Arıqlamağa başlayan insanlar adətən makarondan imtina edirlər. Uzun illər ərzində belə hesab olunurdu ki, makaron yeyən insanlar kökəlir.
gundemxeber.az saglamolun.az-a istinadən bildirir ki, İtaliya alimlərinin son araşdırmaları göstərib ki, makaron kökəlməyə səbəb olmur. Lakin makaronlara əlavə olunan yağlı souslar həqiqədən artıq çəkiyə səbəb ola bilər. Alimlər 23 min insanın qidalanmasını analiz etdikdən sonra belə qərara gəliblər ki, bərk buğda növlərindən hazırlanan makaronları nəinki kökəlməyə səbəb olmur, əksinə belə makaronları tez-tez yeyən insanların bədən kütləsi indeksi daha aşağı olub. Alimlərin fikirinə görə, bərk buğda növlərindən hazırlanmış makaronlar insanda tez toxluq hissi yaradır və onları yeyən insan daha gec acır ki, bu da normal çəkinin saxlanılmasına kömək edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?