GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Gündəm Xəbər”ə qarşı məhkəmə prosesi davam etdirildi

“Gündəm Xəbər”ə qarşı məhkəmə prosesi davam etdirildi

Tarix: 19-04-2013, 21:40 Bölmə :Maraqlı Baxış: 907
“Gündəm Xəbər”ə qarşı məhkəmə prosesi davam etdirildi

Vergilər Nazirliyi saxta tiraj şişirdilməsini
etiraf etdi, şahidlər real tirajdan danışdı...


Şirin Cəfəri:
“Mənim haqqımda çıxarılmış AR CM-nin 213.2.2-ci
maddəsini saxta hesab edirəm, yəni bu saxta bir qərardır”


Dünən Azərbaycan Respublikası CM-nin 213.2.2 maddəsi ilə ittiham olunan “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş direktoru Şirin Cəfəri barəsində qaldırılmış cinayət işi 18 aprel 2013-cü il tarixdə saat 11:00-da davam etdirilmişdir. Məhkəmə gedişinə uyğun olaraq Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hakimi Yaşar Həşimov məhkəmədə iştirak edən aidiyyəti orqanların məsul işçiləri ilə proses iştirakçılarını tanış etmiş, məhkəmənin keçirilməməsində heç bir əsasın olmadığını bildirmişdir.

Vergilər Nazirliyinin əməkdaşından etiraf

Məhkəmədə respublikanın gündəlik nəşr olunan, öz mövqeyinə görə ictimaiyyət tərəfindən aparıcı müstəqil qəzetlər sırasında səslənən “Gündəm Xəbər” qəzetinin fəaliyyətindəki nöqsanlarla əlaqədar yoxlama aparmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin audit təşkilatının məsul işçisi İmran Məmmədov dindirilmişdir. O, verdiyi ifadə də “Gündəm Xəbər” qəzetini 8000 tirajla çıxan “Azadlıq” və 5000 tirajla nəşr olunan “Yeni Müsavat” qəzetləri ilə eyniləşdirərək, “Gündəm Xəbər” qəzetinin fantastik rəqəmlərlə vergi ödəyicisindən yayındığını bildirmişdir.

Mətbəə rəhbərləri məhkəməyə real tirajdan danışdı

Vergi əməkdaşı İmran Nurməmmədovun ifadəsindən sonra sözügedən qəzetin çapında iştirak etmiş “E-Q” MMC-nin direktoru Akif Quliyev və “Futbol+” mətbəəsinin direktoru Aslan Məmmədov məhkəmə tərəfindən şahid qismində dindirilmişdir. Onlar verdikləri ifadədə “Gündəm Xəbər” qəzetini əvvəllər həftədə bir dəfə, sonra iki dəfə, daha sonra hər gün nəşr etdikləri müddətdə tirajının 1700-2000 arasında olduğunu bildirmişlər. İttiham olunan qəzetin təsisçisi Şirin Cəfəri qəzet nəşiriyyatı direktorlarının ifadələrinin təsdiqi üçün hakimə lazımi sənədlər təqdim etmişdir. Hakim Yaşar Həşimov yazılı ifadə verən “Qaya” mətbuat yayımının sədri Hüseyn Əliyev, “Səma” MMC-nin baş mühasibi Qəzənfər Kazımov, “Qasid” ASC-nin sədr müavini Ağəli İsmayılovun da ifadələrini proses iştirakçılarına çatdırmışdır. Bu göstərilən ifadələrin vergilər nazirliyinin məsul işçisi İmran Nurməmmədovun ifadələri ilə uyğunsuzluq təşkil etdiyi proses iştirakçılarına tam aydın olmuşdur.
Məhkəmə prosesində 9 nəfər şahiddən 3 nəfəri dindirilmiş, qalan şahidlərin üzürlü səbəbdən iştirak etmədikləri üçün və onların da dinrilməsini vacib sayan hakim Yaşar Həşimov Şirin Cəfəri haqqında başlanmış məhkəmə prosesini təxirə salaraq, növbəti məhkəməni 29 aprel 2013-cü il saat 11:00-a təyin etmişdir.

“Bu azad mətbuatı və azad sözü susdurmaqdır”

Məhkəmədən sonra qəzetin təsisçisi Şirin Cəfəri bu prosesin gedişindən razı olub-olmadığı və gələcəkdə nə ilə nəticələnəcəyi barədə jurnalistlərə müsahibə vermişdir. Müsahibə zamanı təsisçi bildirmişdir ki, “Mənim haqqımda çıxarılmış AR CM-nin 213.2.2-ci maddəsini saxta hesab edirəm, yəni bu saxta bir qərardır. Hələ mən bu qərarla 2 il bundan öncə razılaşmamış, bu barədə Bakı şəhər 1 saylı İnziabti-İqtisadi Məhkəməsinə müraciət etmişəm. Hal-hazırda da iş oradadır. Oraya ekspertiza sənədləri təqdim olunub. Sənədlər oradadır. Belə hesab edirəm ki, ekspertiza da öz obyektiv rəyini verəcəkdir. Bu gün də məhkəmə Kəpəz rayonunda davam etdirilir, məsələ müqayisələndirlir. Hesab edirəm ki, Kəpəz rayon məhkəməsi obyektiv və qərəzsiz qərar çıxaracaqdır. Biz bunu gözləyirik və buna inanırıq. Mən, hələlik Kəpəz Rayon Məhkəməsinin hakimi Yaşar Həşimovun apardığı məhkəmə gedişatından razıyam. Haqqın və ədalətin qalib gələcəyinə ümid hissi ilə yanaşaraq nəzərinizə çatdırıram ki, 23 illik tarixə malik və yüksək tirajla nəşr olunan “Azadlıq” qəzeti ilə “Gündəm Xəbər” qəzetini eyni şəkildə müqayisə etmək məni çox təəssüfləndirir. Yoxlama aparan vergilər nazirliyinin əməkdaşı İmran Nurməmmədov astronomiq şişirtməyə yol verib. Mənə elə gəlir ki, bu azad mətbuatı və azad sözü susdurmaqdır. Eyni zamanda müstəqilliyi azad söz və mətbuatla tanınan ölkəmizin bu cür təzyiqlərə hələlik qiymət verməməsi bizi narahat edir. Bu barədə ATƏT nümayəndələri də xəbərdardırlar və sonrakı qiyməti hakim Yaşar Həşimovun qərarından sonra verəcəklər. Yəqin ki, haqq qalib gələcək və bizim yolumuz Avropa məhkəməsinə düşməyəcəkdir.”
Beləliklə, növbəti məhkəmə qeyd etdiyimiz kimi Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hakimi Yaşar Həşimovun qərarı ilə 29 aprel 2013-cü il saat 11:00-a təyin edilmişdir.

İlham

P.S. Məhkəmə prosesində iştirakı ilə qəzetimizə dəstək olan və azad sözün müdafiəsində duran oxucularımıza təşəkkürümüzü bildiririk.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün “Gündəm Xəbər”in məhkəməsidir

    Bu gün “Gündəm Xəbər”in məhkəməsidir ...

    29-04-2013, 10:38

  • 
  • Bu gün “Gündəm Xəbər”in məhkəməsidir

    Bu gün “Gündəm Xəbər”in məhkəməsidir ...

    2-05-2013, 03:36

  • 
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə 5 il iş istənildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 13:05

  • 
  • Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir

    Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir ...

    26-11-2013, 00:02

  • 
  • Şirin Cəfərinin məhkəmə prosesi davam edir

    Şirin Cəfərinin məhkəmə prosesi davam edir ...

    15-01-2016, 12:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu