GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Əli Abbasovdan oğurlanan şok məxfi məktub

Əli Abbasovdan oğurlanan şok məxfi məktub

Tarix: 21-04-2013, 13:13 Bölmə :Maraqlı Baxış: 1 000
Əli Abbasovdan oğurlanan şok məxfi məktub

Azərbaycan hökumətinin adı terrorçuları maliyyələşdirən təşkilatla əməkdaşlıqda

“Anonimous” beynəlxalq haker qrupunun Azərbaycandan daha bir nazirin sirlərini ələ keçirdiyini xəbər verilmişdi. “Yeni Müsavat” ötən sayında http://www.securitylab.ru saytına istinadla yazmışdı ki, qrup Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid (mincom.gov.az) 1.5 GB-lik (qiqabayt) müxtəlif səpkili sənədləri və informasiyaları oğurlayıb. Bu informasiyaların arasında təkcə nazirliyə aid qapalı sənədlər deyil, həmçinin nazir Əli Abbasovun şəxsi xarakterli fotoları da yer alır. Hakerlər fotoşəkilləri və ələ keçirdikləri digər informasiyaları LulzSec adlı haker qruplaşmasının loqosu ilə “bəzəyərək” par-anoia.net adlı saytda yerləşdiriblər. Lakin par-anoia.net saytına Azərbaycandan daxil olmaq mümkün deyildi və bu səbəbdən sənədlərin nədən ibarət olduğuna dair ətraflı informasiya əldə etmək mümkün olmayıb. Bununla belə, securitylab.ru qeyd edirdi ki, sənədlər arasında MDB-nin seçki müşahidə missiyasının üzvlərinin məlumat bazası, ABŞ Müdafiə Nazirliyinin Əfqanıstandakı podratçılarının Azərbaycan üzərindən daşıdığı yüklərə dair sənədlər yer alır. Bildirilirdi ki, bu sənədlər anama.gov.az saytı üzərindən əldə edilib. Bundan başqa, sənədlər arasında Azərbaycan və Ukraynanın diplomatik pasportlarının fotoşəkilləri, təhlükəli hərbi yüklərin daşınmasına dair məlumat bazası, Azərbaycanın dövlət strukturlarının Amerika və Ukraynanın müvafiq strukturları ilə birgə işlərinin təfərrüatları və s. məxfi xarakterli məlumatlar yer alır.
Ancaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dünən hakerlərin onlardan məxfi sənədləri oğurladığına dair məlumatı təkzib edib. Nazirliyin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov jurnalistlərə bildirib ki, “Anonymous” haker qrupunun Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məxfi məlumatların oğurlanması barədə yaydığı məlumatlar həqiqətə uyğun deyil. F.Fərmanovun sözlərinə görə, cinayətkarların bu addımı Azərbaycanın dövlət orqanlarının nüfuzunu aşağı salmağa istiqamətlənib.
"Yeni Müsavat" isə bu gün mövzunu davam etdirərək yazıb ki, görünür, dövlətin məxfi sənədlərinin qorunmasına cavabdeh olan mərkəzin rəhbəri jurnalistlər qarşısında bu açıqlamanı verəndə bundan xəbərsiz idi ki, internetdə artıq oğurlanmış məxfi sənədlərdən ən azı biri açılıb və orada şok məlumatlar yer alır. Qəzet yazır:
- İnternet saytlarından birində (http://www.esecurityplanet.com/hackers/anonymous-hackers-hit-azerbaijan.html) yer alan xəbərdə “Anonymous” qrupunun Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə hücumu barədə bəhs edilir və orada hakerlərin ələ keçirdikləri sənədlərdən birinin məzmunu, habelə həmin sənədin yerləşdirildiyi link (http://i.imgur.com/xH9xQMS.jpg) yer alır.
Esecurityplanet.com saytı qeyd edir ki, sənədlərdə məxfi xarakterli bir çox informasiyalar var. Bura şübhəli korporasiyalarla dövlət strukturları və məmurlar arasında əlaqələr də daxildir. “Məsələn, sənədlərdən birində CFC Consulting & Trading Inc., şirkətindən söhbət gedir. Məlum olur ki, bu şirkət terrorçuları maliyyələşdirir, buna baxmayaraq, Azərbaycanın və Rusiyanın dövlət strukturları ilə əməkdaşlıq edir, o cümlədən Minaların təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyi ANAMA ilə”, - deyə hakerlərə istinadən xəbərdə bildirilir. Qeyd olunur ki, hakerlərin ələ keçirdikləri sənədlər XLS, PDF, DOC və İmage formatlarındadır.
Hakerlərin ələ keçirdiyi və yuxarıda göstərilən linkdə yerləşdirilmiş sənəd Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin (İCTA) Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova bu ilin mart ayında göndərdiyi “məxfi” qrifli məktubdur. Məktubda deyilir ki, İCTA 2010-cu ilin noyabrında Ukraynanın CFC Consulting şirkətinin rəsmi olaraq terrorçuluğun maliyyələşdirilməsində ittiham olunmamasına və heç bir ölkə tərəfindən sanksiyalara məruz qalmamasına baxmayaraq, daxili təlimat yayaraq tapşırıb ki, İCTA strukturları terrorçuları maliyyələşdirdiyinə dair ciddi şübhələrin olduğunu nəzərə alıb bu şirkətlə əməkdaşlığı kəssinlər. “Buna baxmayaraq, Azərbaycanın bir sıra hökumət təsisatları, o cümlədən ANAMA tövsiyələrə məhəl qoymayıblar və Ukrayna təhlükəsizlik orqanları ilə bizneslərini davam etdiriblər, bir çoxları isə əlaqələri kəssələr də İCTA-nın qərarına etiraz edərək onun dəyişdirilməsində israr ediblər”, - deyə məktubda yazılır.
Məktuba görə, 2010-cu ilin dekabrında 6 nəfərə qarşı Türkiyə və Azərbaycan banklarından çıxarılmış 1.930.000 ABŞ dolları məbləğində nağd pulun Ukraynaya aid diplomatik yükün içərisində Çeçenistandakı radikal islamçılara göndərməklə bağlı rəsmi ittiham irəli sürülüb. İCTA-nın məktubunda göstərilir ki, 2011-ci ilin mayında bu şirkətin Azərbaycandakı seçkilər zamanı casusluq fəaliyyətinə dair şübhələrin üzə çıxmasına baxmayaraq CFC-nin xidmətlərindən istifadə davam edib. Daha sonra CFC-nin rəhbəri İrina Geraşenko hədələyib ki, onun biznesi ilə bağlı informasiya təhlükəsizliyi təmin olunmasa, bütün biznesini Azərbaycandan çıxaracaq. Ukrayna xarici işlər naziri Vasil Filipçuk isə CFC-nin Azərbaycandakı biznesinin ildə ən azı 100 mln. dollar gəlir gətirdiyini deyib. “Daha sonra, 2012-ci ilin yanvarında CFC və Geraşenko barəsində onların casusluq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlılığını göstərən yeni informasiyalar əldə olundu”, - deyə, məktubda yazılır. Türkiyə qurumu bildirir ki, Geraşenko və CFC şirkəti islamçı ekstremistləri dəstəkləyir. Buna baxmayaraq, ANAMA CFC ilə əlaqələrini kəsməyib və hətta biznesini genişləndirib.
CFC Consulting şirkətinin internet saytından məlum olur ki, bu şirkət öz müştərilərinə konsaltinq, PR xidmətləri, investisiyalar üzrə məsləhət xidmətləri göstərir. Şirkətin rəhbərinin kimliyi haqda saytda məlumata rast gəlmədik, ancaq internet resurslarında axtarışlardan sonra məlum oldu ki, CFC Ukraynanın ən nüfuzlu qadınlarından biri hesab edilən İrina Geraşenkoya bağlıdır. İ.Geraşenko Ali Radanın deputatıdır. CFC şirkətinin ANAMA ilə nə biznesinin olduğu isə məlum deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıdan oğurlanan məxfi sənədlər bu gün yayıla bilər

    Bakıdan oğurlanan məxfi sənədlər bu gün yayıla ...

    5-11-2013, 15:52

  • 
  • Azərbaycandan şok oğurluq

    Azərbaycandan şok oğurluq ...

    22-01-2013, 10:21

  • 
  • Hakerlər Azərbaycana dair məxfi sənədləri ələ keçirdi-Sənədlər

    Hakerlər Azərbaycana dair məxfi sənədləri ələ ...

    24-10-2013, 14:59

  • 
  • WikiLeaks Azərbaycan XİN-in Səudiyyə Ərəbistanı ilə məxfi yazışmalarını ələ keçirib

    WikiLeaks Azərbaycan XİN-in Səudiyyə Ərəbistanı ...

    9-07-2015, 16:15

  • 
  • Azərbaycanlı hakerlər Ermənistan Mərkəzi Bankının materiallarını ələ keçirib

    Azərbaycanlı hakerlər Ermənistan Mərkəzi Bankının ...

    11-11-2014, 23:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu