GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Hakerlər Azərbaycana dair məxfi sənədləri ələ keçirdi-Sənədlər

Hakerlər Azərbaycana dair məxfi sənədləri ələ keçirdi-Sənədlər

Tarix: 24-10-2013, 14:59 Bölmə :Siyasət Baxış: 899
Hakerlər Azərbaycana dair məxfi sənədləri ələ keçirdi-Sənədlər
Ukraynanın Bakıdakı səfirliyinə aid sənədlərdə söhbət FTX agentlərindən, nazir və deputatlardan, ölkə üzərindən daşınan hərbi yüklərdən, prezident təyyarəsinin reysindən və s. gedir

“Anonimous” beynəlxalq hakerlər qrupu Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) xüsusi mühafizə olunan daxili kompüter şəbəkəsinə hücum edib və böyük miqdarda məxfi sənədləri ələ keçirib.

Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, ələ keçirilən sənədlər arasında Ukraynanın Bakıdakı səfirliyinin və şəxsən səfir Aleksandr Mişenkonun sənədləri də yer alır. Sənədlərin bir hissəsi artıq internetdə yayılıb. Orada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) agentlərindən, nazirlərdən və deputatlardan, Birləşmiş Ərəb Əmirliklərindən və Azərbaycandan olan biznesmenlərdən, Ukrayna ilə Azərbaycan arasında neft-qaz danışıqlarından, Azərbaycan üzərindən daşınan hərbi yüklərdən və s. söhbət gedir.

Hakerlər bildirirlər ki, onlar Ukrayna XİN-in daxili kompüter şəbəkəsinə bu ölkənin “EuroTraceTelcom” telekommunikasiya şirkətinin kompüter şəbəkəsi üzərindən daxil olublar. Belə şirkətin mövcudluğu haqda indiyədək heç ukraynalıların da eşitmədiyi bildirilir.

Ələ keçirilən sənədlərin əksəriyyəti Ukraynanın Azərbaycandakı səfirinin fəaliyyəti barədədir. Hakerlər Azərbaycan-Ukrayna münasibətlərinin qaranlıq tərəflərini araşdırmağa çalışır. Onlar bildirir ki, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun Azərbaycanla əlaqələrini, qaz və neft ticarətini üzə çıxarmağa cəhd edirlər.

Ələ keçirilmiş sənədlərdən bir hissəsi http://imgur.com saytında yerləşdirilib. Lakin sənədlərin sayı minlərlərdir və hakerlər onları hissə-hissə yayacaqlarını elan ediblər.

Hakerlərin bildirdiyinə görə, Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) Y.Timoşenko ilə bağlı “bir çox maraqlı işləri” var və Ukrayna səfirliyi bu işləri gizli saxlamağa çalışır.

“Ona görə də biz səfirliyi bir balaca silkələyirik ki, bu sirlər üzə çıxsın” - deyə hakerlər bildirir.

Sənədlərin birində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ukraynanın “Naftoqaz” şirkətinin prezidentini sutkanın 24 saatı nəzarətdə saxlamasından bəhs olunur. Birləşmiş Ərəb Əmirliklərinin “ARJ Holding” şirkətinin vitse-prezidenti, Dubay əmiri Muhamməd əl-Məktumun yaxın biznes tərəfdaşı Muhammed Cuma Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərova yazdığı məktubunda bu ərəb ölkəsinin Ukrayna və “Naftoqaz” şirkəti ilə əməkdaşlığın gələcək perspektivlərindən narahatlıq ifadə olunur.

Bu narahatlığın səbəbi prezident Vladimir Putinin iştirakı ilə təsis olunmuş Rusiya Sənaye-İnvestisiya Fondunun prezidenti Aleksandr Baqnyukun məxfi müraciətidir. Həmin müraciətdə A.Baqnyuk “Naftoqaz”ın indiki rəhbəri Yevgeni Bakulinin “psixi baxımdan qeyri-sağlam və qeyri-adekvat” adam olduğunu göstərir. Bu keyfiyyətlərinə görə Rusiya FTX-sı onu nəzarət altında saxlayır.

Sənədlər arasında Ukrayna Sənaye və Energetika Nazirliyinin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevə bu ilin may ayında göndərdiyi məktub da yer alır. Həmin məktubda Azərbaycanın Ukrayna neftayırma zavodlarına xam neft təchizatı və bu ölkə üzərindən Avropaya neft nəqli planları ilə bağlı aparılmış danışıqlardan bəhs olunur.

Digər sənəd Ukrayna Ali Radasının deputatı, bu ölkənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Stoyan Mixayloviçin bu ilin iyun ayında Bakıya səfəri ilə bağlı Ukrayna səfirliyinə göndərilib.

Sənədlərdən digəri Ukrayna prezidenti Viktor Yanukoviçin bu ilin iyun ayında Türkmənistana səfəri zamanı onun təyyarəsinin uçuş marşrutu, aeroporta enmə və qalxma vaxtı, bort nömrəsi və digər uçuş göstəriciləri barədə Bakıdakı səfirliyə göndərilmiş teleqramdır.

Qeyd edək ki, açıqlanmış sənədlər arasında hələlik yüksək məxfilik qrifi daşıyan sənədlər yoxdur.
Hakerlər Azərbaycana dair məxfi sənədləri ələ keçirdi-Sənədlər
Hakerlər Azərbaycana dair məxfi sənədləri ələ keçirdi-Sənədlər
Hakerlər Azərbaycana dair məxfi sənədləri ələ keçirdi-Sənədlər
Hakerlər Azərbaycana dair məxfi sənədləri ələ keçirdi-Sənədlər
Hakerlər Azərbaycana dair məxfi sənədləri ələ keçirdi-Sənədlər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıdan oğurlanan məxfi sənədlər bu gün yayıla bilər

    Bakıdan oğurlanan məxfi sənədlər bu gün yayıla ...

    5-11-2013, 15:52

  • 
  • WikiLeaks Azərbaycan XİN-in Səudiyyə Ərəbistanı ilə məxfi yazışmalarını ələ keçirib

    WikiLeaks Azərbaycan XİN-in Səudiyyə Ərəbistanı ...

    9-07-2015, 16:15

  • 
  • Azərbaycanlı hakerlər Ermənistan Mərkəzi Bankının materiallarını ələ keçirib

    Azərbaycanlı hakerlər Ermənistan Mərkəzi Bankının ...

    11-11-2014, 23:56

  • 
  • Əli Abbasovdan oğurlanan şok məxfi məktub

    Əli Abbasovdan oğurlanan şok məxfi məktub ...

    21-04-2013, 13:13

  • 
  • Ukrayna Silahlı Qüvvələri gücləndirilmiş hərbi hazırlıq səviyyəsinə gətirilib

    Ukrayna Silahlı Qüvvələri gücləndirilmiş hərbi ...

    12-08-2016, 00:42


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu