GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » "Dostum Elçibəy" ifadəsi Tetçerin Bakıya yolunu bağlayıb

"Dostum Elçibəy" ifadəsi Tetçerin Bakıya yolunu bağlayıb

Tarix: 11-04-2013, 11:11 Bölmə :Maraqlı Baxış: 996
"Dostum Elçibəy" ifadəsi Tetçerin Bakıya yolunu bağlayıb

Dəmir Ledi Böyük Türk Liderini avtoritar rejimə satmayıb

“Dəmir ledi” 1992-ci ilin sentyabrında ölkə prezidenti Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlmişdi. Bu, gözlənilməyən və simptomatik hadisə idi. SSRİ-nin dağılmasından cəmi il yarım keçirdi və müstəqil Azərbaycan Sovet İttifaqının ən qəddar düşmənlərindən biri hesab olunan dövlət xadimini qəbul edirdi. Bütün bunlar izah edilməsi çətin olan bir hiss yaşadırdı, bizə hələ məlum olmayan o müstəqillik hissini maddiləşdirirdi. Mənə Tetçeri qarşılayıb yola salan, onu yaxından müşahidə edən və maraqlı detalların şahidi olan jurnalistlər arasında olmaq xoşbəxtliyi nəsib oldu. Bakı aeroportundakı təlaşı və yüksək vəzifəli qonağa sual vermək imkanlarını, həmçinin ona necə müraciət etmək lazım olduğunu uzun-uzun müzakirə etdiyimizi xatırlayıram.
Ledi Tetçeri (onu belə adlandırmaq qəbul olunmuşdu) parlamentin spikeri İsa Qəmbərin rəhbərliyi ilə AXC hökuməti qarşılayırdı. Pilləkəndən enən Tetçer təmkinli bir şəkildə hökumət üzvləri ilə salamlaşdı. Qısa söhbətdən sonra o, paytaxta yola düşdü.
Onun səfəri BP-nin hamiliyi ilə keçirilən biznes forumuna həsr olunmuşdu və madam Tetçer Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilən bu forumda çıxış etdi. Onun nitqi Qərbdə Azərbaycana verilən əhəmiyyətə və beynəlxalq siyasətdə neftin roluna həsr olunmuşdu. Lakin Tetçerin müstəqil Azərbaycanda və Xalq Cəbhəsi hökumətinin dəvəti ilə çıxış etməsi faktı sıçrayış, gələcək neft layihələrinin imzalanması istiqamətində mühüm addım kimi qəbul edilirdi. Mübaliğəsiz demək olar ki, məhz həmin vaxt Elçibəy hökuməti iki il sonra “Əsrin müqaviləsi”ni imzalamağa imkan verən həlledici addımlar atdı.
“Gülüstan” sarayında təntənəli qəbul zamanı prezident Elçibəyin Tetçerlə ilk görüşü keçirildi. Azərbaycan prezidentinin necə həyəcan keçirdiyi yaxşı yadımdadır. Yaxın keçmişdə dissident olan bu şəxs Marqaret Tetçeri qarşılayarkən emosiyalarını gizlətmirdi. Hiss olunurdu ki, adətən təmkinli və ciddi olan “dəmir ledi” özü də keçmiş SSRİ məkanında ilk qeyri-kommunist liderlə maraqla və simpatiya ilə görüşürdü. Sonrakı müsahibələrində o, çox vaxt Elçibəyi dostu adlandırır, bu insana qarşı olan səmimi münasibətini gizlətmirdi (Tetçerin bu münasibəti gələcəkdə dövlət başçısı vəzifəsində Elçibəyi əvəz edən şəxsin gizlətmədiyi qısqanclığına və narazılığına səbəb olacaqdı).
“Gülüstan”da daha bir gözəl görüş baş tutdu. Hökumət üzvlərindən biri (səhv etmirəmsə, Nəcəf Nəcəfov) təntənəli görüşə futbol üzrə 1966-cı il dünya çempionatı finalının hakimi Tofiq Bəhramovu dəvət etməyi və onu Marqaret Tetçerlə tanış etməyi təklif etdi. Təmkinli və gülümsəyən Bəhramov yüngül yerişlə Tetçerə tərəf yaxınlaşdı, İsa Qəmbər isə məmnuniyyətini gizlətmədən və ona məxsus yumor hissi ilə qonağı təqdim etdi. “Bax, bu insanın fiti olmasaydı, siz ingilislər 1966-cı ildə “Qızıl ilahə”ni görməzdiniz, madam Tetçer!”, - o, barmağı ilə Bəhramova işarə etdi. Bu tiradanın tərcüməsini dinləyən Tetçer də daha böyük emosionallıqla dedi: “Bəli! Bəli, xatırlayıram, çox sağ olun, sağ olun!” Mən həmsöhbətlərdən təxminən iki metr məsafədə durmuşdum və Bəhramova başqa suallar verən və minnətdarlıqla onun əlini sıxan Tetçerin səmimi marağını gördüm.
O gülümsəyərkən dişlərinin rəngini gördükdə təəccübləndim – siqaret çəkənlərdə olduğu kimi, qaramtıl ərp var idi. Bakını tərk etməzdən əvvəl Tetçer Azərbaycan televiziyasına müsahibə verdi. Müsahibəsində o, ermənilərin Şuşa və Laçını işğal etməsini pislədi, demokratiyanın və iqtisadi islahatların inkişaf etdirilməsi zərurətini, müstəqilliyin baha başa gəldiyini, amma buna dəydiyini qeyd etdi.
Tetçer prezident Elçibəyi xüsusi qeyd edərək, Azərbaycana səfərə dəvəti üçün ona təşəkkür etdi. “Prezidentdən Bakıda ən yaxşı mövsümün nə vaxt olduğunu soruşdum, o isə sentyabr və may aylarının olduğunu dedi. Sentyabrda artıq sizə gəldim, indi bu mövsümdə gələcəyəm. Amma bundan əvvəl prezidentinizi Londonda salamlamaq istərdim”, - o bildirib. Lakin Elçibəyə Londona səfər etmək qismət olmadı. Neft müqavilələrinin imzalanması üzrə böyük işlər 1993-cü ilin iyununda - müqavilənin imzalanmasına bir neçə həftə qalmış hərbi çevrilişlə pozuldu...
Amma 90-cı illərin ortalarında Heydər Əliyev tez-tez Londona gedirdi. Sonradan onun tərcüməçisi belə bir tarixçə danışırdı.
- Səfər zamanı Heydər Əliyevin Marqaret Tetçerlə görüşü planlaşdırılmışdı. Söhbət zamanı Tetçer ölkədəki vəziyyət, problemlər haqqında suallar verirdi, sonra birdən dedi: - Yeri gəlmişkən, mənim dostum Elçibəy necədir? – mən bu ifadəni sözbəsöz tərcümə etdim. Bu zaman Heydər Əliyev başını qaldırdı və mənə, demək olar ki, qışqırdı – Nə?! Sən nə dedin?! – mən susdum. Narazılığını gizlətmədən o, oğluna tərəf döndü və soruşdu: - Düz tərcümə edir? – Düzdür, düzdür, - oğlu onu sakitləşdirdi.
Bu emosiya partlayışı Tetçerin diqqətindən qaçmadı. O, Əliyevlə bir qədər də danışdıqdan sonra Bakıya gəlmək dəvətinə cavab vermədən getdi. Bundan sonra “dəmir ledi” bir daha Azərbaycana gəlmədi və orada dostları olduğunu demədi. Əvəzində sonradan Tetçerin oğlu Azərbaycana səfərləri sıxlaşdırdı, dedi-qoduçuların iddiasına görə, o, bizim dövlət məmurları ilə birlikdə şübhəli ticarət əməliyyatları ilə məşğul olurdu. Böyük Britaniya kraliçasının oğlu, transmilli şirkətlərin lobbiçisi kimi yaxşı tanınan şahzadə Endryu da bizim hakimiyyətlə yaxından dostluq edir.
Necə deyərlər, hər kəsin öz çevrəsi...

Jemin,
Contact.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ledi Qaqa çimərlikdə - Fotolar

    Ledi Qaqa çimərlikdə - Fotolar ...

    17-06-2015, 09:18

  • 
  • Ledi Qaqa kameralar qarşısında yıxıldı

    Ledi Qaqa kameralar qarşısında yıxıldı ...

    14-08-2014, 12:03

  • 
  • Ledi Qaqanın sidiyindən ətir hazırlandı - BİABIRÇILIQ

    Ledi Qaqanın sidiyindən ətir hazırlandı - ...

    22-11-2013, 11:43

  • 
  • Nazir Ledi Qaqaya verilən pullardan danışdı

    Nazir Ledi Qaqaya verilən pullardan danışdı ...

    17-06-2015, 09:12

  • 
  • Maral Tahirqızı: “Ledi Qaqa və Şakira mənə məktub göndərib” – VİDEO

    Maral Tahirqızı: “Ledi Qaqa və Şakira mənə məktub ...

    11-10-2014, 12:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu