GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Talıbovun taksi əməliyyatı

Talıbovun taksi əməliyyatı

Tarix: 19-02-2013, 11:13 Bölmə :Ölkə Baxış: 996
Talıbovun taksi əməliyyatı

Naxçıvanda qanuni taksi fəaliyyəti ilə
məşğul olmaq üçün azı 15 min manatın olmalıdır


Naxçıvanda şəxsi avtomobillərini taksi kimi işlədənlər hamılıqca cərimə meydançalarına aparılır. Bu haqda məlumat verən yerli sakinlərin söylədiyinə görə, son iki gündə təkcə Şərurda 60-a yaxın maşın rayon polis şöbəsinə aparılıb.

“Deyirlər “xaltura” eləmək olmaz”

Şərur sakini Oruc Salahov deyir ki, Naxçıvanda qanuni taksi fəaliyyəti ilə məşğul olmaq üçün azı 15 min manatın olmalıdır. Onun sözlərinə görə, bu qədər pulu olmadığından qeyri-qanuni taksi xidməti göstərməyə məcbur qalıb: “Qoymurlar. Gəlib gedib ilişirlər. Deyirlər “xaltura” eləmək olmaz. Biz milyon qazanmırıq ki? Evimizə çörək pulu qazanırıq. İki çorək, bir makaronun pulunu qazanıb, aparırıq ailə-uşağımıza. Oğurluq eləmirik ki? İşimiz yox, gücümüz yox... Nə iş yeri açırlar, nə də sosial yardım verirlər, sonra da deyirlər ki, “xaltura” da eləmə. Bəs necə dolanım? Şikayətlərimizə baxan yoxdur. Səsini də çıxaranda aparıb salırlar içəri. Deyir get, pulunu ödə “Lifan” avtomobili al, yol polisindən göy nömrə götür, sonra gəl lisenziya verək. O da 15-20 min pul edir. Haradan alım o pulu? Nə vergi imkan verir işləməyə, nə Nəqliyyat Nazirliyi. Deyirlər şəxsi maşınla taksi qadağandır. Nəqliyyat işçiləri nömrəni açır, aparıb verir “qai”yə, onlar da gəlib tutub salırlar içəri. Pulunu alıb buraxacaqlar”.

“Protokol yazdılar, hərəni 50 manat cərimə elədilər”

Adının çəkilməsini istəməyən sürücü isə deyir ki, polis işçiləri onun avtomobilini yol qırağından aparıblar: “Maşın yolun qırağında idi. Bir də baxdım polis gəldi ki, rəis çağırır. Getdik, amma rəisi tapmadıq. Maşın qaldı orda. Səhər gəldik, dedilər 3 gündən sonra buraxacaqlar maşınları. Protokol yazdılar, hərəni 50 manat cərimə elədilər. Sonra kağıza qol çəkdirdilər ki, bir də xaltura eləməyəcəksiniz”.
Şərur sakini Maqsud Qurbanov da taksi xidməti göstərən şəxsi avtomobillərin yığışdırılmasından narazıdır: “Kəndlərə marşrutlar gündüz saat 1-ədək işləyir. Daha sonra məcburuq taksilərlə gedək. Bunların qanuni saydıqları “Lifan” taksiləri kəndlərə girmirlər. Deyirlər yollar xarabdır. Gedəndə də ikiqat qiymətə aparırlar. Bundan sonra yollarda qalacağıq”. Şərur rayon polis şöbəsinin rəisi Məmməd Hüseynov şikayətləri əsassız sayır.

“Özün istehsal etdiyin maşını satmaq naminə vətəndaşların hüquqlarını pozmaq olmaz”

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin sədri Məzahir Rüstəmovun fikrincə, hər bir vergi ödəyicisi texniki nasazlığı olmayan istənilən avtomobillə taksi fəaliyyəti göstərə bilər: “Naxçıvanda özünəməxsus məmur idarəçiliyi var. Orada taksi fəaliyyəti ilə bağlı işi çətinləşdiriblər. İnsanların qarşısına sədlər çəkilib. Məmur qılıncının altından keçən adamlar taksi sürə bilərlər. Məqsədləri inhisarlarını genişləndirməkdir. Naxçıvanda avtomobil istehsal olunur. İstəyirlər ki, hər tərəfdə öz maşınları olsun. Bu yolla da həmin maşınların qeyri-qanuni satışını təmin etmək istəyirlər. Bu, vətəndaşın seçim hüquqlarının pozulmasıdır. Özün istehsal etdiyin maşını satmaq naminə vətəndaşların hüquqlarını pozmaq olmaz. Əslində istənilən adam istədiyi yerdən maşın gətirib taksi fəaliyyəti ilə məşğul ola bilər. Nəqliyyat işçilərinin avtomobillərin dövlət nömrə nişanlarını açması da tam qanunsuz bir hərəkətdir. Nəqliyyat işçisi ilə taksi fəaliyyəti göstərən şəxs arasında mübahisə yaranarsa, bu məsələ məhkəmədə həll olunmalıdır”.
Hələ 2011-ci ilin əvvəllərində muxtar respublikada taksi fəaliyyəti üçün yalnız Naxçıvan Avtomobil Zavodunun istehsalı olan “Lifan” markalı avtomobillərə icazə verilib. O vaxt rəsmilər bunu “Lifan” avtomobillərinin daha rahat və taksi xidmətinə yararlı olması ilə izah etmişdilər.
Yafəz Əkrəmoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda taksi sürücüsünü soydular

    Bakıda taksi sürücüsünü soydular ...

    16-09-2015, 12:39

  • 
  • Yol polisi motosikleti cərimə meydançasına taksi ilə apardı

    Yol polisi motosikleti cərimə meydançasına taksi ...

    3-09-2015, 19:17

  • 
  • Bakıda “Range Rover” taksi oldu

    Bakıda “Range Rover” taksi oldu ...

    4-12-2014, 23:22

  • 
  • Talıbov xanlığında yeni qanunsuzluq

    Talıbov xanlığında yeni qanunsuzluq ...

    9-04-2013, 11:23

  • 
  • Bakıda nəqliyyat müfəttişləri taksi sürücüsünü maşınla vurdular - FOTOLAR

    Bakıda nəqliyyat müfəttişləri taksi sürücüsünü ...

    6-02-2015, 23:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu