"Facebook" sosial şəbəkəsində "spam"ın köməkliyi ilə yayılan zərərverici proqram qısa müddət ərzində sosial şəbəkədə minlərlə istifadəçinin hesabını ələ keçirib.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, hakerlər ələ keçirdikləri profil şifrələrini "like alveri" üçün istifadə ediblər.
Hücum 24 iyun tarixindən başlanıb. Baxmayaraq ki, "troyan" "Google Chrome" və "Windows" istifadəçiləri üçün təhlükə yaradır. Bir neçə saat ərzində 10 mindən çox istifadəçi bu hücumun qurbanı olub. Hücumun ssenarisi 2 mərhələyə bölünür. Birinci mərhələ istifadəçinin haker tərəfindən "Facebook" vasitəsilə göndərdiyi məktubu alması və oradakı linki klikləməsi ilə başlanır. Məktubda istifadəçinin adının şərhlərin birində qeyd edildiyi bildirilir. Göndərilən məktub elə görünür ki, guya onu dostluğunuzda olan biri göndərib.
Yükləndikdən sonra ikinci mərhələ işə düşür: "troyan" gizlicə şifrələri oğurlayan "Google Chrome" əlavəsini yükləyir və quraşdırır. "Google Chrome" əlavəsi istifadəçini bir də "Facebook"a daxil olmasını gözləyir və onu yenidən giriş etmək üçün məcbur edir. Daxil edilmiş istifadəçi adı və şifrəsi hakerlərə məxsus serverlərə göndərilir. Şifrə və logini əldə etdikdən sonra hakerlər "Facebook"da istifadəçinin adından fəaliyyət göstərə bilərlər. Əksər zərərçəkmişlər Braziliya, Peru, Ekvador və Venesueladan qeydə alınıb.
Sorğu
Yeni dizaynımız necədir?