə bir dəyişiklik gözləmiriksə, niyə pul xərcləyib bu testdə iştirak edək? Bir az vaxt verək, məzmun islahatları gəlsin 15 yaşlıları da əhatə etsin, sonra qatılaq və fərqini də görək”. Anlaşılmayacaq bir şey qalmadı ki? Adam açıq-aydın öz dili ilə deyir ki, biz qiymətləndirmənin nəticələrindən heç bir dəyişiklik gözləmirdik. Yəni, 2006-cı ildə 57 ölkə arasında 55-ci, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü yeri tutmuşuqsa, 2012-ci ildə PİSA-da iştirak etməyimizin nə anlamı vardı, yenə axırıncı yeri tutacaqdıq. Bərəkallah! Deyəsən, Rüstəmov durnanı lap gözündən vurub! Onun məntiqindən belə çıxır ki, neçə illərdir Azərbaycanın təhsil məmurlarının zurna-balabanla ifa etdikləri “təhsil islahatı” havası millətin başını qatmaq üçünmüş, Misir Mərdanov və onun komandası 15 ildir bilə-bilə “zay məhsul istehsalı” ilə məşğul imiş. Ona görə də cənab Elvin Rüstəmovun “nəticələrdə elə bir dəyişiklik gözləmiriksə, niyə pul xərcləyib bu testdə iştirak edək?” – fikri təəccüb doğurur. Bu onu göstərir ki, pul Rüstəmovların yadına indi-indi düşməyə başlayıb. Sual olunur: Bəs “zay məhsullar”a indiyədək xərclənən milyonlar pul deyildi?..
Komanda indi də yeni havalara – “kurikulum” və “məzmun” havalarına keçib, Elvin Rüstəmovun təbirincə desək, yeni kurikulumla bağlı “təhsilimizdə çox ciddi məzmun dəyişiklikləri gedir, Azərbaycan öz məzmununu yaradır, bu məzmun 15 yaşlılara çatsın görək nəticəsi nə olur”. Həə, bax buna deyərlər, “... yaz gələr, yonca bitər”. Amma təhsilimizə yazın gəlməyəcəyi, eləcə də yoncanın bitməyəcəyi bəri başdan da bəllidir, görünən kəndə bələdçi lazım deyil ki! Kim də bilməsə, cənab Rüstəmov yaxşı bilir ki, “məzmun”, “kurikulum” adlandırdığı şeylər onun çalışdığı qurum üçün çürük qozdan başqa bir şey deyil. “Pul dərdi çəkən” Rüstəmov görəsən, nəyə görə səkkiz ildir onun rəhbərliyi altında bu içi boş sözlərə xərclənən milyonlarla krediti yadına salmır. Şagirdlərimiz 2015-ci il qiymətləndirməsində TQDK tərəfindən çıxdaş edilmiş dərsliklərləmi, yaxud cəfəng kurikulumlarlamı yer tutacaqlar? Atalarımız doğru deyib: Utanmasan oynamağa nə var!
Rüstəmovun müsahibəsində diqqətçəkən bir məqam da var: “Məqsədimiz o deyil ki, külli miqdarda pul xərcləyək, bütün müəllimləri maarifləndirək ki, PİSA-nın nəticələri belə olub. Bütün müəllimlər onu bilməyə də bilər. Əsas odur ki, PİSA-nın nəticələrini təhsil üzrə beyin mərkəzləri təhlil etməlidir”. Qəribə vəziyyət yaranıb: Bir tərəfdən, PİSA-nın Təhsil Kollegiyası direktorunun müavini Andreas Schleicher “Azadlıq” radiosunun sorğusuna cavabında bildirir ki, AR Təhsil Nazirliyi bizdən heç bir tövsiyə istəməyib, digər tərəfdənsə, Elvin Rüstəmov PİSA nəticələrinin nazirliyin beyin mərkəzlərində təhlilindən danışır. Sual olunur: Bir halda ki, PİSA-nın nəticələri ilə bağlı sənədlər əldə yoxdur, onda cənab Rüstəmov nəyin təhlilindən danışır? Yaxud o, “beyin mərkəzi” dedikdə, nəyi nəzərdə tutur? Əgər burada söhbət Təhsil Problemləri İnstitutundan gedirsə, şəxsən mənim fikrimcə, bu qurumu ancaq “ahılların beyin mərkəzi” adlandırmaq olar. Belə ki, orada çalışan rəhbər kadrların ən gənci təqaüd yaşındadır. Başda direktor və onun müavinləri olmaqla, əksəriyyətinin yaşı 70-90 arasındadır. Dünyanın harasında bu yaşda insanlar çağdaş təhsil işi və onun təhlili ilə məşğul olurlar?! O ki qaldı müəllimlərin maarifləndirilməsi məsələsinə, bax bu, Azərbaycanın təhsil məmurlarının müəllimlərə münasibətinin göstəricisidir. Onların dünyagörüşünə görə, müəllim heç nə bilməli deyil. Bilmək hüququ ancaq onların təyin etdiyi şəxslərə verilib. Türklər demiş, “sevsinlər sənin məntiqini, cənab Rüstəmov!”.

Nadir İSRAFİLOV,
təhsil eksperti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyindən xoş xəbər

    Təhsil Nazirliyindən xoş xəbər ...

    22-07-2013, 11:01

  • 
  • Təhsil Nazirliyinin nəzdində yeni idarə yaradıldı

    Təhsil Nazirliyinin nəzdində yeni idarə yaradıldı ...

    3-02-2014, 17:28

  • 
  • Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək

    Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək ...

    25-10-2013, 11:01

  • 
  • TQDK və Təhsil Nazirliyi arasında Misir Mərdanov dönəmi...

    TQDK və Təhsil Nazirliyi arasında Misir Mərdanov ...

    2-04-2016, 01:56

  • 
  • Təhsil nazirliyi  təkzib etdiyi xəbər düz çıxdı

    Təhsil nazirliyi təkzib etdiyi xəbər düz çıxdı ...

    14-08-2013, 10:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu