GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Talıbov xanlığında yeni qanunsuzluq

Talıbov xanlığında yeni qanunsuzluq

Tarix: 9-04-2013, 11:23 Bölmə :Maraqlı Baxış: 794
Talıbov xanlığında yeni qanunsuzluq

Naxçıvanda taksi sürücülərinə yeni uniforma tələbi

Naxçıvanda taksi sürücülərinin yeni uniforma almağa məcbur edildiyi bildirilir. Bu haqda məlumat verən bir qrup taksi sürücüsünün deməsinə görə, onları buna Dövlət Yol Polisinin əməkdaşları məcbur edir. Şikayət edənlər bildirirlər ki, forma almayan sürücüləri DYP əməkdaşları saxlayırlar. Daha sonra da onların avtomobillərini Naxçıvan MR DYPİ-nə aparıb orada cərimələyirlər.
Taksi sürücüsü Mirabbas Fətullayev deyir ki, yeni qayda təxminən bir ay öncə tətbiq olunmağa başlayıb. Taksi sürücüsünün bildirməsinə görə, yeni qayda tətbiq olunmamışdan əvvəl köhnəldiyindən 55 manat verib əvvəlki formadan bir dəst alıb: «Əvvəl şəxsi maşınımla taksi sürürdüm, sonra məcbur elədilər Naxçıvanda istehsal olunan «Lifan» avtomobili aldıq. Bundan sonra bizə dedilər ki, xüsusi geyim almalısınız. Etiraz eləmədik, aldıq. İki ildən çoxdur belə davam edirdik. Təxminə bir ay öncə isə dedilər ki, uniformanızı dəyişib yeni stildə tikiləni almalısız. Almayanı «QAİ» saxlayıb cərimələməyə başladı. Pulum yox idi almağa. Bir gün yolda saxladılar, müştəriləri maşından düşürüb, sürdülər Naxçıvan MR DYPİ-nin cərimə meydançasına. Apardılar taksi sürücülərinin işi ilə məşğul olan Cavad müəllimin yanına. Cavad müəllim dedi ki, formanı al, cəriməni də ödə, çıxar maşını. Mən dedim ki, özüm tikdirmək istəyirəm, bir az ucuz başa gəlsin. Dedi ki, yox, gedib filan dükandan almalısan. Getdim borc aldım, 55 manat verdim formaya, 50 manat da cərimə ödədim, buraxdılar maşını».
Mirabbas Fətullayev deyir ki, bu formalar yüksək vəzifəli şəxslərdən birinə məxsus olan tikiş fabrikində istehsal olunur: «Kasıb adamlarıq. Pulum olmadığından məcbur qalıb «Lifan»ı kreditə götürmüşəm. Hər ay 400 manat maşının kreditinə verirəm. Gündə də bir qayda çıxarıb soyurlar bizi. Bilmirik kredit ödəyək, yoxsa uşaqlara çörək aparaq? Məqsədləri bizi soymaqdır. Yeni uniforma çox keyfiyyətsiz, xarici görünüşü də gülünc vəziyyətdədir. Gecə paltarına oxşayır. Utanırıq bu formada adam içinə çıxmağa. Özləri istehsal etdikləri formadır. Bu yolla sırıyırlar bizə. Bu yolla soyurlar camaatı. Elə bil hərbi rejimdəyik. Maşında birdəfəlik ülgüc gəzdiririk. Üzümüzü tüklü görəndə, bizi cərimə edirlər».
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR DYPİ ilə əlaqə saxladıq. Növbətçi taksilərlə bağlı yaranan problemlərin idarənin əməkdaşı Cavad Şabanova həvalə olunduğunu bildirdi. Cavad Şabanov taksi sürücülərinin yeni uniformaya keçməsini onun nəzarəti altında aparıldığını təsdiqləsə də, başqa açıqlama verməkdən boyun qaçırdı. Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, İnzibati Xətalar Məcəlləsində bu məsələ ilə bağlı məsuliyyət nəzərdə tutulmur: «Taksi sürücülərinin uniformada olması ilə bağlı qanun yoxdur. Taksi sürücülərinin uniforma almağa məcbur edilməsi, onların buna görə məsuliyyətə cəlb olunması qanunsuzluqdur. Bu işin DYP əməkdaşları tərəfindən aparılması isə ikiqat qanunsuzluqdur. Nəqliyyat Nazirliyi özü belə bir təlimat tətbiq edib ki, taksi və avtobus sürücüləri uniformaya keçsinlər. Əslində, bu təlimat qanunvericiliyin tələblərinə uyğun deyil. Təlimatla isə hər hansı məsələyə görə inzibati məsuliyyət nəzərdə tutula bilməz. İnzibati məsuliyyəti yalnız Milli Məclis inzibati xətalara görə müəyyən edə bilər. DYP əməkdaşları belə bir addım atırlarsa, məqsədləri hansısa məmurun iqtisadi maraqlarını həyata keçirməkdir»

Yafəz Əkrəmoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda nəqliyyat müfəttişləri taksi sürücüsünü maşınla vurdular - FOTOLAR

    Bakıda nəqliyyat müfəttişləri taksi sürücüsünü ...

    6-02-2015, 23:12

  • 
  • Talıbovun taksi əməliyyatı

    Talıbovun taksi əməliyyatı ...

    19-02-2013, 11:13

  • 
  • Taksi sürücüsü müştərisini döyüb zorladı

    Taksi sürücüsü müştərisini döyüb zorladı ...

    9-12-2014, 00:40

  • 
  • Yol polisi motosikleti cərimə meydançasına taksi ilə apardı

    Yol polisi motosikleti cərimə meydançasına taksi ...

    3-09-2015, 19:17

  • 
  • “London taksi”sində əxlaqsız təklif

    “London taksi”sində əxlaqsız təklif ...

    1-08-2014, 01:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu