ABŞ Ədliyyə Nazirliyi məhkəmədə iddia qaldıraraq "Facebook"un vergi orqanları ilə məcburi əməkdaşlığının təmin olunmasını tələb edib.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, iddia ABŞ-da vergidən yayınmaq üçün şirkət aktivlərinin dəyərinin ciddi şəkildə az göstərilməsi ilə bağlı işin istintaqı çərçivəsində qaldırılıb.
Belə ki, "Facebook" 2010-cu ildə öz aktivlərinin bir hissəsini, o cümlədən istifadəçi bazası, online platforma və qeyri-maddi mülkiyyət növlərini İrlandiyadakı filialına verib. Hüquq-mühafizə orqanları hesab edir ki, şirkət bu yolla ABŞ-dakı aktivlərinin dəyərini milyardlarla dollar azaldıb və vergidən yayınıb.
Vergi orqanının müstəntiqi Nina Vyu Stoun bildirib ki, "Facebook"a şübhələri təsdiq və ya təkzib etmək məqsədilə lazımi sənədlərin təqdim olunması üçün 6 dəfə sorğu göndərsə də, şirkətdən cavab ala bilməyib.
"Facebook"dan isə bildiriblər ki, şirkət öz biznesini mövcud qanunvericilik əsasında aparır.
Sorğu
Yeni dizaynımız necədir?